İnsan üçün ən yadda qalan günlərdən başlıcası onun həyata gəldiyi gündür. Belə insanlardan biri də Daxili işlər nazirliyi (Din-in) Daxili Qoşunların həyatında öz dəst-xətti olan, peşəkarlığı,xeyirxahlığı, işgüzarlığı humanistliyi,iradı, mənəvi keyfiyyətləri və səmimiyyəti ilə seçilən, müharibə veteranı - istefada olan Mayor Ağayev Əziz Novruz oğludur. May ayının 5 - də onun dünyaya göz acdığı gündür.
Daimi həyatın imtahanlarından alnıaçıq və üzüağ çıxan- istefada olan mayor Ağayev Əziz Novruz oğlunu doğum günü münasibətilə Din-in Daxili Qoşunların ehtiyatda və istefada olan zabitləri,əzizləri, doğmaları və iş yoldaşları səmimi- qəlbdən təbrik edir, səbəbkara həyatda insan üçün ən şirin nemət olan möhkəm cansağlığı, həyat yollarinda bitib - tükənməyən nailiyyətlər arzu edib deyirlər, Əziz qoy yaşınızın üstə gələn bu yaş da sizə sevincdolu günlər bəxş etsin, hər yeni ilin isə ötən illərdən daha gözəl istəklərinə uyğun səni xoşbəxt edəcək şəkildə keçsin.
İstefada olan mayor Ağayev Əziz Novruz oğlu 1957 -ci ilin may ayının 5- də Zəngilan rayonunun Genlik kəndində zəhmətkeş ailədə anadan olub.
1974 -cü ildə Zəngilan şəhər 1 nömrəli orta məktəbi, 1980 -ci ildə Rusiya Federasiyasının Çelyabinsk vilayətinin Maqnitoqorski şəhərində İnşaat Müəllimlər İnstitutunu bitirib.O,Din-in Daxili Qoşunlarda xidmət etdiyi illər ərzində bir çox təlim- metodiki toplanışlarda, müvafiq kurslarda, hərbi və xüsusi -taktiki təlimlərdə, seminar və konfranslarda fəal iştirak edib.
Əziz Ağayev 1980-1992-ci illərdə Bakı şəhər təhsil idarəsində metodist vəzifəsində işləyib.
1992-2006 -ci illərdə Daxili İşlər Nazirliyinin Daxili Qoşunların Binəqədi rayonunda yerləşən hərbi hissəində (briqadasında) mənzil istismar xidməti rəisi
vəzifəsində Millətə, Vətənə, Dövlətə və Xalqa sədaqətlə xidmət edib.
O,Daxili Qoşunlarda xidmət etdiyi illər ərzində öz tabeliyində olanlara Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına əməl edilməsi, Hərbi andın, hərbi və daxili qoşunların döyüş xidməti nizamnamələrinin tələblərinin dəqiq və sözsüz yerinə yetirilməsi işində daimi nümunə olmuşdur.
Azərbaycanın ərazi bütövlüyü uğrunda ( Ağdam və Füzuli rayonları istiqamətində) gedən döyüşlərdə iştirak edib.Müharibə veteranıdır.
Mayor Ağayev Əziz Novruz oğlu Daxili Qoşunlarda xidmət etdiyi illər ərzində, özünü qorxmaz , insanpərvər, əli açıq, yüksək intellektual səviyyəli bir zabit kimi göstərmişdir. O, istər təhsil aldıgı orta və ali təhsil müəssisələrində, istərsə də xidmət etdiyi və işlədiyi kollektivlərdə, dost - tanış, qohum- əqrəba arasında özünə layiq hörmət qazanmışdır .
Qanunvericilik ilə müəyyən olunmuş qaydada Daxil İşlər Nazirliyi Daxili Qoşunlarına həvalə edilmiş vəzifələrin yerinə yetirilməsində,şəhərdə,yaşayış məntəqələrində və kütləvi tədbirlərin kecirilmə yerlərində ictimai asayişin qorunmasında və ictimai təhlükəsizliyin təmin edilməsində yaşayış məntəqələrində və cəzaçəkmə müəsisaələrində kütləvi iğtişaşların qarşısının alınmasında,qəzalar,yanğınlar,bədbəxt hadisələr, təbii fəlakətlər və başqa fövqalədə (hərbi) vəziyyət zamanı hüquqi rejim tədbirlərinin həyata keçirilməsində, cinaətkarlığa qarşı mübarizədə, dövlətin ərazi bütövlüyün təmin edilməsində isə üzərinə düşən vəzifə və tapşırıqların öhdəsindən layiqincə gəlmişdir.
Hərbi xidməti vəzifələrinin icrası zamanı yüksək mənəvi - döyüş keyfiyyətləri göstərdiyinə, döyüş və ictimai siyasi hazırlığında, hərbi intizamın möhkəmləndirilməsində yüksək göstəricilərə nail olduğuna və nümunəvi xidmətinə görə Azərbaycan Respublikasının Daxili İşlər Nazirnin, Daxili Qoşunlar Komandanın və onun müavinlərinin, hərbi hissə komandirinin müvafiq əmrləri ilə əla xidmətlərə görə əlacı və yubiley döş nişanları ilə təltif edilib, bir cox fəxri fərmanlarla, qiymətli hədiyyələrlə mükafatlandırlıb və ona təşəkkür elan edilib.
Azərbaycan Respublikasının müstəqilliyinin ,ərazi bütövlüyünün qorunub saxlanılmasında, respublikada əmin - amanlığın təmin edilməsində, ictimai əsayişin qorunmasında, cinayətkarlığa qarşı mübarizədə öz xidməti vəzifələrini və hərbi hissənin qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən fəriqləndiyinə görə aşağıdakı medalarla təltif olunub:
1."Qusursuz xidmətə görə " 3- cü dərəcəli medal - Silahlı Qüvvələrdə - 10 təqvim ili xidmətə görə;
2."Arbaycan Respubilkası Silahlı Qüvvələrinin 10 -illiyi ( 1991- 2001)”yubiley medalı ilə;
DOĞUM GÜNÜN MÜBARƏK OLSUN ƏZİZ!
HƏMİŞƏ ÜZÜN GÜLSÜN, ÜRƏYİN SEVİNSİN!
ALLAH HƏR ZAMAN QƏLBİNİ SIXINTIDAN, BƏDBİNLİKDƏN QORUSUN!
BÜTÜN ARZULARIN ÇİN OLSUN!
polkovnik Salman Musayev
Hiç yorum yok:
Yorum Gönder