Təbrik: Mayor Qəşəm Əliyev- 62



 İnsan üçün ən yaddaqalan günlərin başlıcası onun həyata  gəldiyi gündür.Belə insanlardan biri də  
daxili işlər orqanlarının həyatında öz dəst- xətti olan,  yüksək peşəkarlığı, dərin zəkası,gözəl nitq qabiliyyəti, humanistliyi,dəqiqliyi,təmkinliyi, sadəliyi, xeyirxahlığı, səmimiyyəti, iradi və mənəvi keyfiyyətləri ilə seçilən, ömrünün məhsuldar dövrünün 35 ildən çoxunu hərbi xidmətə və daxili işlər orqanlarına həsir etmiş və şərəfli  xidmət yolu keçmiş- istefada olan polis mayoru Əliyev Qəşəm Əmirxan oğludur.  May ayının 11- də  onun dünyaya göz acdığə gündür.

Daim həyatın bütün   imtahanlarından alnıaçıq və üzüağ cıxan,əhatəsində olan insanların hörmətini qazanan,dostlarına və yaxınlarına isti münasibətdə olan  Qəşəm müəllimi belə bir əlamətdar gün münasibətilə həmkarları, əzizləri,doğmaları,dostları, iş  və döyüşcü yoldaşları, ,onun pərəstişkarları səmimi qəlbdən təbrik edir,səbəbkara həyatda insan ücün ən şirin nemət olan möhkəm cansağlığı, həyat yollarında uğurlar arzu  edib deyirlər,Qəşəm qoy yaşınızın üstə gələn bu yaşda sizə sevincdolu günlər bəxş etsin, hər yeni günün isə ötən günlərdən daha gözəl istəklərinə uyğun sizi xoşbəxt edəcək şəkildə keçsin.
   
Yüksək nufuz sahibi olan, xidmət etdiyi və işlədiyi kollektivdə təvazökar,qayğıkeş və xeyirxah insan kimi tanınan mayor Əliyev Qəşəm Əmirxan oğlu 1962- ci ilin  may ayının 11 -də Gürcüstan Respubilkasının Bolnisi rayonunun Cəfərli kəndində zəhmətkeş ailədə anadan olub.

 O,1969-cu ildə Bolnis rayonun Cəfərli kəndində birinci sinifə daxil olmuş,sonra isə təhsilini Bolnis rayonunun Azərbaycan dili orta  məktəbində davam etdirərək, 1979 cu ildə həmin məktəbi,1990-cı ildə isə Azərbaycan  Dölət Pedaqoji  İnstitutu  bitrib.  
    
Hər zaman həyatda layıqlı yer tutmağa canatmış, yüksək uğurlar qazanmış,vətənpərvər Qəşəm Əliyev 1981-1983 -cü illərdə Sovet ordusunda həqiqi hərbi xidmətdə olub.

1983- 1990 cı illərdə Gürcüstan Respubilkasının Tiflis şəhər və Bolnis   rayon  daxili işlər orqanında müxtəlif vəzifələrdə işləyib.  

1990- 2017-ci illərdə Azərbaycan Respubilkası Daxli İşlər Nazirliyinin Əlahiddə çevik polis alayında , Suraxanı və Nərimanov rayon polis idarələrində taqım komandiri, bölük komandirinin müavin və bölük komandiri  vəzifələrində Millətə,Dövlətə, Vətənə  və Xalqa sədaqətlə xidmət edib.O, Azərbaycanın ərazi bütovlüyu uğrunda gedən döyüşlərdə iştirak edib.Müharibə veteranıdır.

Qəşəm Əliyev Qanunvericiliklə müəyyən olunmuş qaydada Daxili işlər orqanlarına  həvalə olunmuş  vəzufələrin yerinə yetirilməsində,  şəhərdə, yaşayış məntəqələrində və kütləvi  tədbirlərin  keçirilmə yerlərində ictimai qaydanın və ictimai təhlükəsizliyin təmin edilməsində,  yaşayış məntəqələrində və cəzacəkmə  müəsissələrində kütləvi ixtişaşların qarşısının alınmasında və cinayətlərin və digər hüquq pozmaların qarşısının alınmasında və onların acılmasında, qəzalar,yanğınlar,bədibəxt hadisələr,təbii fəlakətlər və baqqa fövqalədə vəziyyət  (hərbi vəziyyət və komendant  saatı ) zamanı   üzərinə düşən vəzifə və tapşırıqları şərəf və məsuliyyət hissi ilə yerinə yetirmişdir.

Torpağına,xalqına bağlı gözəl insan Qəşəm Əliyev  daxili işlər orqanlarında  xidmət etdiyi illər ərzində özunü uşaq vaxtlarından, gözəl ailə və məktəb tərbiyəsi ilə böyümüş, əxlaqı tərbiyəsi yerində olan, nizam və intizamlı zabit kimi göstərmişdir.O, işlədiyi və oxuduğu   təhsil müəssisələrində, yaşadığı ərazidə, kollektiv arasında həmişə müsbət mənada seçilərək, başqaları üçün  nümunə  olmuşdur.

Qəşəm müəllim, öz xidməti vəzifələrini və daxili işlər orqanları  qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən   qoruxmaz,insanpərvər,səxavətli,əliaçıq,vəfalı və zəhmətkeş  zabit olub.

 Əsil vətəndaşlıq mövqeyi ilə secilən,ictimaiyyət arasında öznəlayıq hörmət qazanmış mayor Əliyev Qəşəm  Əmirxan oğlu  Azərbaycan Respublikası Konstitusiyası və qanunlarına,müvafiq nizamnamələrin, direktivlərin, təlimatların, əsasnamə və əmirlərin tələblərinə və vəzifə borcuna əməl etməkdə bir cox   həmkarları və iş yoldaşları
 üçün nümunə olmuşdur.
  
Qəşəm Əliyev  öz  xidməti vəzifələrini yerinə yetirərkən  fəriqləndiyinə, şücaət  və fədakarlıq  göstərdiyinə və digər xidmətlərinə görə  “Qüsursuz xidmətə görə” 1-ci, 2-ci və 3-cü drəcəli   medallarla və polis veteranı medalı ilə, əla xidmətlərə görə əlacı  və yubiley nişanları ilə  təltif edilib, bir cox fəxri fərmanlarla, qiymətli hədiyələrlə mükafatlandırılıb və ona təşəkkur  elan edlib.
 
QƏŞƏM MÜƏLLİM!
BİR İL DAHA BİTDİ, AMMA HEÇ VAXT KƏDƏRLƏNMƏ  ZAMAN TEZ KEÇİR DEYƏ...
UNUTMA Kİ HƏR  KƏS EYNİ ŞEYİ YAŞAYIR.

BU İLİN SONUNDA GERİYƏ BAXDIĞINDA ÜMÜD EDİRƏM BİR "MÖCÜZƏ  İLDİ " DEYƏRSƏN...
 
BÜTÜN ARZULARLNIN REALLAŞMASI DİLƏYİMLƏ..XOŞBƏXT İLLƏRƏ.
 
Dərin hörmətlə:
Azərbayan  Respubilkasının Silahlı Qüvvələr və Müharibə Veteranı polkovnik Salman Musayev
 

Hiç yorum yok:

Yorum Gönder

Pages