Təbrik:Kapitan Abuzər Əbilov- 59



   
  İnsan ömrü elə də uzun deyil.. Onun 8 illiki uşaqlıq  dövrünə cıxanda, 10 illini   məktəblə bağlayanda, 2  illini (indiki illərdə bir il  altı ayını) əsgəri  xidmətə ayranda, 5 illini  ali təhsil alanda bir də baxıb görürsən ki, artıq 25 yaşın var,Ondan sonra başın işə qarışır.Nə qədər  böyük işlər görürsən də YAXŞI ADAM ola bilmədinsə yaşanan ömür mənasız olur.Necə deyirlər bir  ömür yaşadın...
   Bu baxımdan kapitan Abuzər Əbilovun bəxti gətirib, YAXŞI ADAM, VƏTƏNPƏRVƏR ZABİT statusunu çoxdan haqq edib.
Özü deməsədə, ordan-burdan xeyirxah əmələri barədə xoş sözlər gəlib catır.. Dost  və iş yoldaşları yolunda fədakarlığını, vəfasını, təəssübkeşliyini  də bütün üstünə  artıranda qazancı hörmət və ehtiram olub.Bəli Abuzər Əbilovla üz-üzə gələndə  onu sıradan bir adam kimi qarşılaşmaq mümkün deyil... Onu yaxşı insan kimi qarşılamaq olur.      
 Bəli yüksək hərbi peşəkarlığı, humanistliyi, işgüzarlığı, insanpərvərliyi, sadəliyi, səmimiyyəti, dəqiqliyi, təmkinliyi,iradi və mənəvi keyfiyətləri  ilə seçilən,  ömrünün önəmli bir hissəsini   hərbi xidmətə    həsr edən- istefada olan kapitan Əbilov Abuzər Musa oğlunun  may ayının 23 -də   dünyaya  göz açdığı gündür.
     
 Belə bir əlaməda gün münasibətilə daimi həyatın  bütün imtahanlarından alnıaçıq və üzüağ çıxan   müharibə veteranı- istefada olan kapitan Əbilov Abuzər  Musa oğlunu  Daxili işlər  nnazirliyi (Din-in) Daxli Qoşunların ehtiyatda  və istefada  olan zabitləri, doğmaları, iş və döyüşçü  yoldaşları səmimi qəlbdən təbrik edir, səbəbkara həyatda insan üçün ən şirin nemət olan möhkəm cansağlığı həyat yollarında bitib - tükənməyən naliyyətlər arzu edib deyirlər, Abuzər müəllim  qoy hər yeni yaşnız sizə  sevincdolu illər, hər yeni günüz  isə sizi  istəklərinizə qovuşduraraq daha da xoşbəxt etsin .
  
  Dövlətin konstitusion qurluşunun müdafiəsində, əmin-amanlığın təmin edilməsində diqqətəlayıq rolu olan kapitan  Əbilov Abuzər Musa oğlu 1965 -ci illin may ayının 23- də    Bakı şəhərində zəhmmətkeş ailədə anadan  olub.

    1983 - cü ildə  Bakı şəhərində  orta məktəbi,  1987- ci ildə isə  General Margelov  adına  Ryazan  Hava  Desantları Ali Hərbi Məktəbini bitirib.
    
 Abuzər Əbilov  Ali hərbi məktəbi bitirdikdən sonra  1987 - 1991 -ci illərdə  Ukrayna Sovet Sosialist Respublikasının  Odessa vilayətinin  Belqorod şəhərində yerləşən  desant diviziyasında müxtəlif vəzifələrdə işləyib.  

1991-1998 - ci illərdə  Daxili İşlər Nazirliyi Daxili Qoşunların Bas İdarəsinin Nərimanov,Ağdam və Xəzər rayonlarında yerləşən hərbi hissələrində silah xidmətinin rəisi, Daxili Qoşunların Bas İdarəsinin Silahlandırma xidmətində isə baş zabit vəzifəsində  Millətə, Vətənə Dövlətə və Xalqa sədaqətlə xidmət edib.
        
