Təbrik:Tibb xidməti polkovnik leytenatı Ələsgər Ağayev - 48




Tarix boyu həkimlik sənətinə ülvi bir peşə, həkimə isə müqəddəs bir şəxs kimi yanaşılmışdır. Sənətini mükəmməl bilən, insanların sağlamlığının keşiyində ləyaqətlə duran, onların qayğısına qalan həkimlərin xətri el-obada həmişə əziz tutulmuşdur. Hətta el arasında müdrik və mütərəqqi adamları loğmanla müqayisə edirdilər.
Həkim adını daşımaq nə qədər məsuliyyətli olsa da, bir o qədər də şərəflidir. Xalqın səhhətini qorumaq, hər kəsin öz sağlamlığını və həyatını etibar edəcəkləri qədər inamını qazanmaq hər insana nəsib olmur. Möcüzəli əlləri ilə insanlara şəfa bəxş edərək, xarakteri ilə səhhətlərində yaranmış problemlərini unutduraraq onların ehtiramını qazanmaq həkimlərin peşə vəzifələrinin ən ümdə məqamlarından biridir. Ələsgər həkim də öz səmimi davranışı, dürüstlüyü, insanpərvərliyi, qayğıkeşliyi və insanlara sağlamlıq, eləcə də gözəl təbəssüm bəxş etmək məharəti ilə onların etibarını və rəğbətini qazanmış həkimlərdəndir. Təsadüfi deyil ki, pasientləri (onu tanyanlar)  Ələsgər   həkim barəsində danışanda deyirlər ki, “gözəl insandır və “əlləri qızıldır”.
İnsanlara yeni həyat, yaşamaq sevinc bəxş edən, yüksək  əxlaqi dəyərlərə malik olan, sayılb- seçilən, peşəkar   həkimlərmizdən bir olan, ali dərəcəli həkim- ehtiyatda  olan tibb xidməti polkovnik-leytenantı Ələsgər Əliyusif  oğlu Ağayev 7  may 1976 -ci il tarixdə Masalı  rayonun Qızılağac kəndində   anadan olub.Masalı  rayonun Qızılağac kəndində zəhmətkeş  ailədə dünyaya gələn Ələsgər  həkim qədirbilən övlad və qayğıkeş həkimdir.
1993- cu ildə orta təhsilini  Masalı rayonun  Qızılağac kənd orta məktəbdə  uğurla başa vuran Ələsgər Ağayev 2000-cı ildə Azərbaycan Dövlət Tibb  İnstitutunun müalicə-profilaktika fakultəsini  müvəffəqiyyətlə bitirib. Ələsgər  həkim dəfələrlə həm ölkəmizdə, həmdə müxtəlif  dövlətlərdə  müvafiq ixtisasartırma kurslarında, seminarlarda,kongreslərdə, xüsusi- taktiki təlimlərdə, simpoziumlarda fəal iştirak edib.
 Silahdaşlarının yadaşında  fədakar həkim kimi daimi yada qalan Ələsgər Ağayev 2000- 2004-cü illərdə Müdafiə Nazirliyin Füzuli rayonunda yerləşən  hərbi hospitalda, 2004-2017 -ci  illərdə Daxili işlər nazirliyi Daxili Qoşunların Nərmanov rayonunda yerəşən  hərbi hospitalının anesteziologiya və reanimasiya  şöbəsində, 2018-2021-ci illərdə isə  Müdafiə Nazirliyin Baş  Mərkəzi Klinik hospitalında  müxtəlif baş zabit (ordinator və baş ordinator) vəzifələrində  Millətə, Dövlətə,Vətənə və Xalqa sədaqətlə xidmət etmişdir.
  Daxili işlər nazirliyi Daxili Qoşunların və Müdafiə Nazirliyin  hərbi hospitallarının həyatında öz dəst- xətti  və xüsusi xidmətləri olan Ələsgər  həkim  həmişə Hippokrat andına  sadiq  olan peşəkar və zəhmətkeş  həkim olmuşdur.
2021 -ci ildə Ələsgər həkim   Silahlı Qüvvələrə  ehtiyata  buraxıldıqdan sonra  öz ixtisası üzrə  2020 -ci ildən xidmətə başlayan Olimp  hospitalda (Müasir  stantdartlara cavab verən  tibb mərkəzində) həkim  kimi öz  fəaliyyətini davam etdirir.
