Daxil İşlər Nazirliyi (Din-in) Daxili Qoşunların həyatında öz dəsti- xətti olan, yüksək hərbi peşəkarlığı, dərin zəkası, vətənpərvərliyi, gözəl nitq qabiliyyəti, sadəliyi, xeyirxahlığı, dəqiqliyi, təmkinliyi,zəhmətkeşliyi, insanpərvərliyi, səmimiyyəti,iradi və mənəvi keyfiyyətləri ilə seçilən, ömrünün ən məhsuldar dövrünü hərbi xidmətdə keçirmiş- ehtiyatda olan polkovnik- leytenant Əhmədov Zəka Fariz oğlunun may ayının 14-də dünyaya göz acdığı gündür.
Həyatın bütün imtahanlarından alnıaçıq və üzüağ çıxan -ehtiyatda olan polkovnik- leytenant Zəka Əhmədovu doğum günü münasibətilə Daxili işlər nazirliyi (Din-in) Daxili Qoşunların ehtiyatda və istefada olan zabitləri,doğmaları,əzizləri,yaxınları və iş yoldaşları səmimi qəlbdən təbrik edir, ona həyatda insan üçün ən şirin nemət olan möhkəm can sağlığı, həyat yollarında bitib- tükənməyən naliyyətlər arzu edib deyirlər, Zəka hər yeni yaşın sizə sevincdolu günlər bəxş etsin, hər yeni günün isə sizi istəklərinə qovuşduraraq daha da xoşbəxt etsin.
Polkovnik- leytenant Əhmədov Zəka Fariz oğlu may ayının 14- də Azərbaycan Respublikasının İsmayıllı rayonun ən qədim kəndlərindən biri olan (rayon mərkəzindən 45 km Şərqdə dağ ətəyində yerləşən) Sulut kəndində zəhmətkeş ailədə anadan olub.
1995- ci ildə İsmayıllı rayon Sulut kənd orta məktəbi, 2001- ci ildə Bakı Ali Ümümqoşun Komandirlər Məktəbini ( BAÜKM), 2002-ci ildə Daxili İşlər Nazirliyinin Daxili Qoşunların Baş İdarəsinin Xəzər rayonunda yerləşən hərbi məktəbində zabitlərin ixtisas artırma kursunu, 2009- cu ildə isə, Çin Xalq Respublikasının Ali Hərbi Akademiyasında tabor komandiri kursunu bitrib . Zəka hərbi təcürbə mübadiləsi əldə etmək üçün bir sıra xarici ölkələrdə işgüzar səfərdə olub.
1996 -1997-ci illərdə Daxili Qoşunların Baş İdarəsinin Binəqədi və Hacıqabul rayonunlarda yerləşən hərbi hissələrində müdddətli həqiqi hərbi xidmətdə əsgər, manqa komandiri vəzifəsində olub, 1997-2001-ci ildə isə Bakı Ümümqoşun Komandirlər Məktəbində ali təhsil alıb.
2001- 2016 -ci illərdə Daxili İşlər Nazirliyinin Daxili Qoşunların Baş İdarəsinin Xətai və Sabunçu rayonlarında yerləşən hərbi hissələrində taqım və böluk komandiri, tabor qərargahının rəisi, tabor komandiri, hərbi hissə komandirinin birinci müavinini- qərargah rəisi, hərbi hissə komandiri əvəzi vəzifələrində Millətə, Vətənə, Dövlətə və Xalqa sədaqətlə xidmət edib.
Daxili Qoşunlarda xidmət etdiyi illər ərzində Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl edilməsi, Hərbi Andın, daxili qoşunların döyüş xidməti nizamnamələriin və Hərbi qulluqçuların Etik Davranış Kodeksinin tələblərinin, əmr və sərəncamların dəqiq və sözsüz yerinə yetirilməsi işində bir çox hərbi qulluqculara daima
nümunə olmuşdur.
Zəka Əhmədov Daxili Qoşunlarda xidmət etdiyi illər ərzində bir çox təlim- metodiki toplanışlarda, müvafiq ixtisas artırma kurslarda, hərbi və xüsusi- taktiki təlimlərdə, seminar və konfranslarda fəal iştirak etməsi sayəsində, bu sahədə bilik və baçarıqlarını maksimal təhkimləşdirib və beləcə Daxili Qoşunlarda özünu son dərəcə faydalı kadr olaraq təsdiq etmişdir.
Polkovnik-leytenant Zəka Əhmədov həmişə ulu öndərin idealarına, dövlət başçımızın yerdiyi siyasətə, dövlətçiliyə sadiq ,hər zaman sözü ilə əməli bir olan zəhmətkeş zabit olub.
