Təbrik: Mayor Emin Mirzəyev




Azərbaycan Respubilkası Daxili İşlər Nazirliyinin Daxili Qoşunların həyatında öz dəst - xətti  olan, peşəkarlığı, işgüzarlığı,iradı,mənəvi keyfiyyəti, vətənpərvərliyi, dəqiliyi, təmkinliyi və səmimiyyəti ilə seçilən, ömrünün ən məhsuldar dövrünün 23 ildən çoxunu  Daxili Qoşunların hərbi hissələrində   müxtəlif vəzifələrdə  hərbi xidmətdə keçirmiş -ehtiyada olan  mayor Mirzəyev  Emin Nail oğlunun may ayının  24- də  dünyaya göz acdığı  gündür.
 Daimi həyatın bütün imtahanlarından alnıaçıq və üzüağ çıxan - ehtiyatda  olan  mayor Mirzəyev Emin Nail oğlunu doğum günü münasibətilə Daxili Qoşunların  ehtiyatda və istefada olan zabitləri,əzizləri, doğmaları, yaxınları və iş  yoldaşları  səmimi qəlbdən təbrik edir, səbəbkara həyatda insan üçün ən şirin nemət olan möhkəm cansağlığı və həyat yollarında bitib- tükənməyən naliyyətlər arzu edib deyirlər, Emin qoy yaşınızın üstə gələn bu yaş da  sizə  sevincdolu illər bəxş etsin, hər yeni günün isə sizi istəklərniznə qovuşduraraq daha da xoşbəxt etsin.
 Mayor Emin Nail oğlu    Mirzəyev 1977-ci ilin may ayının 24 -də Astara rayonun Şiyəkəran kəndində  zəhmətkeş ailədə anadan olub.
Mayor Emin Mirzəyev  1994-ci ildə O, Yahyayev  adına 2 nömrəli Astara rayon Şiyəkəran kənd   tam orta məktəbi, 1998 -ci ildə Azərbaycan Pedokoji Universitetinin ibtidai  hərbi və fiziki hazırlıq üzrə  təlim fakultəsini,  2011-ci ildə isə Türkiyə Jandarma Qüvvələrinin hərbi məktəblərinin birində kəşfiyyat bölmə (xidmət) rəisi kursunu bitrib. Emin Mirzəyev  Daxili Qoşunlarda  xidmət etdiyi illər ərzində Daxili Qoşunların hərbi hissələrində  və Baş İdarəsində keçirilən təlim -metodiki toplanışlarda,  taktiki-xüsusi təlimlərdə, müvafiq   ixtisas artırma kurslarda, seminar və konfranslarda fəal iştirak edib.
    1998-2002 -cı illərdə Azərbaycan Ordusunun döyüş bölgələrində yerləşən hərbi hissələrin birində motoatıcı  dağ taborunda taqım və bölük komandiri vəzifəsində olub.
2003-2023-cü illərdə Daxili Qoşunların Quba,Binəqədi, Xətai və   Hacıqabul  rayonlarında  yeləşən hərbi hissələrdə Minabatereya komandiri, Xüsusi təynatlı dəstədə həmlə qrup komandiri, kəşfiyyat bölmə (xidmət) rəisi    vəzifələrində  Millətə, Dövlətə, Vətənə və Xalqa  sədaqətlə xidmət edib.

