Teatrşünas, rejissor Seymur Elsever ad günüdür.




Tərcümeyi-hal 
  İxtisasca teatrşünas və rejissoram. “Səhər”, “Kino”, “Bakı”, “Mədəniyyət”, “Press fakt”, “Panorama” və “Ekspress”  qəzetlərində, teleradio qurumlarında, Azərbaycan Dövlət Gənc Tamaşaçılar və Akademik Milli Dram teatrlarında, Azərbaycan Milli Elmlər Akademiyasında, Azərbaycan Bəstəkarlar İttifaqında müxtəlif, eyni zamanda uzun müddət Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi Məlumat-Reklam Müəssisəsinin və Qax Dövlət Kukla Teatrının direktoru vəzifələrində çalışmışam. 
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində “Ədəbi iş və ekran dramaturgiyası”, “Kino tənqidi”, “Kinososiologiya”, “Kino tarixi” və sair fənnləri tədris etmişəm. Sənətşünaslıq üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün dissertasiya işi yazmışam. Bakı- 2015  I Avropa Olimpiya Oyunları Əməliyyat Komitəsinin işində yaxından iştirak edərək açılış və bağlanış mərasimləri kataloqlarının, mədəniyyət proqramının, Azərbaycan Respublikası Prezidenti, Azərbaycanın birinci xanımı, Avropa Olimpiya Komitəsi prezidenti və digər rəsmi şəxslərin, nüfuzlu simaların çıxışının və sair mətnlərin redaktəsiylə məşğul olmuşam. 
Ədəbiyyat və incəsənətimizin, elmimizin tərənnümünə yönələn iki yüz əlli çap vərəqi həcmində məqalə, müsahibə, resenziya, oçerk, publisist yazılar, ssenari və verilişlərin müəllifiyəm. Yazılarımın bir qismi ensiklopediya və kitablarda yer alıb. Dəfələrlə ölkə və beynəlxalq miqyaslı festival, müsabiqə və yarışlar, konfrans və simpoziumlarda, eyni zamanda yubileylər, mədəniyyət günləri və sərgilərin, kitab yazılışı, tərtibi, çapı və s. ərsəyə gəlməsində təşkilatçı və iştirakçı qismində çıxış etmişəm.
İncəsənətə, elmə dair, bununla yanaşı görkəmli sənətkarlardan, o cümlədən Üzeyir Hacıbəyli, Niyazi, Qara Qarayev, Tofiq Quliyev, Bülbül, Rəşid Behbudov, Müslüm Maqomayev, Sara Qədimova, Xan Şuşinski, Mütəllim Mütəllimov, Mehdi Məmmədov, Barat Şəkinskaya, Tofiq Tağızadə, Həsən Məmmədov, Şahmar Ələkbərov, Həsən Turabov, Cəlal Qaryağdı, Tahir Salahov, Toğrul Nərimanbəyov, Ömər Eldarov, Arif Babayev, Alim Qasımov, eyni zamanda ədiblərimizdən - Cəlil Məmmədquluzadə, Mirzə Ələkbər Sabir, Hüseyn Cavid, Mirvarid Dilbazi, Söhrab Tahir, İsa Hüseynov, Sabir Əhmədli, Kamal Talıbzadə, Əziz Mirəhmədov, Hüseyn Abbaszadə, Gülhüseyn Hüseynoğlu, Ələkbər Salahzadə, Fikrət Qoca, Ələviyyə Babayeva, Əzizə Cəfərzadə, Məmməd Araz, Nəbi Xəzri, Musa Yaqub, Maqsud və Rüstəm İbrahimbəyovlar, Fikrət Sadıq, Zəlimxan Yaqub, Nahid Hacızadə, Şahmar Əkbərzadə, Əfqan, Anar, Ramiz Rövşən, Çingiz Abdullayev, Vidadi Babanlı, Zahid Xəlil, Vaqif Aslan, İntiqam Qasımzadə və başqalarından bəhs edən yazılarım, müsahibələrim, verilişlərim maraqla qarşılanıb.  
Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə KİV əməkdaşları üçün inşa edilmiş binada mənzillə təmin olunmuşam.                    “Media açarı” və “Qızıl qələm” mükafatçısıyam, Azərbaycan Yazıçılar və Jurnalistlər  birliklərinin, Teatr Xadimləri, Kinematoqrafçılar, Rəssamlar və Reklamçılar ittifaqlarının, Beynəlxalq Teatr Tənqidçiləri Assosiasiyasının üzvüyəm. Müddətli həqiqi hərbi xidmət keçmişəm, idman ustasıdır.

Hiç yorum yok:

Yorum Gönder

Pages