Ömrünün önəmli bir hissəsini hərbi xidmətə həsr edən- ehtiyatda olan baş leytenat Vəlizadə Sahib Mürsəl oğlunun may ayının 29 - da anadan olmasının 47 yaşı tamam olur.Belə bir ələmətdar gün münasibətilə Sahib Vəlizadəni Daxili işlər nazirliyi ( DİN-in) Daxili Qoşunların ehtiyatda və istefada olan zabitləri, doğmaları, əzizləri, döyüşcü və iş yoldaşları səmimi qəlbdən təbrik edir,səbəbkara həyatda insan ücün möhkəm cansağlığı arzu edib deyirlər, Sahil qoy yaşınızın üstə gələn bu yaş sizə sevincdolu günlər bəxş etsin, hər yeni günüz isə ötən günlərdən daha gözəl istəklərinizə uyğun sizi xoşbəxt edəcək şəkildə keçsin.
Vəlizadə Sahib Mürsəl oğlu 1977-cu ilin may ayının 29- da Azərbaycan Respublikasının Zəngilan rayonunda zəhmətkeş bir ailədə anadan olub.
1994 -cı ildə Bakı şəhərində fəaliyyət göstərən Zəngilan rayon 29 nömrəli tam orta məktəbi,1998-ci ildə Naxçıvan Dövlət Universtetini, 2004-cü ildə Bakı yeyinti sanayesi texnikumu, 2011- ci ildə isə Sumqayıt Dövlət Universtetini bitirib. O, Daxil Qoşunlarda xidmət etdiyi illər ərzində Daxili Qoşunların Baş İdarəsinində və hərbı hissələrində keçirilən bir çox təlim- metodiki toplanışlarda, müvafiq kurslarda, hərbi və xüsusi- taktiki təlimlərdə, komanda- qərargah məşqilərində, seminar və konfranslarda fəal iştirak edib.
2000- 2001 - ci illərdə Milli Təhlükəsizlik Nazirliyin (MTN-in) Dövlət Sərhəd Qoşunların hərbi hissələrinin birində həqiqi hərbi xidmətdə manqa komandiri vəzifəsində olub.
2003- 2018 ci illərdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Daxili Qoşunların Baş İdarəsinin Quba, Xətai, Nərmanov və Bərdə rayonlarında yerləşən hərbi hissələrində məsul icraçı, Qərargah rəisinin şəxsi heyətin ucotu üzrə köməkcisi, motoatıcı taborda tərbiyəvi işləri üzrə müavin vəzifələrində Millətə, Vətənə, Dövlətə və Xalqa sədaqətlə xidmət edib.
Sahib Mürsəl oğlu Vəlizadə Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl edilməsi, Hərbi Andın, hərbi və daxili doşunların döyüş xidməti nizamnamələrin tələblərinin, əmr və sərancamların dəqiq və sözsüz yerinə yetirilməsi işində tabeliyindəkilər ucun nümnə olmuşdur.
Baş leytenat Sahil Vəlizadə Daxili Qoşunlarında xidmət etdiyi illər ərzində özünü qoxumaz, incanpərvər, saxavətli, əlıacıq zəhmətkeş zabit kimi göstərmişdir. O, istər məktəb illərində, istərsə də xidmət etdiyi və işlədiyi kollektivlərdə, dost-tanış, qohum- əqrəba arasında özünə layiq hörmət qazanmışdır.
Qanunvericiliklə müəyyən olunmuş qaydada Daxili Qoşunlara həvalə olunmuş vəzifə və tapşırıqların yerinə yetirilməsində, şəhərdə, yaşayış məntəqələrində və kütləvi tədbirlərin keşirilmə yerlərində ictimai qaydanın qorunmasında və ictimai təhlükəsizliyin təmin edilməsində, yaşayış məntəqələrində və cəzacəkmə müəssislərində kütləvi iğtişaşların qarşısının alınmasında, mütəşəkkil cinayətkarlığa qarşı mübarizədə, qanunsuz silahlı birləşmiş dəstələrin axtarışındga və zərərsizləşdirilməsində ,qəzalar,yanğınlar,bədbəxt hadisələr,təbii fəlakətlər və başqa fövqaladə hallar ( fövqalədə vəziyyət və komendant saatı) zamanı hüquqi rejimin təmin olunmasında üzərinə düsən vəzifə və tapşırıqları məsuliyyət və şərəf hissi ilə yerinə yetirmişdir.
Öz xidmətəi vəzifələrin icrası zamanı yüksək mənəvi - döyüş keyfiyyətləri göstərdiyinə, döyüş və ictimai sıyası hazırlığında, hərbi ıntizamın möhkəmləndirilməsində yüksək göstəricilərə nail olduğuna və nümunəvi xidmətinə görə Daxili İşlər Nazirinin, Daxil Qoşunlar Komandanın və onun müavinlərinin, hərbi hissə komandirnin müvafiq əmrləri ilə əla xidmətlərə görə əlacı, müvafiq idman dərəcəsi və yubiley döş nişanları təltif olunub , bir cox fəxri fərmanlarla, qiymətli hədiyyələr ilə mükafatlandırlıb, ona təşəkkür elan edilib.
Azərbaycan Respublikasında əmin- amanlığın təmin edilməsində, ictimai asayişin qorunmasında, cinayətkarlığa qarşı mübarizədə öz xidməti vəzifələrini və hərbi hissənin qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən fəriqləndiyinə görə aşağıdakı medallarla təltif olunub:
1.”Qüsursuz xidmətə görə” 1 -ci dərəcəli medal -Silahlı qüvvələrdə 20 təqvim ili xidmətə görə;
2.”Qüsursuz xidmətə görə” 2 -ci dərəcəli medal- Silahlı Qüvvələrdə 15 təqvim ili xidmətə görə ;
3.”Qusursuz xidmətə görə” 3- cü dərəcəli medal- Silahlı Qüvvələrdə -10 il təqvim ili xidmətə görə;
4.”Azərbaycan Respubilkası Silahlı Qüvvələrinin 10 -illiyi ( 1991- 2001)” yubilet medalı ilə;
5.“Azərbaycan Respubilkası Silahlı Qüvvələrinin 90 illiyi (1918- 2008)” yubiley medalı ilə:
6.”Azərbaycan Respubilkası Silahlı Qüvvələrinin 95 illiyi ( 1918- 2013)” yubiley medalı ilə.
DOĞUM GÜNÜN MÜBARƏK OLSUN, SAHİL!
HƏMİŞƏ ÜZÜN GÜLSÜN, ÜRƏYİN SEVİNSİN!
ALLAH HƏR ZAMAN QƏLBİNİ SIXINTIDAN, BƏDBİNLİKDƏN QORUSUN!
BÜTÜN ARZULARIN CİN OLSUN!
Azərbaycan Respubilkasının Silahlı Qüvvələr və Müharibə Veteranı polkovnik Salman Musayev
Hiç yorum yok:
Yorum Gönder