Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin həyatında öz dəst-xəti olan,peşəkarlığı,dərin zəkası, səmərəli fəaliyyəti, sadəliyi,səmimiyyəti,
xeyirxahlığı,vətənpərvərliyi,iradi və mənəvi keyfiyyətləri ilə seçilən, ömrünün ən məhsuldar dövrünü Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyində keçirən, hörmətli veteranmız -Qurbanəli Bayram oğlu Osmanovun may ayının 4 -də 61 yaşı tamam olur.
Belə gün münasibətilə, daimi həyatın bütün cətinliklərindən alnıaçıq və üzüağ çıxan, hörmətli veteranımız- Qurbanəli Osmanovu
Azərbaycan Vətən Müharibəsi Veteranları (AVMVİB-in) rəhbərliyi, Fədai. Az kollektivi, doğmaları, əzizləri, iş və döyüşcü yoldaşları səmimi- qəlbdən təbrik edir,səbəbkara həyatda insan ucun ən şirin nemət olan möhkəm cansağlığı və həyat yollarında bitib- tükənməyən nailiyyətlər arzu edib deyirlər,Qurbanəli müəllim, qoy yaşnızın üstə gələn bu yaş da sizə sevincdolu günlər bəxş etsin.
Osmanov Qurbanəli Bayram oğlu 1963-cü ilin may ayının 4-də Azərbaycan Respublikasının Ağsu rayonunun Qəşəd kəndində zəhmətkeş ailədə anadan olub.
1978-ci ildə Ağsu rayonunda Aslan Sultanov adına Qəşəd kənd orta məktəbin 8-ci sinfini , 1980-ci ildə Bakı şəhərində riyaziyyat təmayullu orta məktəbin 10 sinifni, 1990- cı ildə isə Azərbaycan Dövlət Neft- Kimya İnstitutunu bitrib.
1984- 1992-ci illərdə Bakı Məişət Kondisonerləri Zavodunda müxtəlif vəzifələrdə, Bakı şəhər tikinti və şəhərsalma idarəsində isə təchizat şöbəsinin müdiri vəzifəsində işləyib.Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB-in) sədrinin müavini- AVMVİB-in Nərmanov rayon şöbəsinin sədridir.
1981- 1983 -cü illərdə Sovet Ordusunun Rusiya Sovet Federativ Sosialist Respublikasının Vladimir Vilayətində yerləşən hərbi hissələrin birində müddətli həqiqi hərbi xidmətə olub.
1993- 1995 -ci illərdə Ağdam və Füzuli rayonları istiqamətində gedən döyüşlərdə düşmənə qarşı qətiyyətlə vuruşub.1994- cü ilin yanvar ayında Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda (Füzuli rayonu istiqamətində) gedən döyüşlərdə yaralanıb.
Qurbanəli Osmanov 44 gün davam edən və torpaqlarlarmızın azadlığı ilə nəticələnən «Dəmir Yumruq» Əməliyyatlarda hərbi qulluqçularmızın yanında olaraq, döyüşçülər sırasında ön cəbhədə döyüşən oğlu ilə birgə Vətənimizin müdafiəsi üçün əlindən gələn köməyi əsirgəməyib.
O,Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına əməl edilməsi, Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin Nizamnaməsinin tələblərinin dəqiq və sözsüz yerinə yetirilməsi içində üzərinə düsən vəzifə və tapşırıqların öhtəsindən layiqincə gələrək, ictimaiyyət,şəhid ailələri, müharibə veteranları, işlədiyi kolektiv, dost - tanış, qohum- əqraba arasında özünə layiq hörmət qazanıb.
Azərbaycan Respublikasının müstəqilliyinin və ərazi bütövlüyünün qorunub saxlanılmasında, xidmət etdiyi hərbi hissəyə və işlədiyi ictimai birliyə həvalə edilmiş vəzifələrin yerinə yetirilməsinə məsuliyyətlə yanaşdığına görə Azərbaycan Ordusunun Baş Qərargah rəisinin, Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi sədrinin, Nərimanov rayon İcra Hakimiyyəti Başçısının, bir sıra Respublika İctimai Birliy sədrlərinin,korpus və hərbi hissə komandirlərinin müvafiq əmrləri ilə bir sıra medallarla, döş nisanları ilə təltif olunub,dəfələrlə diplomlarla, fəxri fərmanlarla, qiymətli hədiyyələrlə mükafatlandırıb və ona təşəkkür elan edilib.
QURBANƏLİ MÜƏLLİM DOĞUM GÜNÜN MÜBARƏK OLSUN!
HƏMİŞƏ ÜZÜN GÜLSÜN, ÜRƏYİN SEVİNSİN!
ALLAH HƏR ZAMAN QƏLBİNİ SIXINTIDAN, BƏDBİNLİKDƏN QORUSUN!
BÜTÜN ARZULARIN CİN OLSUN!
Hiç yorum yok:
Yorum Gönder