Bakı şəhərində ictimai yerlərdə xanımların fotoşəkillərini çəkib sosial şəbəkələrdə yayan şəxs polis əməkdaşları tərəfindən müəyyənləşdirilərək saxlanılıb.
Daxili İşlər Nazirliyinin mətbuat Xidmətindən AZƏRTAC-a bildirilib ki, 1995-ci il təvəllüdlü Yusifli Nurlan Teyyub oğlu “Tik-Tok” sosial media platformasında hesabların birində ayrı-ayrı qadınların foto-videolarını yerləşdirməklə kütləvi yayımını təşkil edib.
Polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə tutulan N.Yusifli 30 sutka inzibati qaydada həbs edilib.
Hiç yorum yok:
Yorum Gönder