Təbrik:Mayor Aisə Balaməmmədova



    
 İnsan üçün ən yadda qalan tarixlərdən  biri onun doğum  günüdür. Yaşın üstə yaş gələndə  insan daha da kamilləşir. Belə insanlardan biri də yüksək peşəkarlığı, humanistliyi, sadəliyi, səmimiyyəti, dəqiqliyi, təmkinliyi, idarəclik qabiliyyəti,səmərəli fəaliyyəti,iğüzarlığı,iradi və mənəvi keyfiyyətləri  ilə   seçilən,  Müharibə Veteranı- istefada olan Mayor  Aisə Əmrulla qızı Balaməmmədovadır. Ömürün ən məhsuldar dövrünü hərbi xidmətdə keçirmiş- istefada olan Mayor  Aisə Balaməmmədovanın  may ayının 11 -də dünyaya göz acdığı gündür.
       
Daimi həyatın bütün imtahanlarından alnıaçıq və üzüağ çıxan- istefada olan mayor Aisə Balaməmmədovanın  69 yaşının tamam olması münasibətilə Daxili işlər nazirliyi (Din-in) Daxili Qoşunların  ehtiyatda və istefada olan zabitləri, doğmaları,əzizləri,yaxınları, iş və döyüşcü yoldaşları   səmimi qəlbdən təbrik edir, səbəbkara həyatda insan ucun ən şirin nemət olan möhkəm cansağlığı və həyat yollarında bitib - tükənməyən naliyyətlər arzu edib deyirlər, Aisə xanım qoy hər yeni yaşınız sizə  sevincdolu illər  bəxş etsin, hər yeni günüz isə  sizi istəklərinizə qovuşduraraq daha da xoşbəxt etsin.
     
Mayor Balaməmmmədova Aisə Əmrulla qızı 1955-ci ilin  may ayının 11- də  Qaradağ rayonun Lökbatan qəsəbəsində zəhmətkeş ailədə anadan olub.
    
Bakı şəhərinin Qaradağ rayonun Lökbatan qəsəbəsində orta məktəbi, Bakı Poltexnik Texnikomunu, Lvov şəhər  Poltexnik İnstitutunu bitrib.
     
Aisə xanım 1975 -1991-ci illərdə Bakı şəhərində  16 nömrəli Bağlı  Topoqrafiya  idarəsində müvafiq vəzifələrdə işləyib.
     
1992-2005 -ci illərdə  Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Daxili Qoşunların Binəqədi rayonunda yerləşən  hərbi hissəsində Qəragah rəisinin şəxsi heyətin qeydiyyatı və uçotu üzrə baş köməkçisi,  Daxili Qoşunların Bas İdarəsinin Qərargahında  hərbi topoqrafiya bölməsinin rəisi, təşkilat komplektləşdirmə şöbəsinin rəisi, Daxili Qoşunların Bas İdarəsinin silahlandırma xidmətində  baş zabit vəzifələrində Millətə, Vətənə Dövlətə və Xalqa sədaqətlə   xidmət edib.
     
Aisə Balaməmmmədova   Daxili Qoşunlarından ehtiyata buraxıldıqdan sonra uzun müddət  Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin SOCAR  Təhlükəsizlik İdarəsində müxtəlif vəzifələrdə işləyib.
    
 O,  Daxil Qoşunlarda xidmət etdiyi illər ərzində öz tabeliyində olanlara Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl edilməsi, Hərbi Andın, hərbi və daxili qoşunların döyüş xidməti nizamnamələrin tələblərinin, əmr və sərancamların dəqiq və sözsüz yerinə yetirilməsi işində bir cox hərbi qulluüculara daimi nümunə olmuşdur.
      Qanunvericiliklə  müəyyən olunmuş qaydada Daxil İşlər Nazirliyinin Daxili Qoşunlarına  həvalə edilmiş vəzifələrin yerinə yetirilməsində, yaşayış məntəqələrində  kütləvi  iğtişaşların qarşısının alınmasında, şəhərdə, yaşayış məntəqələrində və kütləvi tədbirlərin kecirilmə  yerlərində ictimai təhlükəsizliyin təmin edilməsində,cinayətkarlığa qarşı mübarizədə, silahlı birləşmiş dəstələrin axtarışında və  zərərsizləşdirilməsində,qəzalar,yanğınlar, bədbəxt hadisələr,təbii fəlakətlər  və başqa fövqalədə hallar (hərbi vəziyyət və komendat saatı)  zamanı hüquqi rejimin təmin edilməsində, dövlətətin ərazi bütövlüyünün təmin edilməsində  üzərinə düşən vəzifə və tapşırıqların öhdəsindən layiqincə gəlmişdir.
    
Hərbi xidməti vəzifələrinin icrası zamanı yüksək mənəvi -  döyüş keyfiyyətləri göstərdiyinə, döyüş və ictimai siyasi hazırlığında, hərbi intizamın möhkəmləndirilməsində yüksək göstəricilərə nail olduğuna və nümunəvi xidmətinə görə Daxili İşlər Nazirinin, Daxili Qoşunların Komandanın, onun müavinlərinin, hərbi hissə komandirinin  və xidmət rəisinin  müvafiq əmrləri əla xudmətlərə görə əlacı və yubiley döş nişanları  ilə,  bir cox fərmanlarla,  qiymətli hədiyyələrlə mükafatlandırlıb və ona təşəkkür elan edilib.
      
Öz xidməti vəzifələrini yerinə yetirərkən  fəriqləndiyinə, Azərbaycan Reslubilkasının ərazi bütövlüyünün təmin edilməsində xüsusi xidmətlərinə görə Azərbaycan Respublikasının Prezidenti adından aşağıdakı  medallarla təltif edilib:

1.“Qusursuz xidmətə görə” 3-cü dərəcəli medal- Silahlı Qüvvələrdə  10 təqvim ili xidmətə görə;

2.”Azərbaycan Respubilkası Silahlı Qüvvələrinin 10  illiyi (1991-2001)” yubiley medalı ilə.

Azərbaycan  Respubilkasının ərazi bütövlüyünün təmin edilməsində,hərbi  borcu, xidməti vəzifələrini və xüsusi tapşırıqları yerinə yetirərkən  fəriqləndiyinə və cəsarət göstərdiyinə görə  Azərbaycan Respubilkası Prezidentinin 6 may 2005 ci il tarixli sərancamına əsasən mayor Balammədova Aisə Əmrulla qızı “Hərbi xidmətlərə görə”  medala təltif olunub. 
    
Hərbi yoldaşları Aisə xanımı vətənpərvər, qorxmaz, səxavətli,  insanpərvər, əliaçıq və zəhmətkeş zabit kimi  dəyərləndirirlər. O, istər təhsil aldıgı orta və ali təhsil müəssisələrində, istər xidmət etdiyi və çalışdığı mühitdə,    istərsədə  dost - tanış , qohum - əqraba  arasında özünə böyük hörmət qazanıb.

AD GÜNÜN MÜBARƏK OLSUN AİSƏ XANIM.

ALLAH HƏR ZAMAN QƏLBİNİ SIXINTIDAN, BƏDBİNLİKDƏN QORUSUN!

BÜTÜN ARZULARIN ÇİN OLSUN!

HƏMİŞƏ ÜZÜN GÜLSÜN, ÜRƏYİN SEVİNSİN!

Azərbaycan Respubilkasınınn Silahlı Qüvvələr və   Müharibə Veteranı  polkovnik Salman Musayev


Hiç yorum yok:

Yorum Gönder

Pages