Daxli işlər nazirliyi (Din-in) Daxili Qoşunların həyatındü öz dəst - xətti olan, ehtiyatda olan mayor Muradov Rəhim Aydın oğlunun may ayının 30 - da dünyaya göz acdığı gündür.Bu əlamətdar gün munasbətilə Rəhimi Din-in Daxili Qoşunların ehtiyatda və istefada olan zabitləri, doğmaları və iş yoldaşları səmimi qəlbdən təbrik edir, səbəbkara həyatda insan ücün ən şirin nemət olan möhkəm cansağlığı və həyat yollarında bitib - tükənməyən naliyyətlər arzu edib deyirlər, Rəhim qoy yaşınızın üstə gələn bu yaş da sizə sevincdolu günlər bəxş etsin, hər yeni günüz isə sizi xoşbəxt edəcək şəkildə keçsin.
Muradov Rəhim Aydın oğlu 1979- cu ilin may ayının 30 -da Bakı şəhərində polis ailəsində anadan olub .
1996 -cı ildə Bakı şəhərində İdman məktəbini, 2001 -ci ildə Azərbaycan Dövlət Pedaqoji Unversitetini, 2002 -ci ildə Daxili Qoşunların zabitlərin ixtisas artırma kursunu bitrib.
2001-2013 -ci illərdə Daxili Qoşunların Binəqədi, Xəzər, Nərimanov, Lənkəran rayonlarında yerləşən hərbi hissələrində (hərbi hospitalında) taqım komandiri, böluk komandirinin tərbiyəvi işlər üzrə müavini, şəxsi heyətin qeydiyyatı və uçotu üzrə zabit, şəxsi heyətin qeydiyyatı və uçotu üzrə bölmə rəisi, döyüş təlimi üzrə bölmə rəisi, idman və fiziki hazırlığ rəisi, Din-in Daxili Qoşunların Bas İdarəsinin Beynəlxalq hərbi əməkdaşlıq şöbəsində isə baş zabit vəzifələrində Millətə Vətənə, Dövlətə və Xalqa sədaqətlə xidmət edib. Xəstəliyə görə Daxili Qoşunlardan Silahlı Qüvvələrə ehtiyata buraxlıb.
Mayor Rəhim Muradov Din-in Daxil Qoşunlarda xidmət etdiyi illər ərzində öz tabeliyində olanlara Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl edilməsi, Hərbi Andın, hərbi və daxili qoşunların döyüş xidməti nizamnamələrin tələblərinin, əmr və sərancamların dəqiq və sözsüz yerinə yetirilməsi işində daimi nümunə olmuşdur.
Qanunvericiliklə müəyyən olunmuş qaydada Daxil İşlər Nazirliyi Daxili Qoşunlarına həvalə edilmiş vəzifələrin yerinə yetirilməsində, yaşayış məntəqələrində kütləvi iğtiaşların qarşısının alınmasında, cinayətkarlığa qarşı mübarizədə, şəhərdə, yaşayış məntəqələrində və kütləvi tədbirlərin keçirilmə yerlərində ictimai asayişin qorunmasında, ictimai təhlükəsizliyin təmin edilməsində, qəzalar, yanğınar, bədbəxt hadisələr, təbbi fəlakətlər və başqa fövqalədə hallar (fövqalədə vəziyyət və komendant saatı) zamanı hüquqi rejimin təmin edilməsində üzərinə düşən vəzifə və tapşırıqların öhdəsindən layiqincə gəlmişdir. Rəhim Muradov 44 günlük Vətən müharibəsində hərbi qulluqcularmızın yanında olaraq öz köməkliyinin onlardan əsirgəməmişdir.
Öz xidməti vəzifələrinin icrası zamanı yüksək mənəvi - döyüş keyfiyyətləri göstərdiyinə, döyüş və ictimai siyasi hazırlığında, hərbi intizamın möhkəmləndirilməsində yüksək göstəricilərə nail olduğuna və nümunəvi xidmətinə görə Daxili İşlər Nazirinin, Daxili Qoşunların Komandanın, onun müavinlərinin, hərbi hissə komandirinin (hospital rəisinin) müvafiq əmrləri ilə əla xidmətlərə görə əlacı və yubiley döş nişanları ilə təltif olunub, bir cox fərmanlarla, qiymətli hədiyyələrlə mükafatlandırlıb və ona təşəkkür elan edilib.
Hərbi yoldaşları onu vətənpərvər, qorxmaz, səxavətli, insanpərvər, əliaçıq və zəhmətkeş zabit kimi dəyərləndirirlər. O, istər təhsil aldıgı orta və ali təhsil müəssisələrində, istər xidmət etdiyi və çalışdığı mühitdə, istərsədə dost - tanış , qohum - əqraba arasında özünə böyük hörmət qazanıb.
Azərbaycan Respublikasında əmin - amanlığın təmin edilməsində, ictimai əsayişin qorunmasında, cinayətkarlığa qarşı mübarizədə öz xidməti vəzifələrini və hərbi hissənin qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən fəriqləndiyinə görə aşağıdakı medallarla təltif olunub:
1."Azərbaycan Respubilkası Silahlı Qüvvələrinin 90 illiyi ( 1918 - 2008)” yubiley medal ilə;
2."Azərbaycan Respubilkası Silahlı Qüvvələrinin " 95 illiyi (1918 - 2013)” yubiley medalı ilə;
3."Qüsursuz xidmətə görə" 3-cü dərəcəli medal ilə - Silahlı Qüvvələrdə 10 təqvim ili xidmətinə görə.
DOĞUM GÜNÜN MÜBARƏK OLSUN RƏHİM!
ALLAH HƏR ZAMAN QƏLBİNİ SIXINTIDAN, BƏDBİNLİKDƏN QORUSUN!
BÜTÜN ARZULARIN ÇİN OLSUN!
HƏMİŞƏ ÜZÜN GÜLSÜN, ÜRƏYİN SEVİNSİ
Azərbaycan Respubilkasının Silahlı polkovnik Salman Musayev
Hiç yorum yok:
Yorum Gönder