Çalışdığı bütün vəzifərdə özünü bacarıqlı  hərbi qulluqcu kimi göstərən- ehtiyatda olan   mayor Mirzəyev Emin  Nail oğlu  DİN-in Daxil Qoşunlarda xidmət etdiyi illər ərzində öz tabeliyində olanlara və bir çox hərbi qulluqçulara  Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl edilməsi, Hərbi Andın, hərbi və daxili qoşunların döyüş xidməti nizamnamələrinin tələblərinin , əmr və sərancamların dəqiq və sözsüz yerinə yetirilməsi işində daimi nümunə olmuşdur.
        Qanunvericiliklə müəyyən olunmuş qaydada  Daxil işlər Nazirliyinin Daxili Qoşunlarına  həvalə edilmiş vəzifələrin yerinə yetirilməsində,yaşayış məntəqələrində kütləvi  iğtişaşların qarşlsının alınmasında, şəhərdə, yaşayış məntəqələrində və kütləvi tədbirlərin kecirilmə yerlərində ictmai asayişin qorunmasında və ictimai  asayişin təmin olunmasında, cinayətkarlığa qarşı mübarizədə, silahlı birləşmiş dəstələrin axtarışında və  zərərsizləşdirilməsində,qəzalar, bədbəxt hadisələr,yanğınlar, təbii fəlakətlər  və başqa  fövqalədə hallar  eləcə də hərbi vəziyyət (komendat saatı) zamanı hüquqi rejimin təmin edilməsində,  44 günlük  Vətən müharibəsində və  Qarabağda anti- terror xarakterli  xüsusi əməliyyatların keçirilməsində eləcə də dövlətətin ərazi bütövlüyünün tam təmin edilməsində  üzərinə düşən vəzifə və tapşırıqların öhtəsindən layiqincə gəlmişdir.
  Hərbi yoldaşları Emin  Mirzəyevi  vətənpərvər, qorxmaz, səxavətli, insanpərvər, əliaçıq və zəhmətkeş  hərbi qulluqçu kimi dəyərləndirirlər.O,istər təhsil aldıgı,orta və təhsil mərkəzlərində, istərsə də  xidmət etdiyi və işlədiyi müddətdə, istərsə də dost- tanış, qohum -əqrəba  arasında   özünə layiq hörmət  qazanıb.
Xidməti vəzifələrin icrası zamanı yüksək mənəvi - döyüş keyfiyyətləri,  döyüş və ictimai - siyasi hazırlığında, hərbi intizamın möhkəmləndirilməsində yüksək göstəricilərə nail olduğuna və nümunəvi xidmətinə görə Müdafiə Nazirinin, Daxili İşlər Nazirinin, Daxili Qoşunlar Komandanın və onun müavinlərinin, korpus və hərbi hissə komandirlərinin müvafiq əmrləri ilə  xidmətdə fəriqləndiyinə görə əlacı və  yubiley  döş  nişanları ilə təltif olnub, bir çox diplomlarla, fərmanlarla və qiymətli hədiyyələrlə mükafatlandırlıb və ona təşəkkür elan edilib.
  Öz xidməti vəzifələrini və hərbi hissə qarşısında qoyulmuş tapşırıqları  yerinə yetirərkən fəqiqləndiyinə və digər xidmətlərinə  görə Azərbaycan Respublikasının Daxili İşlər Nazirinin müvafiq əmirlərinə əsasən aşağıdakı medallarla təltif olunub:

1."Azərbaycan Respublikasının  Silahlı Qüvvələrinin   90 illiyi ( 1991 - 2008)” yubiley  medalı ilə;

2."Azərbaycan Respubilkasının Silahlı Qüvvələrinin 95 illiyi  ( 1918 - 2015 )”  yubiley   medalı ilə;

3."Qüsursuz xidmətə görə" 3-cü dərəcəli medal  - Silahlı Qüvvələrdə  10 təqvim ili xidmətə görə;
4"Qüsursuz xidmətə görə 2 -ci  dərəcəli medal - Silahlı Qüvvələrdə 15 təqvim ili xidmətə görə;
 5."Qüsursuz  xidmətə görə" 1-ci dərəcəli medal  - Silahlı Qüvvələrdə 20 təqvim ili  xidmətə görə.

      ALLAH HƏR ZAMAN QƏLBİNİ SIXINTIDAN, BƏDBİNLİKDƏN QORUSUN!
     DOĞUM GÜNÜN MÜBARƏK OLSUN  EMİN !
     
BÜTÜN ARZULARIN ÇİN OLSUN!
     
HƏMIŞƏ ÜZÜN GÜLSÜN, ÜRƏYIN SEVINSIN!
Azərbaycan Respubilkasının  Silahlı Qüvvələr və Müharibə Veteranı polkovnik Salman Musayev

Hiç yorum yok:

Yorum Gönder

Pages