Qanunvericiliklə müəyyən olunmuş qaydada Din- in Daxili Qoşunlarına və Daxili İşlər orqanlarına həvalə edilmiş vəzifələrin yerinə yetirilməsində, yaşayış məntəqələrində və cəzaçəkmə müəssisələrində kütləvi iğtişaşların qarşısının alınmasında,cinayətkarlığa qarşı mübarizənin təşkilində, silahlı birləşmiş dəstələrin axtarışında və zərərsizləşdirilməsində, dövlət əhmiyətli obyektlərin,inzibatı binaların,hərbi təchizat anbarların və hərbi şəhərciklərin mühafizə olunmasında,şəhərdə,yaşayış məntəqələrində və kütləvi tədbirlərin keçirilmə yerlərində ictimai asayişin qorunmasıda və ictimai təhlükəsizliyin təmin edilməsində,qəzalar,bədbəxt hadisələr,yanğınlar,təbii fəlakətlər və başqa fövqalədə hərbi (fövqalədə vəziyyət və komendant saatı) zamanı hüquqi rejimin təmin edilməsində, dövlətin ərazi bütövlüyünün təmin olunmasında, eyni zamanda küratoru olduğu xidmət sahələrinin fəaliyyətinin çevik və məqsədyönlü idarə olunmasında, düzgün istiqamətləndirilməsində üzərinə düşən vəzifə və tapşırıqların öhdəsindən layiqincə gəlmişdir
Hərbi xidməti vəzifələrinin icrası zamanı yüksək mənəvi- döyüş keyfiyyətləri göstərdiyinə, döyüş və ictimai siyası hazırlığında, idman sahəsində, hərbi intizamın möhkəmləndirilməsində yüksək göstəricilərə nail olduğuna və nümunəvi xidmətinə görə Daxili İşlər Nazirinin,Müdafiə Nazirinin, Daxili Qoşunlar Komandanın və onun müavinlərinin, Ali hərbi məktəb rəisinin, hərbi hissə komandirinin müvafiq əmrləri ilə əla xidmətlərə görə əlacı , yubiley və müvafiq idman dərəcəsi döş nişanları ilə təltif olunub, bir çox fəxri fərmanlarla,diplomlarla, qiymətli hədiyyələrlə (pul mükafatı ilə) mükafatlandırlıb və ona təşəkkür elan edilib.
Azərbaycan Respublikasının müstəqilliyinin , ərazi bütövlüyünün qorunub saxlanmasında, respublikada əmin- amanlığın təmin edilməsində,ictimai əsayişin qorunmasında, cinayətkarlığa qarşı mübarizədə öz xidməti vəzifələrini və hərbi hissənin qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən fəriqləndiyinə görə aşağıdakı medallarla təltif olunub:
1.Azərbaycan Respubilkası Prezdendinin müvafiq sərancamı ilə:
- “Hərbi xidmətlərə görə » medalı ilə.
2.Azərbaycan Respubilkası Prezidenti adından Daxili işlər nazirliyin müvafiq əmirlərinə əsasən:
2.1.”Azərbaycan Respubilkası Silahlı Qüvvələrinin 10 illiyi ( 1991- 2001)” yubiley medalı ilə;
2.2.”Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 90 illiyi ( 1918- 2008)” yubley medalı ilə;
2.3.”Azərbaycan Respubilkası Silahlı Qüvvələrinin 95 illiyi (1918- 2013)” yubiley medalı ilə;
2.4.”Qüsursuz xidmətə görə” 1-ci dərəcəli medal ilə- Silahlı Qüvvələrdə 20 təqvim ili xidmətə görə;
2.5.”Qüsursuz xidmətə görə” 2-ci dərəcəli medal ilə- Silahlı Qüvvələrdə 15 təqvim ili xidmətə görə;
2.6”Qusursuz xidmətə görə 3 -cü dərəcəli medal- Silahlı Qüvvələrdə 10 təqvim ili xidmətə görə.
Hərbi yoldaşları Zəka Əhmədovu vətənpərvər, qorxmaz, səxavətli, insanpərvər, əliacıq və zəhmətkeş zabit kimi dəyərləndirirlər. O, istər təhsil aldıgı orta və ali təhsil müəssisələrində, istər xidmət etdiyi və çalışdığı mühitdə, istərsədə dost - tanış , qohum- əqraba arasında özünə böyük hörmət qazanıb.
DOĞUM GÜNÜN MÜBARƏK OLSUN, ZƏKA!
ALLAH HƏR ZAMAN QƏLBİNİ SIXINTIDAN, BƏDBİNLİKDƏN QORUSUN!
BÜTÜN ARZULARIN ÇİN OLSUN!
HƏMİŞƏ ÜZÜN GÜLSÜN, ÜRƏYİN SEVİNSİN!
Azərbaycan Respubilkasının Silahlı Qüvvələr və Müharibə Veteranl polkovnik Salman Musayev
Hiç yorum yok:
Yorum Gönder