Ömrünün önəmli bir hissəsinin 35 ildən çoxnu Daxili işlər Nazirliyi.(Din-in) Daxili Qoşunlarında hərbi xidmətə həsr etmiş, yüksək intellektual səviyyəsi, idarəçilik qabiliyyəti,dəqiqliyi, təmkinliyi, sadəliyi, səmimiyyəti, təvözakarlığı, vətənpərvərliyi,iradi və mənəvi keyfiyyətləri ilə seçilən,Azərbaycan Respubilkasının Silahlı Qüvvələr və müharibə.veteranı- istefada olan polkovnik leytenat Mahmudov Sultan Cəmil oğlunun may ayının 10-da dünyaya göz acdığı gündür.
Bu bahar təravətli yaz günündə SSRİ və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarında, Azal Qapalı Səhmdar Cəmiyyətinin Aviasiya Təhlükəsizlik İdarəsində sayagəlməz uğurları və xüsusi xidmətləri olan- istefada olan polkovnik leytenat Nahmudov Sultan Cəmil oğlunu doğum günü münasibətilə Daxili işlər nazirliyi (Din-in) Daxili Qoşunların ehtiyatda və istefada olan zabitləri,əzizləri, doğmaları,yaxınları, döyüşcü və iş yoldaşları səmimi- qəlbdən təbrik edir,səbəbkara həyatda insan üçün ən şirin nemət olan möhkəm can sağlığı və həyat yollarında bitib - tükənməyən nailiyyətlər arzu edib deyirlər,Sultan qoy yaşınızın üstə gələn bu yaş da sizə sevincdolu günlər bəxş etsin, hər yeni ilin isə ötən illərdən daha gözəl istəklərinə uyğun sizi xoşbəxt edəcək şəkildə keçsin.
Mahmudov Sultan Cəmil oğlu 1950 - ci ilin may ayının 10- da Azərbaycan Respublikasının Kəlbəcər rayonunun İstibulaq kəndində zəhmətkeş ailədə anadan olub.
1968 - 1970 -ci illərdə SSRİ Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarında müddətli həqiqi hərbi xidmətə olub.
1971 - 1991 - ci illərdə SSRİ Daxili İşlər Nazirliyi Daxili Qoşunların Bakı şəhərində yerləşən hərbi hisələrində müxtəlif vəzifələrdə olub.
1992- 2004- ci illərdə Daxili İşlər Nazirliyinin Daxili Qoşunların Baş İdarəsinin Binəqədi rayonunda yerləşən hərbi hissədə avtomobil və zirehli texnika xidmət rəisi, hərbi hissə komandirinin silah və texnika xidməti üzrə müavini, Daxili Qoşunların Bas İdarəsinin avtomobil və zirehli texnika şöbəsində baş zabit və şöbə rəisi əvəzi vəzifələrində Millətə, Vətənə, Dövlətə və Xalqa sədaqətlə xidmət etmişdir.
Sultan Mahmudovn Daxili Qoşunlardan Silahlı Qüvvələrə ehtiyata buraxıldıqdan sonra 2013-cü ilə kimi Azal Qapalı Səhmdar Cəmiyyətin Aviasiya Təhlükəsizlik İdarəsinin Növbətci xidmətində növbətçi vəzifəsində olub.
Sultan Mahmudov Daxili Qoşunlarda xidmət etdiyi illər ərzində Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına, Hərbi andın, hərbi və daxili İşlər nazirliyinin daxili qoşunların döyüş xidməti nizamnamələrinin tələblərinə əməl etməkdə, vəzifə borclarının dəqiq və sözsüz yerinə yetirilməsində öz tabeliyindəkilər üçün nümunə olmuşdur.
Azərbaycan dövləti və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunları qarşısındakı öz hərbi andı ilə öhdəsinə götürdüyü vəzifə borcunu axıra qədər ləyaqətlə yerinə yetirmişdir.
Polkovnik -leytenat Sultan Mahmudov Daxili Qoşunlarda xidmət etdiyi illər ərzində özünü qorxmaz, səxavətli, insanpərvər, əliaçıq, zəhmətkeş zabit kimi göstərmişdir. O, istər anadan olduğu və yaşadığı ərazidə, oxuduğu orta və ali təhsil müəssisələrində, istərsə də xidmət etdiyi və işlədiyi kollektivlərdə, dost -tanış ,qohum-əqrəba arasında özünə layiq hörmət qazanmışdır.
Sultan Cəmil oğlu Mahmudov hansı vəzifədə xidmət etməsinə və işləməsinə baxmayaraq Ulu Öndərin idealarına , dövlət başçımızın yeritdiyi siyasətə, dövlətçiliyə sadiq, hər zaman sözu ilə əməli bir olan zəhmətkeş zabit və yaxşı ailə başçısı olub.
