Təbrik: Sevil İmanova



     
 Həmişə müqəddəs peşəsinə layıq,yüksək iş qabiliyyətləri  ilə fərqlənən  tibb bacılardan biri olan, Klinik Müdafiə Nazirliyin  Mərkəzi Klinik  hərbi hospitalının və   Daxili işlər nazirliyi  (Din-in) Daxili Qoşunların Baş İdarəsinin  hərbi hospitalının həyatında   tibb  xidməti  sahəsində   öz dəst- xətti  olan,  yüksək peşəkarlığı, dərin zəkası, gözəl nitq qabiliyyəti,tələbkarlığı,humanistliyi, iradi, dəqiqliyi, təmkinliyi, qayğıkeşliyi, sadəliyi, səmimiyyəti  və mənəvi keyfiyyətləri ilə seçilən, hal -hazırda  Alo doktor klinikasında çalısan - ehtiyatda  olan   gizir İmanova Sevil Muxtar  qızının may ayının  31- də   dünyaya göz acdığı gündür.

    Belə bir əlamətdar gün  münasibətilə daimi həyatın  imtahanlarından alnıaçıq və üzüağ çıxan, əhatəsində olan insanların hörmətini qazanan, dostlarına və yaxınlarına isti münasibətdə olan Sevil İmanovanı Din-in Daxili Qoşunların ehtiyatda və istefada olan zabitləri (tibb işciləri), doğmaları, əzizləri, yaxınları, iş yoldaşları, onun pərəstişkarları səmimi qəlbdən təbrik edir, səbəbkara həyatda insan ücün ən şirin nemət olan möhkəm cansağlığı, həyat yollarında uğurlar arzu  edib deyirlər, Sevil  xanım qoy yaşınızın üstə gələn bu yaş da sizə sevincdolu günlər bəxş etsin, hər yeni günün isə ötən günlərdən daha gözəl istəklərinə uyğun səni xoşbəxt edəcək şəkildə keçsin.
   
Yüksək nufuz sahibi olan, xidmət etdiyi və  işlədiyi kollektivdə təvazökar, qayğıkeş, xeyirxah insan  və tibb işcisi kimi tanınan  İmanova Sevil Muxtar  qızı 1970-ci ilin    may ayının 31- də  Saatlı rayonunda  zəhmətkeş bir ailədə  anadan olub.
 
Sevil xanım 1987 -cu ildə Saatlı şəhəri Səməd  Vurğun adına   1  nömrəli   orta məktəbi,  1993-cı ildə  isə Əziz Əliyev adına  Sumqayıt şəhər  Tibb  Texnikumunu  bitrib. Sevil   xanım dəfələr ilə  tibb işcilərin ixtisas artırma kurslarında olub və həmin kurslarda çox fəal iştirak edib.
    
Hər zaman həyatda layıqlı yer tutmağa calatmış, yüksək uğurlar qazanmış, vətənpərvər insan,peşəkar tibb bacısı İmanova Sevil Muxtar  qızı Əziz  Əliyev   adına Sumqayıt  şəhər  Tibb Texnikumunu bitirdikdən sonra,  1993-  1994- cü illərdə  Saatlı rayon hərbi hospitalının, 1995-2005 -ci illərdə isə   Midafiə Nazirliyin Baş  Klinik hospitalının pulmologiya şöbəsində tibb bacısı vəzifəsində çalışıb.   

  Peşəkar tibb bacısı gizir Sevil İmanova   2006-2016 – cu illərdə  Daxili işlər nazirliyi  Daxili Qoşunların Baş İdarəsinin  Nərmanov  rayonda yerləşən hərbi hissəsinin (hərbi hospitalın)  cərrahiyə və ruhi əsəb- dispanseri  şöbələrində  tibb bacısı və baş tibb bacısı  vəzifələrində  Millətə, Vətənə, Dövlətə  və xalqa sədaqətlə xidmət edib.
   
 Torpağına, xalqına bağlı gözəl xanım Sevil İmanova Müdafiə Nazirliyin hərbi  hospitallarında və     Daxili Qoşunların Baş İdarəsinin hərbi hospitalında   xidmət etdiyi illər ərzində özunü uşaq vaxtlarından, gözəl ailə və məktəb tərbiyəsi ilə böyümüş, əxlaqı tərbiyəsi yerində olan, nizam və intizamlı hərbi qulluqcu kimi göstərmişdir.O, işlədiyi və oxuduğu   təhsil müəssisələrində, yaşadığı ərazidə, kollektiv arasında həmişə müsbət mənada seçilərək, başqaları üçün  nümunə  olmuşdur.

    Sevil xanım öz xidməti vəzifələrini və qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən   qoruxmaz, insanpərvər,səxavətli, əliaçıq, vəfalı və zəhmətkeş  hərbi qulluqcu olub.

 Əsil vətəndaşlıq mövqeyi ilə seçilən, ictimaiyyət arasında öznəlayıq hörmət qazanmış  İmanova Sevil Muxtar  qizı  Azərbaycan Respublikası Konstitusiyası və qanunlarına əməl edilməsi, müvafiq nizamnamələrin, direktivlərin, təlimatların, əsasnamə və əmirlərin tələblərinin  dəqiq və sözsüz  yerinə yetirilməsi işində, bir çox  hərbi qulluqculara və tibb işcilərinə şəxsi   nümunə olmuşdur.
  
   Sevil Muxtar qızı  İmanova   öz  xidməti vəzifələrini yerinə yetirərkən  fəriqləndiyinə, şücaət  və fədakarlıq  göstərdiyinə və digər xidmətlərinə görə   əla xidmətlərə görə Daxili Qoşunların   yubiley döş nişanı ilə  təltif olunub, bir cox  fərmanlarla,diplomlarla, qiymətli hədiyələrlə mükafatlandırılıb, ona təşəkkur  elan edlib və aşağıdakı medallarla təltif edlib:

 1.”Qusursuz xidmətə görə” 3 -ci dərəcəli medal- Silahlı Qüvvələrdə 10 təqvim ili xidmətə görə;

2.”Qusursuz xidmətə  görə” 2-ci dərəcəli medal- Silahlı Qüvvələrdə 15 təqvim ili xidmətə görə;

3.”Qusursuz xidmətə görə”  1 -ci dərəcəli medal-Silahlı Qüvvələrdə 20 təqvim ili xidmətə görə;

4.”Azərbaycan Respubilkası Silahlı Qüvvələrinin 10 illiyi (1991 2001)” yubiley medalı ilə;

5.”Azərbaycan Respubilkası Silahlı Qüvvələrinin 90 illiyi (1918 – 2008)” yubiley medalı ilə.

 SEVİL  XANIM!
BİR İL DAHA BİTDİ, AMMA HEÇ VAXT KƏDƏRLƏNMƏ  ZAMAN TEZ KEÇİR DEYƏ...

UNUTMA Kİ HƏR  KƏS EYNİ ŞEYİ YAŞAYIR.

BU İLİN SONUNDA GERİYƏ BAXDIĞINDA ÜMÜD EDİRƏM BİR "MÖCÜZƏ  İLDİ " DEYƏRSƏN...
 
BÜTÜN ARZULARLNIN REALLAŞMASI DİLƏYİMLƏ..


SEVİL  XANIM 100 İL  SAĞLAM VƏ MƏNALI  ÖMÜR YAŞAYIN!

AD GÜNÜN  MÜBARƏK !

Azərbaycan Respublikasının Silahlı Qüvvələr və Müharibə Veteranı polkovnik  Salman  Musayev

Hiç yorum yok:

Yorum Gönder

Pages