Tibb xidməti mayoru Mahmud Paşayev yaşasaydı 53 yaşı tamam olardı


    

Ömrünü gününü Vətənin bütövlüyünə,xalqmızın xoş gələcəyinə həsr etmiş,hər kəs vətənin xoşbəxt vətəndaşıdır. Belə vətən təəssübü çəkən oğlanlardan biridə Daxili işlər nazirliyi  (Din-in) Daxili Qoşunların tibb xidmətində şərəfli  hərbi xidmət yolu kecmiş, mərhum    tibb xidməti  mayoru   Paşayev Mahmud Ağadayı oğlu idi.O,  1971 - ci ilin  may ayının  18 - də  Azərbaycan Respublikasının  Salyan   rayonunun  Xıdırlı  kəndində zəhmətkeş ailədə anadan olmuşdur.

Mahmud həkim  2005-ci ilin fevral  ayın 25- də Bakı şəhərində vəfat etmiş, Salyan rayonun  Xıdırlı  kəndində   isə dəfn edilmişdir.
      
Millətə Vətənə, Dövlətə və Xalqa sədaqətlə ximət etmiş, daimi həyatın bütün cətinliklərdən üzüağ və alınıaçıq cıxan,torpağına, xalqına,ailəsinə  bağlı gözəl insan, peşəkar və təcrübəli həkim   Mahmud Paşayev 1986 - cı ildə Salyan  rayonun  Xıdırlı  kənd orta məktəbi,  1993 - cı ildə  Azərbaycan Dövlət Tibb İnstitutunun 2 -ci müalicə-profilaktika fakultəsini bitrmişdir.

     
Əsil vətəndaşlıq mövqeyi ilə secilən, xeyirxah  insan, əhatəsində olan insanların, döyüşçü və iş yoldaşlarının hörmətiniqazanan,dostlarına,iş yoldaşlarına və yaxın qohumlarına isti münasibətdə olan  məhrum mayor Mahmud Paşayev 1993- 2005 - ci illərdə Din-in   Daxili Qoşunlarının hərbi hospitalının reanimasiya şöbəsində ordinator,  ruhi- əsəb şöbəsində isə şöbə rəisi vəzifələrində   xidmət etmişdir.
    
Heç kəsi özündən incitməyən, xoş rəftarı və şirin dilli ilə hər kəslə doğmalıq yaradan məhrum Mahmud Paşayev Din- in Daxil Qoşunlarda xidmət etdiyi illər ərzində öz tabeliyində olanlara Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına əməl edilməsi, Hərbi andın, hərbi və daxili qoşunların döyüş xidməti nizamnamələrinin, hərbi hospital haqqında əsasnamənin tələblərinin, əmr və sərancamların dəqiq və sözsüz yerinə yetirilməsi işində daima nümunə olmuşdur.
  
  Qanunvericiliklə müəyən  olunmuş qaydada  Daxil İşlər Nazirliyinin Daxili Qoşunlarına və hərbi hospitalına   həvalə edilmiş vəzifələrin yerinə yetirilməsində, dövlətətin ərazi bütövlüyünün təmin edilməsində  üzərinə düşən vəzifə və tapşırıqların öhdəsindən layiqincə gəlmişdir.
    
  Azərbaycan Reslubilkasının ərazi bütövlüyü uğrunda ( Ağdam, Ağdərə və Füzuli rayonları istiqamətində) gedən  döyüşlərdə iştirak edərək, ona həvalə edilmiş vəzifə və tapşırıqların öhtəsindən layiqincə gəlmiş, neçə -  neçə  xəstə və yaralının müalicə ovunmasında  gərgin əməyi olmuşdur.O,müharibə veteranı idi.
    
 Öz xidməti vəzifələrini və hərbi hospital  qarşısında  qoyulmuş tapşırıqları yernə yeturərkən fəriqləndiynə görə Daxili İşlər Nazirinin, Daxili Qoşunlar Komandanın və onun müavinlərinin,  hərbi hissə komandirinin (hərbi hospital rəisinin)   müvafiq əmrləri ilə  bir sıra medallarla, bir cox fəxri fərmanla, qiymətli hədiyyələrlə, əlacı   və yubiley döş  nişanları ilə  mükafatlandırlıb və  məhrum  Mahmud Paşayeva təşəkkür elan edilmişdir.

Hal- hazırda haqq dünyasında olan  Mahmud  Paşayevin  əziz ruhu onu tanyanlar tərəfindən daimi hörmətlə xatırlanır və yad edilir.Belə vicdanlı oğuları ilə tanınır vətən! 
 
 Mahmud  həkim cənnətdəki 53-  yaşın mübarək olsun!

Azərbaycan Respubilkasının Silahlı Qüvvələr və  Müharibə Veteranı  polkovnik  Salman  Musayev

Hiç yorum yok:

Yorum Gönder

Pages