Daxili işlər nazirliyi (Din-in) Daxili Qoşunların hərbi hospitalının həyatında tibb xidməti sahəsində şöbə rəisi kimi öz dəst -xətti və xüsusi xidmətləri olmuş, Azərbaycan Respubilkasının Silahlı Qüvvələr və Müharibə Veteranı, Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyin Xətai rayon şöbəsinin üzvü, ali dərəcəli peşəkar və qayğıkeş həkim -istefada olan tibb xidməti polkovnik leytenatı Həsənov Adil Dənizxan oğlu “Böyük Zəfər” medalı ilə təltif edilib.
Bununla bağlı 21 may 2024-cü il tarixdə Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyin sədiri Füzuli Rzaquliyev Şərancam imzalayıb.
Adil həkim Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyində səmərəli fəaliyyətinə eləcə də gənclər və yeniyetmələr arasında milli vətənpərvərlik tərbiyəsinin gücləndirilməsində gödüyü işlərə görə mükafatlandırılıb.
Tibb xidməti polkovnik leytenatı Adil Həsənovu “Böyük Zəfər” medalı ilə təltif olunması münasibətilə, Daxili işlər nazirliyi Daxili Qoşunların ehtiyatda və istefada olan zabitləri və tibb işciləri, doğmaları, əzizləri, yaxınları,iş və döyüşcü yoldaşları səmimi qəlbdən təbrik edir,ona cansağlığı,uzun ömür, fəaliygətində isə yeni-yeni uğurlar arzulayırlar.
Azərbaycan Respubilkasının Silahlı Qüvvələr və Müharibə Veteranı, Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi sədrinin hüquq işlər üzrə müavini polkovnik Salman Musayev
Hiç yorum yok:
Yorum Gönder