Kapitan Abuzər Əbilov Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi  Daxili Qoşunların Bas İdarəsindən Silahlı Qüvvələrə ehtiyata buraxıldıqdan sonra Azərbaycan məkanında ilk olan Legion Hərbi Vətənpərvərlik Klubunun yaradıcısı və rəhbəri kimi  üzərinə düsən vəzifə və tapşırıqları məsuliyyət və şərəf hissi ilə yerınə yetirib.Abuzər Əbilov 44- günlük Vətən müharibəsi zamanı  daimi döyüş bölgələrində  hərbi qulıuqcilarmızın  yanında olaraq öz köməkliyini onlardan əsirgəməmişdir.
 
Hərbi və  döyüşcü  yoldaşları Abuzər  Əbilovu vətənpərvər, qorxmaz, saxavətli,  insanpərvər, əliaçıq və zəhmətkeş zabit kimi  dəyərləndirirlər. O, istər təhsil aldıgı orta və ali təhsil müəssisələrində, istər xidmət etdiyi və çalışdığı mühitdə,    istərsə də  dost - tanış , qohum - əqraba  arasında özünə böyük hörmət qazanıb.
    
Kaitan Abuzər Əbilov   Daxil Qoşunlarda xidmət etdiyi illər ərzində öz tabeliyində olanlara Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına əməl edilməsi, Hərbi Andın, hərbi və daxili qoşunların döyüş xidməti nizamnamələrinin tələblərinin, əmr və sərancamların dəqiq və sözsüz yerinə yetirilməsi işində daimi nümunə olmuşdur.
    
Qanunvericiliklə müəyyən  olunmuş qaydada Daxil İşlər Nazirliyi Daxili Qoşunlarına  həvalə edilmiş vəzifələrin yerinə yetirilməsində daxili işlər orqanları ilə birlikdə şəhərdə və digər yaşayış məntəqələrində,,  kütləvi tədbirlərin keçirilmə yerlərində ictimai asayişin qorunmasında və ictimai təhlükəsizliyin təmin olunmasında,yaşayış məntəqələrində və islah- əmək müəssisələrində kütləvi  iğtişaşların qarşısının alınmasında, cinayətkarlığa qarşı mübarizədə, silahlı birləşmiş dəstələrin axtarışında və  zərərsizləşdirilməsində, fövqalədə hallar fövqalədə vziyyət və komendant saatı)  zamanı hüquqi rejimin təmin edilməsində,qəzaların,bədbəxt hadisələrin,yanğınların, təbii fəlakətlərin nəticələrinin aradan qaldırılmasında, dövlətətin ərazi bütövlüyünün təmin edilməsində  üzərinə düşən vəzifə və tapşırıqların öhtəsindən layiqincə gəlmişdir.
      
Abuzər Əbilovun  səmərəli və məqsədyönlü fəaliyyəti Daxili İşlər  Nazirliyinin, və Müdafiə Nazirliyin rəhbərliyi tərəfindən həmişə  yüksək qiymətləndirildiyinə görə Daxili İşlər və Müdafiə Nazirlərinin, Daxili Qoşunların Komandanın və onun müavinlərinin,xidmət rəisinin, korpus və hərbi hissə komandirlərinin   müvafiq əmrləri ilə  bir sıra medallarla,,əla xidmətlərə görə və yubiley  döş nişanları ilə təltif olunub,  bir cox fəxri fərmanlarla, diplomlarla,  qiymətli hədiyyələrlə mükafatlandırlıb və ona təşəkkür elan edilib.

DOĞUM GÜNÜN MÜBARƏK OLSUN  ABUZƏR MÜƏLLİM!

BÜTÜN ARZULARIN ÇİN OLSUN!
ALLAH HƏR ZAMAN QƏLBİNİ SIXINTIDAN, BƏDBİNLİKDƏN QORUSUN!
 
HƏMİŞƏ ÜZÜN GÜLSÜN, ÜRƏYİN SEVİNSİN!

Azərbaycan Respubilkasının  Silahlı Qüvvələr və Müharibə Veteranı polkovnik  Salman   Musayev


Hiç yorum yok:

Yorum Gönder

Pages