Öz peşəsunə daimi sadiq olan Ələsgər  həkim Azərbaycan Respubilkasının  Konstitusiyasına və qanunlarına əməl edilməsi, Hərbi Andın, hərbi və daxili işlər nazirliyi daxili qoşunların döyüş xidməti nizamnamələrinin eləcə də tibb işçilərinin əxlaqı kodeksinin tələblərinin dəqiq və sözsüz  yerinə yetirilməsi işində bir cox hərbi qulluqculara və həkimlərə  şəxsi nümünə olmuşdur.
Ağayev Ələsgər Əliyusif  oğlu  Daxili Qoşunlarda və Müdafiə Nazirliyində  xidmət etdiyi illər ərzində,  Qanunvericiliklə müəyyən olunmuş qaydada  Daxili işlər nazirliyi  Daxili Qoşunların hərbi hospitalına  və Müdafiə Nazirliyin  Baş  Klinik Mərkəzi hospitalına  həvalə olunmuş vəzifə və tapşrıqları ləyaqətlə  yerinə yetirmişdir. 
Səmərəli fəaliyyətinə görə  Daxili işlər nazirinin, Daxili Qoşunlar komandanı və onun müavinlərinin, Müdafiə Nazirinin, Bas Mərkəzi  Klinik hərbi Hospital rəisinin,  korpus və  hərbi hissə komandirinin (hospital rəisinin)  müvafiq əmirləri ilə  əla xidmətlərə ğörə əlacı və yubiley döş  nişanları ilə təltif olunub,bir çox diplomlarla, fərmanlarla və qiymətli hədiyyələrlə    mükafatlandırlıb və ona təşəkkur  elan  olunmuşdur.
Öz xidməti vəzifələrini və hərbi hissənin (hospitalın ) qarşısında qoyulmuş tapşırıqları yürinə  yetirərkən fəriqləndiyinə və hərbi xidmət  keçdiyi dövrdə  göstərdiyi digər  xidmətlərə görə, Azərbaycan Respubilkası Prezdenti adından Daxili işlər nazirinin və Müdafiə Nazirinin müvafiq əmirləri aşağıdakı medallarla  təltif edilib:
1.”Qusursuz xidmətə görə” 1-ci dərəcəli medal-Silahlı Qüvvələrdə  20 təqvim ili xidmətə görə;
2.”Qusursuz xidmətə görə” 2-ci dərəcəli medal-Silahlı  Qüvvələrdə 15 təqvim ili xidmətə görə;
3.” Qusursuz xidmətə görə” 3-cü  dərəcəli medal-Silahlı Qüvvələrdə 10 təqvim ili xidmətə görə;
4.”Azərbaycan Respubilkası Silahlı Qüvvələrinin   90 illiyi (1918-2008)” yubiley medalı ilə;
5.”Azərbaycan Respubilkası Silahlı Qüvvələrinin  95 illiyi (1918-2013) yubiley medalı ilə;
6.”Azərbaycan Respubilkası  Silahlı Qüvvələrinin  100 illiyi (1918-2018)” yubiley medalı ilə.
 Şərəfli ömür yolu keçmiş, insanların sağlamlığını ləyaqətlə qorumuş savadlı mütəxəssis, gözəl insan və qayğikeş həkim kimi kiçikdən-böyüyə onu tanıyanların hər birinin dərin rəğbətini qazanmış- ehtiyatda olan tibb xidməti polkovnik leytenatı Ələsgər Ağayevin  anadan olmasının  48-ci ildönümü münasibətiləDaxili işlər nazirliyi Daxili Qoşunların  ehtiyatda və istefada olan zabitləri, (tibb işciləri), doğmaları, əzizləri, yaxın qohumları, döyüş və iş yoldaşları səmimi qəlbdən  təbrik edir, ona uzun ömür, möhkəm cansağlığı, firavan həyat, ailə səadəti və hərtərəfli uğurlar diləyirlər.
Doğum günün mübarək olsun  həkim!
 Ələsgər həkim yaşa - yaşa  100 yaşa və sağlam yaşa.
Azərbaycan Respublikasının Silahlı Qüvvələr və  Müharibə  Veteranı polkovnik Salman Musayev 


Hiç yorum yok:

Yorum Gönder

Pages