Təbrik:Polkovnik Sahib Babayev - 61






 İnsan üçün ən yadda qalan tarixlərdən  biri onun doğum günüdür. Yaşın üstə  hər yaş gələndə daha da kamilləşirsən.  Belə insanlardan biri də peşəkarlığı, humanistliyi və səmimiyyəti ilə seçilən Silahlı Qüvvələr və Müharibə Veteranı Sahib  Babayevdir.Ömrünün ən məhsuldar dövrünü Daxili İşlər Nazirliyinin  (Din-in) müvafiq strukturlarında  keçirmiş- istefada olan polkovnik Babayev Sahib Xudaverdi oğlunun  iyun ayının 1 - də  dünyaya  göz acdığı gündür.

  Belə bir əlamətdar gün münasibətilə daimi həyatın bütün  imtahanlarından alnıaçıq və üzüağ çıxan,Azərbaycan Respubilkasının   Silahlı Qüvvələr və Müharibə Veteranı - istefada olan polkovnik Sahib  Babayevi DİN-in Daxili Qoşunların ehtiyatda və istefada olan zabitləri, doğmaları, əzizləri, iş və döyüşcü  yoldaşları  səmimi qəlbdən təbrik edir,səbəbkara həyatda insan ücün ən şirin nemət olan möhkəm cansağlığı və həyat yollarında bitib - tükənməyən naliyyətlər arzu edib deyirlər, Sahib qoy hər yeni  yaşınız da  sizə sevincdolu illər  bəxş etsin,  hər yeni gününüz isə sizii  istəklərinə qovuşduraraq daha da xoşbəxt etsin.
 
1963 -cü ilin iyun ayının -1 də  Qazax rayonunun Moruqlu  (  ərazi bölgüsünə əsasən indiki Gədəbəy rayonunun Moruqlu) kəndində anadan olub.
 
1980-ci ildə Moruqlu kənd orta məktəbi,  1987 - ci ildə  Krosnoyarsk diyarında  orta ixtisas milis məktəbini,1991 - ci ildə isə  Xarkov şəhərində Ali  Millis  məktəbini bitirib.
     
1981-1983 -cü illərdə Sovet Ordusunun  Amur vilayətində yerləşən hərbi hissələrin birində müddətli həqiqi hərbi xidmətdə manqa komandiri, taqım komandirinin müavini və bölüyün baş cavuşu vəzifəsində olub. Xidmət müddətini başa çatdıqdan sonra baş cavuş  (starşına) rütbəsində Sillahlı Qüvvələrdən ehtiyata buraxılıb.
  
 1987-1991 - cü illərdə  Xabarovsk diyarının Amur şəhərinin Lenin rayon milis şöbəsində  təhqiqatcı və baş təhqiqatçı vəzifələrində işləyib.
      
1992- 2016-cı illərdə  Daxili İşlər Nazirliyi  Daxili Qoşunların Baş İdarəsinin  Gəncə şəhərində, Hacıqabul,  Lənkəran,  Binəqədi və Xəzər rayonlarında yerləşən hərbi hissələrdə və ali  hərbi məktəbdə, hərbi hissə komandirinin  hüquq işlər üzrə köməkçisi,Alay, Briqada  komandirlərinin və Ali hərbi məktəb  rəisinin tərbiyəvi işləri üzrə müavini  vəzifələrində Millətə, Vətənə, Dövlətə və Xalqa  sədaqətlə  xidmət edib.
     
O,  Daxil Qoşunlarda xidmət etdiyi illər ərzində  Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına, hərbi andın, hərbi və daxili qoşunların döyüş xidməti nizamnamələrinin tələblərinə və vəzifə  borcuna əməl etməkdə tabeliyindəkilər üçün nümunə olmuşdur.
     
