Təbrik: Şahin Məmmədov — 61


 



Bu gün silahdaşlarımızdan daha birinin — Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB)  Yevlax  rayon şöbəsinin sədri -  istefada olan  baş leytenat  Məmmədov Şahin  Əhmədəli oğlunun  may ayının 16-da doğum günüdür.
Tələt  Əhmədəli oğlu Rüstəmov 1963-cü ilın may ayının 16-da Azərbaycan Respublikasının Yevlax rayonunda zəhmətkeş ailədə anadan olub. 
1980 -ci ildə Yevlax rayonun Nərman Nərmanov adına orta məktəbini, 1985-cu ildə isə  Azərbaycan Poltexnik  İnstitunu (əla qiymətlə) bitrib.  1985— 1991 -ci ildə Qəza mexanik zavodunda müvafiq vəzifələrdə işləyib. 1992 — 1993- cü illərdə  Yevlax  könüllər taborun və   Azərbaycan Ordusunun döyüş bölgələrində yerləşən hərbi hissələrinin birində  hərbi hissə komandirinin maddi-  təminat xidməti üzrə  müavini vəzifəsində Millətə,Dövlətə,Vətənə və Xalqa sədaqətlə  xidmət etmişdir.

İstefada olan baş leytenat Şahin Əhmədəli oğlu Məmmədov  13 oktyabr  2023 -cü il tarixdən Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai  Birliyin  Yevlax rayon şöbəsinin sədridir.
 O, Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak edərək ona həvalə edilmiş vəzifə və tapşırıqları şərəflə icra etmiş və yaralanmışdır.
Şahin  Əhmədəli oğlu Məmmədov  Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına əməl edilməsi, Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin Nizamnaməsinin tələblərinin dəqiq və sözsüz yerinə yetirilməsi işində üzərinə düşən vəzifə və tapşırıqların öhdəsindən layiqincə gəlir.
Hərbi  və ictimai vəzifələrinin icrası zamanı yüksək mənəvi — döyüş keyfiyyətləri göstərdiyinə, ona həvalə edilmiş vəzifələrin yerinə yetirilməsinə məsuliyyətlə yanaşdığına , döyüş bölgələrində yerləşən hərbi hissələrdə şəxsi heyətin hərbi vətənpərvərlik ruhunun yüksəldilməsində fəal iştirak etdiyinə görə Azərbaycan Ordusunun korpus və hərbı hissə komandirlərinin Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin sədrinin müvafiq əmrləri ilə bir sıra  (“Böyük Zəfər,”Müharibə Veteranı”,”Milli Ordunun 100 illiyi (1918-2018) yubiley xatirə medalları   ilə təltif edilib, fəxri fərmanlarla , qiymətli hədiyyələrlə mükafatlandırıb və ona təşəkkür elan edilib.
Həyatın bütün imtahanlarından alnıaçıq və üzüağ çıxan -istefada olan baş leytenat Məmmədov Şahin Əhmədəli oğlunu doğum günü münasibətilə, Azərbaycan Vətən Müharibəsi Veteranlar Ictimai Birliyinin (AVMVİB-in) rəhbərliy, Fedai.az və Veteran.az kollektivi, doğmaları, iş və döyüşçü yoldaşları səmimi qəlbdən təbrik edir, ona həyatda insan ucun ən şirin nemət olan möhkəm cansağlığı və həyat yollarında bitib- tükənməyən naliyyətlər arzu edib deyirlər, Şahin qoy  yaşnızın üstə gələn bu yaş da sizə sevinc dolu günlər bəxş etsin , hər yeni günün isə ötən günlərdən daha gözəl istəklərinə uyğun sizi xoşbəxt edəcək şəkildə keçsin.
AVMVİB Mətbuat xidməti

Hiç yorum yok:

Yorum Gönder

Pages