Təbrik:Nübar Cəlilova


  

Daxili işlər nazirliyi (Din-in) Daxili Qoşunların Baş İdarəsinin hüquq şöbəsində, kadırlar  idarəsində  və Daxili Qoşunların Nərmanov rayonunda yerləşən hərbi hissələrin birində  kargüzarlıq  və  inzibatı hissə xidmətləri  sahəsində   öz dəst- xətti və xüsusi xidmətləri  olan,  yüksək peşəkarlığı, dərin zəkası, gözəl nitq qabiliyyəti, humanistliyi, dəqiqliyi, təmkinliyi, sadəliyi, səmimiyyəti,vətınpərvərliyi,iradi və mənəvi keyfiyyətləri  ilə seçilən, ömrünün ən məhsuldar dövrünün 21-ildən çoxunu   Daxili İşlər Nazirliyi Daxili Qoşunların Baş İdarəsində  və Daxili Qoşunların Nərmanov rayonunda yerləşən hərbi hissələrin birində şərəfli   hərbi xidmət  yolu keçmiş – ehtiyatda  olan baş gizir  Cəlilova (Qurbanova) Nübar Murad  qızının may  ayının 21- də   dünyaya göz acdığı gündür.

  Belə bir əlamətdar gün münasbətilə  daimi həyatin bütün imtahanlarından alnıacıq və üzüağ cıxan,əhatəsində olan insanların hörmətini qazanan,dostlarına və yaxınlarına isti münasibətdə olan Nübar xanımı  Din-in Daxili Qoşunların  ehtiyatda və istefada olan zabitləri,əzizləri, doğmaları, yaxınları, iş  yoldaşları və onun pərəstişkarları səmimi qəlbdən təbrik edir,səbəbkara həyatda insan ücün ən şirin nemət olan möhkəm cansağlığı, həyat yollarında uğurlar arzu  edib deyirlər,Nübar xanım qoy yaşınızın üstə gələn bu yaş da sizə sevincdolu günlər bəxş etsin, hər yeni günüz isə ötən günlərdən daha gözəl istəklərinə uyğun səni xoşbəxt edəcək şəkildə keçsin.
   
Yüksək nufuz sahibi olan, xidmət etdiyi və hal- hazlrda işlədiyi kollektivdə təvazökar,qayğıkeş və xeyirxah insan kimi tanınan Cəlilova ( əvvəlki  soyadı Qurbanova)  Nübar  Murad qızı 1977- ci ilin   may  ayının 21 – də Bakı şəhərində  ziyalı  ailədə (polis ailəsində)  anadan olub.Nubar xanımın atası Murad uzun illər daxili işlər orqanında, qardası polis və müharibə veteranı- ehtiyatda olan  polis polkovnik leytenatı  Qurbanov  Elcin Murad  oğlu  43-ildən çox  Daxili işlər orqanında və Daxili Qoşunlarda, həyat yoldaşı  ehtiyatda olan baş gizir  Cəlilov Yalçın Akif oğlu isə  23 - ildən çox Daxili Qoşunların Baş İdarəsinin Kadırlar şöbəsində  müxtəlif  vəzifələrdə xidmət etmişlər. 
 
Nübar xanım 1994 -cu ildə Azərbaycan Respubilkasının Elm  və Təhsil Nazirliyini  Bakı şəhər Xətai rayonun  264 nömrəli  orta məktəbi- liseyi,1999-ci ildə isə   Bakı Dövlət Universitetinin  Biologiya fakultəsini    bitrib.  
    
Hər zaman həyatda layıqlı yer tutmağa canatmış, yüksək uğurlar qazanmış, vətənpərvər Nübar Murad qızı   Cəlilova 2000- 2022 - ci illərdə  Din-in Daxili Qoşunların Baş İdarəsinin hüquq şöbəsində,kadırlar idarəsində məsul icracı, Daxili Qoşunların  Nərmanov rayonunda yerləşən hərbi hissələrin  birində isə inzibatı  hissənin rəisi vəzifələrində Millətə,Dövlətə, Vətənə  və Xalqa sədaqətlə xidmət edib.

Torpağına,xalqına bağlı gözəl xanım Nübar Cəlilova   Daxili Qoşunlarda xidmət etdiyi illər ərzində özunü uşaq vaxtlarından, gözəl ailə və məktəb tərbiyəsi ilə böyümüş, əxlaqı tərbiyəsi yerində olan, nizam və intizamlı hərbi qulluqcu kimi göstərmişdir.O, işlədiyi və oxuduğu   təhsil müəssisələrində, yaşadığı ərazidə, kollektiv arasında həmişə müsbət mənada seçilərək, başqaları üçün  nümunə  olmuşdur.

Nübar xanım öz xidməti vəzifələrini və qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən   qoruxmaz,insanpərvər,səxavətli, əliaçıq, vəfalı və zəhmətkeş  hərbi qulluqcu olub.

 Əsil vətəndaşlıq mövqeyi ilə seçilən, ictimaiyyət arasında öznəlayıq hörmət qazanmış ehtiyatda olan baş gizir Nübar  Murad qizı   Cəlilova Azərbaycan Respublikası Konstitusiyası və qanunlarına,müvafiq nizamnamələrin, direktivlərin, təlimatların, əsasnamə və əmirlərin tələblərinə və vəzifə borcuna əməl etməkdə bir cox   həmkarları və iş yoldaşları
 üçün nümunə olmuşdur.

Nübar Cəlilova öz  xidməti vəzifələrini yerinə yetirərkən  fəriqləndiyinə, şücaət  və fədakarlıq  göstərdiyinə və digər xidmətlərinə görə   əla xidmətlərə görə əlacı  və yubiley döş  nişanları ilə  təltif olunub, bir cox fəxri fərmanlarla,diplomlarla, qiymətli hədiyələrlə mükafatlandırılıb, ona təşəkkur  elan edlib və aşağıdakı medallarla təltif edlib:

 1.”Qusursuz xidmətə görə” 1 -ci dərəcəli medal- Silahlı Qüvvələrdə 20 təqvim ili xidmətə görə;

2.”Qusursuz xidmətə görə” 2-ci dərəcəli medal- Silahlı Qüvvələrdə 15 təqvim ili xidmətə görə”;

3.”Qusursuz xidmətə  görə” 3-cü dərəcəli medal-Silahlı Qüvvələrdə  10 təqvim ili xidmətə görə;

4.”Azərbaycan Respubilkası Silahlı Qüvvələrinin 90 illiyi (1918-2008)” yubiley medalı ilə;

6.”Azərbaycan Respubilkası Silahlı Qüvvələrinin  95 illiyi (1918 - 2013)” yubiley medalı ilə.

NÜBAR XANIM!
BİR İL DAHA BİTDİ, AMMA HEÇ VAXT KƏDƏRLƏNMƏ  ZAMAN TEZ KEÇİR DEYƏ...
UNUTMA Kİ HƏR  KƏS EYNİ ŞEYİ YAŞAYIR.

BU İLİN SONUNDA GERİYƏ BAXDIĞINDA ÜMÜD EDİRƏM BİR "MÖCÜZƏ  İLDİ " DEYƏRSƏN...
 
BÜTÜN ARZULARLNIN REALLAŞMASI DİLƏYİMLƏ..XOŞBƏXT İLLƏRƏ.

Azərbaycan Respublikasının Silahlı Qüvvələr və müharibə veteranı polkovnik Salman Musayev


Hiç yorum yok:

Yorum Gönder

Pages