Təbrik:Kapitan Eldar Bağırov-65




   
  İnsan ömrü elə də uzun deyil.. Onun 8 illiki uşaqlıq  dövrünə cıxanda, 10 illini   məktəblə bağlayanda, 2  illini (indiki illərdə bir il  altı ayını) əsgəri  xidmətə ayranda, 5 illini  ali təhsil alanda bir də baxıb görürsən ki, artıq 25 yaşın var,Ondan sonra başın işə qarışır.Nə qədər  böyük işlər görürsən də YAXŞI ADAM ola bilmədinsə yaşanan ömür mənasız olur.Necə deyirlər bir  ömür yaşadın...
   Bu baxımdan,Azərbaycan Respubilkasının  müharibə veteranı-polis   kapitan  Eldar Bağırovun bəxti gətirib, YAXŞI ADAM, VƏTƏNPƏRVƏR ZABİT statusunu çoxdan haqq edib.
Özü deməsədə, ordan-burdan xeyirxah əmələri barədə xoş sözlər gəlib catır.. Dost  və iş yoldaşları yolunda fədakarlığını, vəfasını, təəssübkeşliyini  də bütün üstünə  artıranda qazancı hörmət və ehtiram olub.Bəli Eldar Bağırovla  üz-üzə gələndə  onu sıradan bir adam kimi qarşılaşmaq mümkün deyil... Onu yaxşı insan kimi qarşılamaq olur.      
 
Bəli öz  peşəkarlığı,qayğıkeşliyi,mehribanclığı,bacarığı, humanistliyi, işgüzarlığı, insanpərvərliyi, sadəliyi, səmimiyyəti, dəqiqliyi, təmkinliyi,iradi və mənəvi keyfiyətləri  ilə seçilən,  ömrünün önəmli bir hissəsini    Daxili işlər orqanlarında xidmətə    həsr etmiş- istefada olan polis kapitanı  Bağırov  Eldar Bağır  oğlunun  may ayının 25 -də   dünyaya  göz açdığı gündür.
     
 Belə bir əlaməda gün münasibətilə daimi həyatın  bütün imtahanlarından alnıaçıq və üzüağ çıxan   müharibə veteranı- istefada olan kapitanı  Bağırov Eldar Bağır  oğlunu  2001- ci ildə  Daxili işlər  nazirliyin (Din-in) Polis Akademiyasını  bitirmiş  tələbə  yoldaşları, doğmaları,əzizləri, yaxınları, iş və döyüşçü  yoldaşları səmimi qəlbdən təbrik edir, səbəbkara həyatda insan üçün ən şirin nemət olan möhkəm cansağlığı həyat yollarında bitib - tükənməyən naliyyətlər arzu edib deyirlər,Eldar müəllim  qoy hər yeni yaşnız  da sizə  sevincdolu illər, hər yeni günüz  isə sizi  istəklərinizə qovuşduraraq daha da xoşbəxt etsin.

Şanlı Azərbaycan polisində  müxtəlif vəzifələrdə xidmət etmiş  Eldar Bağırovun  keçmişinə nəzər salanda, çətin, məsuliyyətli  və şərəfli  bir ömür yolu keçməsinin şəhidi oluruq.

Polis kapitanı Eldar Bağırovun həyat salnaməsində nəzər salanda görürük ki,o hər zaman işinin  öhtəsindən layiqincə  gəlmiş  həm rəhbərliyin və həmdə işlədiy kollektivin rəğbətini qazanmışdır.O hər zaman Dövlət Yol Polisin  zabiti kimi öz  işundə  prinspial,qətiyyətli, dürust mövqe tutmuşdur.
  
  Dövlətin konstitusion qurluşunun müdafiəsində, əmin-amanlığın təmin edilməsində diqqətəlayıq rolu olan peşəkar polis kapitanı  Bağırov Eldar Bağır  oğlu 1959 -cu illin may ayının 25- də    Zəngibasar mahalının    Mehmandar kəndində zəhmmətkeş ailədə anadan  olub.

1976 - cı ildə   Ağcabədi rayon orta məktəbi,2001-ci ildə isə Azərb aycan Respubilkası Daxili işlər nazirliyinin Polis Akademiyasını bitirib.
    