 Qanunvericiliklə müəyyən olunmuş  qaydada  Daxil İşlər Nazirliyi Daxili Qoşunlarına  həvalə edilmiş vəzifələrin yerinə yetirilməsində,mühüm dövlət obyektlərin mühafizə  olunmasında,daxili işlər  orqanları ilə birlikdə şəhərdə və digər yaşayış məntəqələrində (kütləvi tədbirlərin kecirilmə yerlərində) patrul-post xidməti vastəsi ilə ictimai asayişin qorunmasında və ictimai təhlükəsizliyin təmin olunmasında, yaşayış məntəqələrində kütləvi iğtişaşların qarşısının alınmasında, cinayətkarlığa qarşı mübarizədə, silahlı birləşmiş dəstələrin axtarışında və  zərərsizləşdirilməsində,qəzalar,bədbəxt hadisələr,yanğınlar,təbii fəlakətlər və başqa  fövqalədə hallar (fövqalədə vəziyyət və komendant sattı)   zamanı hüquqi rejiminin təmin olunmasında, Azərbaycan Respublikasının ərazisinin müdafiəsinin təmin edilməsində  üzərinə düşən vəzifə və tapşırıqların öhtəsindən layiqincə gəlmişdir.
   
Hərbi və ictimai vəzifələrinin icrası zamanı yüksək mənəvi -  döyüş keyfiyyətləri göstərdiyinə, döyüş və ictimai siyası hazırlığında, hərbi intizamın möhkəmləndirilməsində yüksək göstəricilərə nail olduğuna və nümunəvi xidmətinə görə Daxili İşlər Nazirinin, Daxili Qoşunların Komandanın, onun müavinlərinin, Ali Hərbi məktəb rəisinin, hərbi hissə komandirinin  müvafiq əmrləri ilə  əla xidmətlərə görə əlacı və yubiley döş nişanları ilə təltif olunub, bir cox fərmanlarla,  qiymətli hədiyyələrlə mükafatlandırlıb və ona təşəkkür elan edilib.

 Hərbi və döyüşcü yoldaşları Sahib Babayevi  vətənpərvər, qorxmaz, saxavətli,  insanpərvər, əliaçıq və zəhmətkeş zabit kimi  dəyərləndirirlər. O, istər təhsil aldıgı orta və ali təhsil müəssisələrində, istər xidmət etdiyi və çalışdığı mühitdə,    istərsə də  dost - tanış , qohum - əqraba  arasında özünə böyük hörmət qazanıb.
    
Azərbaycan Respublikasının müstəqilliyinin, ərazi bütövlüyünün  qorunub saxlanmasında, respublikada əmin - amanlığın təmin edilməsində, ictimai  əsayişin qorunmasında, cinayətkarlığa qarşı mübarizədə  öz xidməti vəzifələrini və hərbi hissənin qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən fəriqləndiyinə görə aşağıdakı medallarla təltif olunub:

1."Hərbi xidmətlərə görə" medalı ilə;

2.”Azərbaycan Respubilkası Silahlı Qüvvələri Veteranı” medalı ilə;

3."Azərbaycan Resıubilkası Silahlı Qüvvələrinin 10 illiyi ( 1991 -2001)” yubiley  medalı ilə;

4.”Azərbaycan  Respubilkası Silahlı Qüvvələrinin 90 illiyi (1918 -2008)” yubiley medalı ilə;
 
5."Azərbaycan Respubilkası Silahlı Qüvvələrinin 95 illiyi  (1918- 2013)”  yubiley  medalı ilə;
 
6."Qüsursuz xidmətə görə” 1 -ci  dərəcəli medal - Silahlı Qüvvələrdə 20 təqvim ili xidmətə görə;

7."Qüsursuz  xidmətə görə" 2-ci dərəcəli medal - Silahlı Qüvvələrdə 15 təqvim  ili  xidmətə görə;

8."Qüsursuz xidmətə görə " 3-cü dərəcəli medal- Silahlı Qüvvələrdə  10 təqvim ili xidmətə görə.

DOĞUM GÜNÜN MÜBARƏK OLSUN SAHİB.

ALLAH HƏR ZAMAN QƏLBİNİ SIXINTIDAN, BƏDBİNLİKDƏN QORUSUN!

BÜTÜN ARZULARIN ÇİN OLSUN!
HƏMİŞƏ ÜZÜN GÜLSÜN, ÜRƏYİN SEVİNSİN!

Azərbaycan Respubilkasının Silahlı Qüvvələr və   Müharibə Veteranı polkovnik Salman Musayev


Hiç yorum yok:

Yorum Gönder

Pages