Təbrik:Kapitan Emin Məmmədov



    
 Yüksək hərbi peşəkarlığı, dərin zəkası,  vətənpərvərliyi,  gözəl nitq qabiliyyəti,  insanpərvərliyi, sadəliyi, səmimiyyəti, iradi və mənəvi keyfiyyətləri    ilə seçilən, ömrünün ən məhsuldar dövrünü hərbi xidmətdə keçirmiş- ehtiyatda olan  kapitan Məmmədov Emin Arif   oğlunun  may  ayının 7 - də   dünyaya göz acdığı gündür.
 
Daimi həyatın  imtahanlarından alnıaçıq və üzüağ çıxan-  ehtiyatda olan kapitan Emin Məmmədovu    doğum günü münasibətilə  Daxili işlər nazirliyi (Din-in) Daxili Qoşunların  ehtiyatda və istefada olan zabitləri, doğmaları,əzizləri, yaxınları və iş  yoldaşları  səmimi qəlbdən təbrik edir,səbəkara həyatda insan üçün ən şirin nemət olan möhkəm cansağlığı, həyat yollarında bitib- tükənməyən naliyyətlər arzu edib deyirlər,
 Emin  qoy hər yeni yaşınız  üstə gələn bu yaş da sizə, sevincdolu günlər bəxş etsin, hər yeni iliniz  isə  sizi istəklərinə qovuşduraraq  daha  da xoşbəxt etsin.
  
Kapitan Məmmədov  Emin Arif   oğlu 1982-ci ilin may ayının  7 -də Azərbaycan Respublikasının   Lənkəran rayonunun Rvo kəndində müəllim  ailəsində
 anadan olub.
   
1996- ci ildə Lənkaran rayonun Rvo  kənd  orta məktəbin 8-ci sinifini, 1999-ci ildə Cəmşid Naxcvanski  adına Hərbi Liseyi, 2003- ci illin iyun ayında    Bakı Ali  Ümümqoşun  Komandirlər Məktəbini (BAÜKM-ni), 2003 - ci illin dekabr ayında isə   Daxili İşlər Nazirliyi Daxili Qoşunların Baş İdarəsinin  Xəzər rayonunda yerləşən hərbi  məktəbdə zabitlərin ixtisas
artırma kursunu bitrib.

 2004 -2019- ci illərdə  Daxili İşlər Nazirliyi Daxili Qoşunların Baş İdarəsinin Sabuncu, Binəqədi,Xətai  və Bərdə rayonlarında  yerləşən hərbi hissələrində taqım komandiri, bölük komandirin müavini, böluk komandiri,artilleriya bölməsində isə  baş zabit vəzifələrində Millətə,Dövlətə, Vətənə  və Xalqa  sədaqətlə xidmət  edib.Hal hazırda Emin Məmmədov Bakı şəhərində sahibkarlıq işi ilə məşğuldur.
 
Emin Məmmədov Din-in Daxili Qoşunlarıda xidmət etdiyi illər ərzində  Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına əməl edilməsi,  Hərbi Andın, hərbi və daxili qoşunların  döyüş xidməti nizamnamələrinin və  hərbi qulluqçuların  etik davranış  kodeksinin tələblərinin,  əmr və sərəncamların  dəqiq və sözsüz yerinə yetirilməsi işində bir cox hərbi qulluqculara səxsi  nümunə olmuşdur.