Qanunvericlik ilə müəyyən olunmuş qaydada Daxili işlər nazirliyi Daxili Qoşunlarına həvalə edilmiş vəzifələrin yerinə yetirilməsində,şəhərdə,yaşayış məntəqələrində və kütləvi tədbirlərin kecirilmə yerlərində ictimai təhlükəsizliyin təmin edilməsində,ictimai asayişin qorunmasında,yaşayış məntəqələrində və cəzaçəkmə müəssisələrində kütləvi iğtişaşların qarşısının alınmasında, cinayətkarlığa qarşı mübarizədə,qəzalar,yanğınlar, bədbəxt hadisələr, təbii fəlakətlər və başqa hərbi və fövqalədə vəziyyət (komendant saatı) zamanı hüquqi rejimin təmin edilməsində, eyni zamanda hərbi hissə komandirinin silah və texnika xidməti üzrə müavini kimi kuratoru olduğu xidmət sahələrin və bölmələrin fəaliyyətinin çevik və məqsədyönlü idarə olunmasında, düzgün istiqamətləndirilməsində yüksək peşəkarlıq və təşkilatclıq bacarığı nümayiş etdirmişdir.
Siltan müəllim Azərbaycan dövlətinin ərazi bütövlüyünün təmin edilməsində üzərinə düsən vəzifə və tapşırıqları məsuliyyət və şərəf hissi ilə yerınə yetirmişdir.Müharibə və Silahlı Qüvvələr Veteranıdırç
Polkovnik leytenant Sultan Mahmudov Daxili işlər Nazirliyinin Daxili Qoşunlarında müxtəlif vəzifələrdə olduğu illər ərzində onun xidmət etdiyi bölük, xidmət və hərbi hissə silah və texnika üzrə təftiş, ümumi və yekun yoxlamaların eləcə də texniki baxışların nəticələrinə görə tədris dövru və tədris ili ən yaxşı nəticələr göstərdiyinə görə qabaqcıl yerləri tutmuş və əlaçı olmuşdur.
O, Daxili İşlər Nazirliyi Daxili Qoşunlarında, Azal Qapalı Səhmdar Cəmiyyətinin Avasiya Təhlükəsizlik İdarəsində tutduğu vəzifələrinin icrasına məsuliyyətlə yaşadığına görə SSRİ və Azərbaycan Respublikası Daxili İslər Nazirlərinin, Daxili Qoşunlar Komandanın və onun müavinlərinin, diviziya və hərbi hissə komandirlərinin, Azərbaycan Hava yolları Qapalı Səhmdar Cəmiyyətinin sədrinin müvafiq əmrləri ilə əla xidmətlərə görə əlacı yubiley və müvafiq idman dərəcəsi döş nişanları ilə, bir çox fəxri fərmanlarla, qiymətli hədiyyələrlə mükafatlandırlıb və ona təşəkkür elan olunub.
Səmərəli və məqsədyönlü fəaliyyəti ilə fəriqləndiyinə görə SSRİ Ali Soveti və Azərbaycan Respublikasının Prezidenti adından Daxili İşlər Nazirnin müvafiq əmrləri ilə aşağıdakı medallarla təltif olunub:
1.“Azərbaycan Respubilkası Silahlı Qüvvələri Veteranı” medalı ilə;
1."Qüsursuz xidmətə görə" 1-ci, 2-ci və 3-cü dərəcəli medalları ilə;
3. "SSRİ Silahlı Qüvvələrinin” 60 illiyi (1918-1978) və 70 illiyi (1918-1988) illiyi yubiley medalları ilə;
4. “Azərbaycan Respubilkası Silahlı Qüvvələrininnisə 10 -illiyi (1991-2001)” yubiley medalı ilə təltif edilib.
Azərbaycan Respubilkasında ictimai qaydanın və ictimai təhlükəsizliyin qorunmasında,mütəşəkkil cinayətkarlığa,terrorculuğa və digər təhlükəli cinəyatlərə qarşı mübarizədə,qanunsuz silahlı dəstələrin zərləşdirilməsində xüsusilə fəriqləndiyinə və igidlik göstərdiyinə görə polkovnik leytenant Mahmudov Sultan Cəmil oğlu Azərbaycan Respubilkası Prezidentinin 30 iyun 2002-ci il tarixli fərmana əsasən “Hərbi xidmətlərə görə” medalı ilə təltif olunub.
DOĞUM GÜNÜN MÜBARƏK OLSUN SULTAN!
ALLAH HƏR ZAMAN QƏLBİNİ SIXINTIDAN, BƏDBİNLİKDƏN QORUSUN!
BÜTÜN ARZULARIN ÇİN OLSUN!
HƏMİŞƏ ÜZÜN GÜLSÜN, ÜRƏYİN SEVİNSİN!
Azərbaycan Respublikasının Silahlı Qüvvələr və Müharibə Veteranı polkovnik Salman Musayev
Hiç yorum yok:
Yorum Gönder