Təbrik:Yalçın Cəlilov şərəfli ömür yolu - 50



      Azərbaycan Respubilkası Daxili İşlər Nazirliyinin Daxili Qoşunların həyatında öz dəst - xətti  olan, peşəkarlığı, işgüzarlığı,iradı,mənəvi keyfiyyəti, vətənpərvərliyi, dəqiliyi, təmkinliyi və səmimiyyəti ilə seçilən, ömrünün ən məhsuldar dövrünün 22 ildən çoxunu  Daxili Qoşunların  Baş İdarəsində   şərəfli   hərbi xidmətdə keçirmiş -ehtiyada olan baş gizir Cəlilov  Yalçın  Akif   oğlunun may ayının  26 də  dünyaya göz acdığı  gündür.
    Daimi həyatın bütün imtahanlarından alnıaçıq və üzüağ çıxan - ehtiyatda baş gizir  Cəlilov  Yalçın  Akif  oğlunu doğum günü münasibətilə Daxili Qoşunların  ehtiyatda və istefada olan zabitləri,əzizləri, doğmaları, yaxınları və iş  yoldaşları  səmimi qəlbdən təbrik edir, səbəbkara həyatda insan üçün ən şirin nemət olan möhkəm cansağlığı və həyat yollarında bitib- tükənməyən naliyyətlər arzu edib deyirlər, Yalçın qoy yaşınızın üstə gələn bu yaş da  sizə  sevincdolu illər bəxş etsin, hər yeni günün isə sizi istəklərniznə qovuşduraraq daha da xoşbəxt etsin.
     Yalçın  Akif oğlu Cəlilov    1974- ci ilin may ayının 26-də  Göyəçə Mahalının Basarkecər rayonun Nərmanlı kəndində  ziyalı ailədə anadan olub.
    Yalçın Cəlilov   1991-ci ildə  Bakı şəhəri 35 nömrəli  tam orta məktəbi, 1997 -ci ildə Bakı Buznes Universitetini  bitrib. Yalçın Cəlilov    Daxili Qoşunlarda  xidmət etdiyi illər ərzində Daxili Qoşunların hərbi hissələrində  və Baş İdarəsində keçirilən  hərbi və taktiki-xüsusi təlimlərdə, seminar və konfranslarda fəal iştirak edib.
    Baş gizir    Yaiçın Akif oğlu Cəlilov    1997- 1998 -cı illərdə Müdafiə Nazirliyin Kəşfiyyat İdarəsinin  xüsusi əlahiddə  taborunda müddətli həqiqi  hərbi xidmətdə olub. 2002-2024- cü  illərdə Daxili Qoşunların  Baş İdarəsinin  Kadırlar İdarəsində məsul icracı  vəzifəsində  Millətə, Dövlətə, Vətənə və Xalqa  sədaqətlə xidmət edib.

    Çalışdığı bütün vəzifədə özünü bacarıqlı  hərbi qulluqcu kimi göstərən- ehtiyatda olan  baş gizir Cəlilov Yalçın  Akif oğlu  DİN-in Daxil Qoşunlarda xidmət etdiyi illər ərzində öz tabeliyində olanlara və bir çox hərbi qulluqçulara  Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl edilməsi, Hərbi Andın, hərbi və daxili qoşunların döyüş xidməti nizamnamələrinin tələblərinin , əmr və sərancamların dəqiq və sözsüz yerinə yetirilməsi işində daimi nümunə olmuşdur.
        Qanunvericiliklə müəyyən olunmuş qaydada  Daxil işlər Nazirliyinin Daxili Qoşunlarına  həvalə edilmiş vəzifələrin yerinə yetirilməsində,yaşayış məntəqələrində kütləvi  iğtişaşların qarşlsının alınmasında, şəhərdə, yaşayış məntəqələrində və kütləvi tədbirlərin kecirilmə yerlərində ictmai asayişin qorunmasında və ictimai  asayişin təmin olunmasında, cinayətkarlığa qarşı mübarizədə, qəzalar, bədbəxt hadisələr,yanğınlar, təbii fəlakətlər  və başqa  fövqalədə hallar ( hərbi vəziyyət vö komendat saatı) zamanı hüquqi rejimin təmin olunmasında,  eləcə də dövlətətin ərazi bütövlüyünün tam təmin edilməsində  üzərinə düşən vəzifə və tapşırıqların öhtəsindən layiqincə gəlmişdir.
  Hərbi yoldaşları Yalçın Cəlilovu  vətənpərvər, qorxmaz, səxavətli, insanpərvər, əliaçıq və zəhmətkeş  hərbi qulluqçu kimi dəyərləndirirlər.O,istər təhsil aldıgı,orta və təhsil mərkəzlərində, istərsə də  xidmət etdiyi və işlədiyi müddətdə, istərsə də dost- tanış, qohum -əqrəba  arasında   özünə layiq hörmət  qazanıb.
   Xidməti vəzifələrin icrası zamanı yüksək mənəvi - döyüş keyfiyyətləri,  döyüş və ictimai - siyasi hazırlığında, hərbi intizamın möhkəmləndirilməsində yüksək göstəricilərə nail olduğuna və nümunəvi xidmətinə görə Daxili İşlər Nazirinin, Daxili Qoşunlar Komandanın və onun müavinlərinin və idarə  (şöbə) rəisinin  müvafiq əmrləri ilə  xidmətdə fəriqləndiyinə görə əlacı və  yubiley  döş  nişanları ilə təltif olnub, bir çox diplomlarla, fərmanlarla və qiymətli hədiyələr ilə mükafatlandırlıb və ona təşəkkür elan edilib.
     Öz xidməti vəzifələrini   yerinə yetirərkən fəqiqləndiyinə və digər xidmətlərinə  görə Azərbaycan Respublikasının Daxili İşlər Nazirinin müvafiq əmirlərinə əsasən aşağıdakı medallarla təltif olunub:

1." Azərbaycan  Respubilkasının Silahlı Qüvvələrinin  10 illiyi  (1991- 2001)” yubiley medalı ilə;

2.” Azərbaycan Respublikasının  Silahlı Qüvvələrinin   90 illiyi ( 1918 - 2008)” yubiley  medalı ilə;

3."Azərbaycan Respubilkasının Silahlı Qüvvələrinin 95 illiyi  ( 1918 - 2015 )”  yubiley   medalı ilə;

4."Qüsursuz xidmətə görə" 3-cü dərəcəli medal  - Silahlı Qüvvələrdə  10 təqvim ili xidmətə görə;

5"Qüsursuz xidmətə görə 2 -ci  dərəcəli medal - Silahlı Qüvvələrdə 15 təqvim ili xidmətə görə;

 6."Qüsursuz  xidmətə görə" 1-ci dərəcəli medal  - Silahlı Qüvvələrdə 20 təqvim ili  xidmətə görə.

      ALLAH HƏR ZAMAN QƏLBİNİ SIXINTIDAN, BƏDBİNLİKDƏN QORUSUN!
      
 DOĞUM GÜNÜN MÜBARƏK OLSUN  YALÇIN !
     
BÜTÜN ARZULARIN ÇİN OLSUN!
     
HƏMIŞƏ ÜZÜN GÜLSÜN, ÜRƏYIN SEVINSIN!

Azərbaycan Respubilkasının  Silahlı Qüvvələr və Müharibə Veteranı polkovnik Salman Musayev






Hiç yorum yok:

Yorum Gönder

Pages