 Kapitan Emin Məmmədov Daxili Qoşunların  Baş İdasində, təlim -tədris mərkəzlərində və hərbi hissələrində keçirilən bir çox  təlim-metodiki toplanışlarda, müvafiq ixtisas artırma  kurslarda,hərbi və xüsusi - taktiki təlimlərdə,nümnəvi-göstərici məşğələlərdə, seminar və konfranslarda fəal iştirak etməsi sayəsində  bu sahədə bilik və baçarıqlarını  maksimal təhkimləşdirib  və beləcə  daxili qoşunlarda özünu son dərəcə faydalı kadr olaraq təsdiq edib.
   Emin Arif oğlu Məmmədov Qanunvericiliklə müəyyən olunmuş qaydada  DİN- in  Daxili Qoşunlarına  həvalə edilmiş vəzifələrin yerinə yetirilməsində,
şəhərdə, yaşayış yerlərində və  kütləvi tədbirlərin kecirilmə yerlərində ictimai asayişin qorumasında və ictimai asayişin təhlükəsizliyinin təmin olunmasında, yaşayış  məntəqələrində kütləvi iğtişaşların qarşısının alınmasında, cinayətkarlığa qarşı mübarizənin təşkilində, silahlı birləşmiş dəstələrin axtarışında və zərərsizləşdirilməsində, mühüm dövlət obyektlərin,inzibatı binaların, və hərbi təchizat anbarların mühafizə edilməsində, fövqalədə hallar zamanı hüquqi rejimin təmin edilməsində, baş vermiş qəzaların,bədbəxt hadisələrin,yanğınların və təbii fəlakətlərin nəticələrinin aradan qaldırılmasında, dövlətin ərazi bütövlüyünün təmin edilməsində üzərinə düşən vəzifə və tapşırıqların öhdəsindən layiqincə gəlmişdir.
    
Hərbi xidməti vəzifələrinin icrası zamanı yüksək mənəvi- döyüş keyfiyyətləri göstərdiyinə, döyüş və ictimai siyası hazırlığında, hərbi intizamın möhkəmləndirilməsində yüksək göstəricilərə nail olduğuna və nümunəvi xidmətinə görə Daxili İşlər Nazirinin, Daxili Qoşunlar Komandanın və onun müavinlərinin, ali hərbi məktəb rəisinin,  hərbi hissə komandirinin  müvafiq əmrləri iIə əlaçı   və yubiley döş  nişanları ilə təltif olunub, bir cox fərmanlarla, qiymətli hədiyyələrlə mükafatlandırlıb və ona təşəkkür elan edilib.
      Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının yaradılmasının ildönümü ilə əlaqədar olaraq, dövlətin ərazi bütövlüyünün və təhlükəsizliyinin təmin olunmasında iştirak etdiyinə, xüsusi əməliyatlar zamanı şücaət, fədakarlıq göstərdiyinə və  öz xidməti vəzifələrini yerinə yetirərkən xüsusi fəriqləndiyinə görə kapitan Məmmədov Emin Arif  oğlu aşağıdakı medallarla təltif olunub:

1."Azərbaycan Respubilkası Silahlı Qüvvələrinin  90 illiyi (1918- 2008)”  yubiley medalı ilə;

2."Azərbaycan Respubilkası Silahlı Qüvvələrinin  95- illiyi (1918 -2013)” yubiley  medalı ilə;

3."Qüsursuz  xidmətə görə" 3 -cü dərəcəli medal - Silahlı Qüvvələrdə  10 təqvim ili  xidmətə görə;

4."Qüsursuz xidmətə görə" 2-ci  dərəcəli medal 
 - Silahlı Qüvvələrdə 15 təqvim ili xidmətə görə;

5.”Qusursuz xidmətə görə” 1-ci dərəcəli medal-Silahlı Qüvvələrdə  20 təqvim ili xidmətə görə.

Hərbi yoldaşları  Emin Arif oğlu Məmmədovu vətənpərvər, qorxmaz, səxavətli,  insanpərvər, əliacıq və zəhmətkeş zabit kimi  dəyərləndirirlər. O, istər təhsil aldıgı orta və ali təhsil müəssisələrində, istər xidmət etdiyi və çalışdığı mühitdə,    istərsədə  dost - tanış , qohum - əqraba  arasında özünə böyük hörmət qazanıb.

DOĞUM GÜNÜN MÜBARƏK OLSUN  EMİN.

ALLAH HƏR ZAMAN QƏLBİNİ SIXINTIDAN, BƏDBİNLİKDƏN QORUSUN!

BÜTÜN ARZULARIN ÇİN OLSUN!
HƏMİŞƏ ÜZÜN GÜLSÜN, ÜRƏYİN SEVİNSİN!
  
Azərbaycan Respubilkasının Silahlı Qüvvələr və Müharibə Veteranı polkovnik Salman Musayev



   
   

Hiç yorum yok:

Yorum Gönder

Pages