Təbrik: Rəhman Novruzov- 48




Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının həyatında öz dəst-xətti olan  peşəkarlığı,  humanistliyi və səmimiyyəti ilə seçilən, Allahın verdiyi şərəfli və mənalı ömürün ən məhsuldar dövrünü Daxili Qoşunlarda keçirmiş  Silahlı Qüvvələr veteranımız,  ehtiyatda olan mayor  Novruzov Rəhman Zeynal oğlunun  may ayının  10-da    dünyaya göz açdığı gündür.

Daimi həyatın bütün imtahanlarından alnıaçıq və üzüağ çıxan- ehtiyatda olan  mayor Novruzov Rəhman Zeynal oğlunu doğum günü münasibətilə Din-in Daxili Qoşunların hərbi vəzifəliləri, doğmaları və iş yoldaşlarl səmimi qəlbdən təbrik edir, səbəbkara həyatda insan ucun ən şirin neymət olan möhkəm cansağlığı, həyat yollarında bitib tükənməyən nailiyyətlər arzu edib deyirlər, Rəhman qoy  yaşınızın üstə gələn bu yaşda sizə sevincdolu günlər bəxş etsin, hər yeni iliniz isə ötən günlərdən daha gözəl istəklərinə uyğun sizii xoşbəxt edəcək şəkildə keçsin.

Mayor Novruzov Rəhman Zeynal oğlu 1976-cı ilin  may ayının  10-da Bakı şəhərində zəhmətkeş ailədə anadan olub.
1993-cü ildə Bakı şəhər  Nərmanov rayonunun 47 nömrəli tam orta məktəbi,  2002-ci ildə Azərbaycan Texniki Universitetinin  nəzdində Bakı Dövlət Rabitə və Nəqliyyat kollecini bitrib. O, Daxili Qoşunlarda xidmət etdiyi illər ərzində  Daxili Qoşunların Baş İdarəsində və hərbi hissələrində keçirilən bir cox metodiki-təlim toplanışlarda, müvafiq kurslarda, hərbi və xüsusi-taktiki təlimlərdə, nümunəvi-göstərici məşğələlərdə, seminar və konfranslarda fəal iştirak edib.
1994-2021-ci ilərdə Daxili İşlər Nazirliyi Daxili Qoşunların Binəqədi,  Xaçmaz (Yalama qəsəbəsində), Nərimanov, Xəzər, Sabunçu rayonlarında  və Gəncə şəhərində yerləşən hərbi hissələrində müddətli həqiqi hərbi xidmətdə əsgər, sonradan nizami hissə rəisi, ərzaq və əşya xidməti rəisi, Daxili Qoşunların Bas İdarəsinin  Maddi-texniki təminat İdarəsində isə məsul icracı və ərzaq şöbəsinin zabiti vəzifələrində Müllətə, Vətənə Dövlətə və Xalqa sədaqətlə xidmət edib.
O, Daxil Qoşunlarda xidmət etdiyi illər ərzində öz tabeliyində olanlara Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına əməl edilməsi, Hərbi Andın, hərbi və daxili qoşunların döyüş xidməti nizamnamələrin tələblərinin, əmr və sərancamların dəqiq və sözsüz yerinə yetirilməsi işində daimi nümunə olmuşdur.
Qanunvericiliklə müəyyən olunmuş qaydada  Daxil işlər Nazirliyi Daxili Qoşunlarına  həvalə edilmiş vəzifələrin yerinə yetirilməsində,  yaşayış məntəqələrində (cəzaçəkmə müəssisələrində)  kütləvi iğəişaşların qarşısının alınmasında,şəhərdə,yaşayış  məntəqələrində və kütləvi tədbirlərin  ke irilmə yerlərində  ictimai təhlükəsizliyin təmin edilməsində,  cinayətkarlığa qarşı mübarizədə, silahlı birləşmiş dəstələrin axtarışında və  zərərsizləşdirilməsində,qəzalar, bədbəxt hadissələr,yanğınlar,təbii fəlakətlər və başqa fövqalədə hallar (komendant saatı ) zamanı hüquqi rejimin təmin edilməsində,  dövlətətin ərazi bütövlüyünün təmin edilməsində  üzərinə düşən vəzifə və tapşırıqların öhtəsindən layiqincə gəlmişdir. Hərbi xidməti vəzifələrinin icrası zamanı yüksək mənəvi- döyüş keyfiyyətləri göstərdiyinə, döyüş və ictimai sıyası hazırlığında, hərbi ıntizamın möhkəmləndirilməsində yüksək göstəricilərə nail olduğuna və nümunəvi xidmətinə görə Daxili İşlər Nazirinin, Daxili Qoşunlar Komandanın və onun müavinlərinin,  hərbi hissə komandirinin,şöbə rəisinin,  müvafiq əmrləri ilə fəxri fərmanla, qiymətli hədiyyələrlə,  əlacı   və yubiley döş  nişanları ilə  mükafatlandırlıb və ona təşəkkür elan edilib
Azərbaycan Respublikasının müstəqilliyinin, ərazi bütövlüyünün qorunub saxlanmasında, respublikada əmin-amanlığın təmin edilməsində, ictimai  asayişin qorunmasında, cinayətkarlığa qarşı mübarizədə öz xidməti vəzifələrini və hərbi hissənin qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən fəriqləndiyinə görə aşağıdakı medalarla təltif olunub: 
1.”Hərbi xidmətmətdə fəriqlənməyə görə  - 3 dərəcəli medala;
2.”Azərbaycan Respubilkası Silahlı Qüvvələrin Veteranı” medala;
3.”Qüsursuz xidmətə görə”  1-ci dərəcəli medala   -  Silahlı Qüvvələrdə  20 təqvim ili xidmətə görə;
4.”Qüsursuz xidmətə görə” 2- ci dərəcəli medala  -Silahlı Qüvvələrdə 15 -təqvim ili xidmətə görə;
 5.”Qüsursuz xidmətə görə” 3-  cü dərəcəli medalı- Silahlı Qüvvələrdə- 10 təqvim ili xidmətə görə;
6. “Silahlı Qüvvələrin  10 illiyi  (1991- 2001)”   medalı ilə;
7.” Silahlı Qüvvələrin  90 - illiyi  ( 1918 - 2008)”  medalı ilə;
8.” Silahlı Qüvvələrin  95 - illiyi ( 1998 -2013 )” medala.
DOĞUM GÜNÜN MÜBARƏK OLSUN, RƏHMAN !

HƏMİŞƏ ÜZÜN GÜLSÜN, ÜRƏYİN SEVİNSİN!
ALLAH HƏR ZAMAN QƏLBİNİ SIXINTIDAN, BƏDBİNLİKDƏN QORUSUN!
BÜTÜN ARZULARIN CİN OLSUN!

    Azərbaycan Respubilkasının Silahlı  Qüvvələr və  Müharibə Veteranı Polkovnik Salman Musayev 

 



Hiç yorum yok:

Yorum Gönder

Pages