 Eldar Bağırov  orta məktəbi bitirdikdən sonra
 1987 - 1989 -cu illərdə  Daxili  işlər nazirliyi  Daxili Qoşunların Kazaxstan Sovet Sosialist Respublikasının  Kustanay vilayətində yerləşən hərbi hissələrin  birində  müddətli həqiqi hərbi xidmətdə olub.

1984-2016 - ci illərdə  Daxili işlər nazirliyin  Baş Dövlət   Yol  Polis  İdarəsinin  rayon şöbələrində müxtəlif  vəzifələrdə xidmət edib.O, hər zaman Dövlətə,Dövlətciliyyə, Xalqa- Millətə,Qanunların aliliyinə və Ulu öndərin ideyalarına,onun siyasi kursuna  sədaqətlə xidmət edən dəyərli   vətəndaşdır.
   
 
Polis və  döyüşcü  yoldaşları  Eldar Bağırovu vətənpərvər, qorxmaz, saxavətli,  insanpərvər, əliaçıq və zəhmətkeş zabit kimi  dəyərləndirirlər. O, istər təhsil aldıgı orta və ali təhsil müəssisələrində, istər xidmət etdiyi və çalışdığı mühitdə,    istərsə də  dost - tanış , qohum - əqraba  arasında özünə böyük hörmət qazanıb.
    
Kapitan  Eldar Bağırov   Daxili işlər  orqanlarında xidmət etdiyi illər ərzində  Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına əməl edilməsi, Polis Andın,  daxili  işlər nazirliyin post-patrul  xidməti nizamnaməsinin tələblərinin, əmr və sərancamların dəqiq və sözsüz yerinə yetirilməsi işində bir çox polis  əməkdaşlarına  şəxsi nümunə olmuşdur.Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak edib. 
    
Qanunvericiliklə müəyyən  olunmuş qaydada daxil işlər  orqanlarına  həvalə edilmiş vəzifələrin yerinə yeyirilməsində, şəhərdə, yaşayış məntəqələrində  və  kütləvi tədbirlərin keçirilmə yerlərində ictimai asayişin qorunmasında və ictimai təhlükəsizliyin təmin olunmasında,yaşayış məntəqələrində kütləvi  iğtişaşların qarşısının alınmasında,cinayətkarlığa qarşı mübarizədə,baş vermiş  isti cinayətlərin isti  izlərlə acılmasında,axtarışda olan şəxslərin  tutularaq çinayət  məsuliyyətinə  cəlb edilməsində,fövqalədə hallar (fövqalədə vəziyyət və komendant saatı)  zamanı hüquqi rejimin təmin edilməsində,qəzaların,bədbəxt hadisələrin,yanğınların, təbii fəlakətlərin nəticələrinin aradan qaldırılmasında, dövlətətin ərazi bütövlüyünün təmin edilməsində  üzərinə düşən vəzifə və tapşırıqların öhtəsindən layiqincə gəlmişdir.
      
Kapitan Eldar Bağırovun   səmərəli və məqsədyönlü fəaliyyəti Daxili işlər  nazirliyinin rəhbərliyi və rayon  polis şöbə  rəisləri tərəfindən həmişə  yüksək qiymətləndirildiyinə görə Daxili işlər nazirinin və onun müavinlərinin, rayon polis şöbə rəislərinin  müvafiq əmrləri ilə  bir sıra medallarla,,əla xidmətlərə görə əlacı və yubiley  döş nişanları ilə təltif olunub,  bir cox fəxri fərmanlarla, diplomlarla,  qiymətli hədiyyələrlə mükafatlandırlıb və ona təşəkkür elan edilib.

65 İLLİK YUBİLEY GÜNÜN MÜBARƏK OLSUN  ELDAR MÜƏLLİM!

BÜTÜN ARZULARIN ÇİN OLSUN!
ALLAH HƏR ZAMAN QƏLBİNİ SIXINTIDAN, BƏDBİNLİKDƏN QORUSUN!
 
HƏMİŞƏ ÜZÜN GÜLSÜN, ÜRƏYİN SEVİNSİN!

Azərbaycan Respubilkasının  Silahlı Qüvvələr və Müharibə Veteranı polkovnik  Salman   Musayev



Hiç yorum yok:

Yorum Gönder

Pages