İnsan üçün ən yaddaqalan günlərdən başlıcası onun həyata gəldiyi gündür. Ömürə bəzək olan ad günü hər il xüsusi ilə qeyd olunur.
Bu bahar təravətli yaz günündə Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Bırlıyının (AVMVİB-nin) Nizami rayon şöbəsinin sədri Hörmətli Baxşıyev Rəcəb Xudayar öğlunun may ayının 2- də dünya göz açdığı gündür.
Daima həyatın bütün imtahanlarından alnıaçıq və üzüağ çıxan, müharibə veteranı Rəcəb Baxşıyevi belə bir əlamətdar gün münasibətilə Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB) rəhbərliyi, Fədai.az kollektivi,əzizləri,doğmaları, iş və döyüşçü yoldaşları səmimi- qəlbdən təbrik edir, səbəbkara həyatda insan üçün ən şirin nemət olan möhkəm cansağlığı və həyat yollarında bitib- tükənməyən nailiyyətlər arzu edib deyirlər, Rəcəb qoy yaşınızın üstə gələn bu yaş da sizə sevinc dolu günlər bəxş etsin, hər yeni ilin isə ötən illərdən daha gözəl istəklərinə uyğun olaraq sizi xoşbəxt edəcək şəkildə keçsin.
Baxşiyev Rəcəb Xudayar oğlu 1969 - cu ilin may ayının 2-də Lerik rayonun Pirasora kəndində zəhmətkeş ailədə anadan olub.
Rəcəb Xudayar oğlu Baxşəliyev Lerik rayonun Pirasora kənd orta məktəbi və Dağıstan Dövlət Universitetinin Bakı filalını bitrib.
1987-1989 -cu illərdə Rusiya Sovet Sosialist Respublikasının Kemerovo vilayətində yerləşən hərbi hissələrin birində müddətli həqiqi hərbi xidmətdə olub.
Rəcəb Baxşıyev
1991-ci ilin oktyabr ayından- 1992- ci illin iyul ayının 5- nə kimi Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda (Goranboy, Ağdam rayonları istiqamətində) gedən döyüşlərdə, eləcə də Goranboy rayonundakı bir sıra kəndin ermənlərdən təmizlənsi əməliyyatında üzərinə düşən vəzifə və tapşırıqların öhdəsindən layiqincə gəlib.
1992-ci illin iyul ayının 5 - də Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə ağır yaralanıb.
O,Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına əməl edilməsi, " İctimai Şüra Haqqında" Azərbaycan Respublikasının Qanunun, Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin Nizamnaməsinin tələblərinin dəqiq və sözsüz yerinə yetirilməsi işində üzərinə düsən vəzifə və tapşırıqları məsuliyyət və şərəf hissi ilə yerınə yetirir.
Hərbi və ictimai vəzifələrinin icrası zamanı yüksək mənəvi - döyüş keyfiyyətləri göstərdiyinə, ona həvalə edilmiş ictimai vəzifələrin yerinə yetirilməsinə məsuliyyətlə yanaşdığına görə Azərbaycan Ordusunun Baş Qərargah rəisinin, xidmət etdiyi korpus və hərbi hərbi hissə komandirlərinin,Nizami rayon İcra Hakimiyyəti Başçısının, Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyin sədrinin,Azərbaycan Respubilkası Veteranları Təşkilatının sədrinin, Respublika ictimai təşkilat sədirlərinin müvafiq əmrləri ilə bir sira medalarla və döş nişanları ilə təltif edilib, bir cox fəxri fərmanlarla,diplomlarla, qiymətli hədiyyələrlə mükafatlandırıb və ona təşəkkür elan edilib.
Hal- hazırda Baxşiyev Rəcəb Xudayar oğlu Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin Nizami rayon şöbəsinin sədri və Bakı şəhər Nizami rayon İcra Hakimiyyəti yanında İctimai şuranın müavini vəzifəsində Millətə, Vətənə Dövlətə və Xalqa sədaqətlə calışır.
DOĞUM GÜNÜN MÜBARƏK OLSUN. RƏCƏB!
HƏMİŞƏ ÜZÜN GÜLSÜN, ÜRƏYİN SEVİNSİN!
ALLAH HƏR ZAMAN QƏLBİNİ SIXINTIDAN, BƏDBİNLİKDƏN QORUSUN!
BÜTÜN ARZULARIN ÇİN OLSUN!
Azərbaycan Respubilkasının Silahlı Qüvvələr və Müharibə Veteranı polkovnik Salman Musayev
Hiç yorum yok:
Yorum Gönder