Təbrik: Mayor Elşən Ələsgərov- 59



    
 Daxili işlər nazirliyi  (Din-in) Daxili Qoşunların həyatında öz dəst-xətti olan,   peşəkarlığı, zəhmətkeşliyi, humanistliyi, sadəliyi, səmimiyyəti,iradi və mənəvi keyfiyyətləri ilə seçilən, ömrünün ən məhsuldar  dövrünü   hərbi xidmətdə  keçirmiş ,  Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyin dəmir yolu   şöbəsinin  üzvü-  istefada olan Mayor  Ələsgərov Elşən  Əlisultan  oğlunun may ayının  26 - da  dünyaya göz acdığı gündür.
     Belə bir əlamətdar gün münasibətilə daimi  həyatın  imtahanlarından alnıaçıq, üzüağ çıxan Əfqanıstan və Azərbaycan Respublkasının müharibə iştirakcısı-  istefada olan Mayor Elşən Ələsgərovu belə bir əlamətdar gün münasibətilə Din-in Daxili Qoşunıarın ehtiyatda və istefada  olan zabitləri, doğmaları, iş və döyüşcü  yoldaşları   səmimi qəlbdən təbrik edir, səbəbkara həyatda insan üçün ən şirin nemət  olan möhkəm cansağlığı arzu edib deyirlər, Elşən  müəllim qoy   yaşınızın üstə gələn bu yaş da sizə sevincdolu  günlər bəxş etsin.
     
 Mayor Ələsgərov Elşən Əlisultan oğlu  1965 -ci ilin may ayının 26 -da  Azərbaycan Respublikasının Şamaxı  rayonunda  zəhməkeş ailədə anadan olub.
     
Mayor Elşən Ələsgərov 1982 -ci ildə Bakı şəhərində  250 -  nömrəlı tam orta məktəbi, 1987 - ci ildə  isə  Sovet Ordusunun   Leninqrad  (İndiki  Sankt-Peterburq  )  şəhərində yerləşən  Furunze adına Ali  Hərbi Komandirlər Məktəbini bitirib. 

1987- 1988 - ci illərdə  Sovet Ordusunun Əfqanıstanda yerləşən hərbi hissələrin birin də taqım komandiri, 1988-1991- ci illərdə  Sovet Ordusunun  Culfa, Qubadlı və Zəngilan  rayonlarında yerləşən hərbi hissələrində böluk komandiri, 1991-1998 - ci illərdə isə  Azərbaycan Respublikasının  Daxili işlər nazirliyi Daxili Qoşunlarının  Sumqayıt şəhərində,  Binəqədi,  Nərimanov, Nizami və Füzuli  rayonlarında yerləşən  hərbi hissələrində alayın  qərargah rəisinin müavini, tabor komandiri, alay komandirinin silah və texnika üzrə   müavinini,alay  komandirinin müavinini  - qərargah rəisi  vəzifələrində Millətə, Vətənə Dövlətə və Xalqa sədaqətlə  xidmət edib.Hal-hazırda Elşən Ələsgərov “Azərbaycan Dəmir Yolları” QSC-də müvafiq vəzifədə işləyir.
      
Azərbaycanın ərazi bütövlüyü uğrunda ( Ağdam, Ağdərə və Füzuli rayonları istiqamətində gedən  döyüşlərdə iştirak edərək, ona həvalə edilmiş vəzifə və tapşırıqların öhtəsindən layiqincə gəlmişdir. Əfqanıstan və Azərbaycan Respubulkasının  Müharibə veteranıdır. Övladı Eldar Ələsgərov 44 günlük Vətən Müharibəsinin iştirakçısı və mükafatçısıdır.
    
 Elşən Ələsgərov  Daxili Qoşunlarda xidmət etdiyi illər ərzində  Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına əməl edilməsi,  Hərbi Andın, hərbi və.  daxili Qoşunları döyüş xidməti nizamnamələrinin və  hərbi qulluqçuların  etik davranış  kodeksinin tələblərinin,  əmr və sərəncamların  dəqiq və sözsüz yerinə yetirilməsi işində bir çox hərbi qulluqcula şəxsi  nümunə olmuşdur.

   Elşən Ələsgərov Daxili Qoşunların Baş İdarəsində və hərbi hissələrində keçirlən bir çox təlim - metodiki toplanışlarda, müvafiq ixtisas artırma  kurslarda,hərbi və  xüsusi - taktiki təlimlərdə, seminar və konfranslarda fəal iştirak etməsi sayəsində  bu sahədə bilik və baçarıqlarını  maksimal təhkimləşdirib  və beləcə  Daxili Qoşunlarda özünu son dərəcə faydalı kadr olaraq təsdiq etmişdir.
     
  Qanunvericiliklə müəyyən olunmuş qaydada   Daxil işlər nazirliyi Daxili Qoşunlarına  həvalə edilmiş vəzifələrin yerinə yetirilməsində, mühafizə olunan obyektlərin və inzibatı binaların mühafizəsində,daxili işlər orqanları ilə birlikdə  şəhərdə,  yaşayış məntəqələrində və kütləvi tədbirlərin kecirilmə yerlərində   patrul- post xidməti vastəsi ilə ictimai qaydanın və ictimai asayşin təmin edilməsində yaşayış məntəqələrində  və islah- əmək müəssisələrində kütləvi iğtişaşların qarşısının alınmasında, cinayətkarlığa qarşı mübarizədə, silahlı birləşmiş dəstələrin axtarışında və  zərərsizləşdirilməsində, fövqalədə hallar  zamanı hüquqi rejimin təmin edilməsində, qəzalar, yanğınlar, bədbəxt  hadisələr, təbii fəlakətlər və başqa  fövqaladə vəziyyət (hərbi və komendant saatı) zamanı hüquqi qaydaların təmin  olunmasıbda,  dövlətətin ərazi bütövlüyünün təmin edilməsində  üzərinə düşən vəzifə və tapşırıqların öhdəsindən layiqincə gəlmişdir.
    
    Öz xidməti və ictimai vəzifələrini  eləcə də   hərbi hissə qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən fəriqləndiyinə görə Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin  üzvü- istefada olan Mayor Ələsgərov Elşən Əlisultan oğlu əla xidmətlərə görə  əlacı və yubiley döş nişanları ilə təltif olunub, bir çox fəxri fərmanlarla, diplomlarla, qiymətli hədiyyələrıə mükafatlandırlıb, ona təşəkkur elan edilb və aşağdakı   medallarla təltif olunub:

 1.”SSRİ Silahlı Qüvvələrinin  yaranmasının 70 illiyi (1918-1988)” yubiley medalı ilə; 

2.”Əfqanıstan Müharibəsi Veteranı” medalı ilə;
  
3.Əfqanıstan müharibəsi iştirakçısı-“Əfqanıstan döyüş əməliyyatları” medalı ilə;

4.“Əfqanıstan döyüş əməliyyatların bitməsinin” xatirə   medalları ilə;

5.”Qusursuz xidmətə görə” 3-cü dərəcəli medal- Silahlı Qüvələrdə 10 təqvim ili xidmətə görə;

6.”Qusursuz xidmətə görə”  2 -ci dərəcəli medal -Silahlı Qüvvələrdə 15 təqvim ili xidmətə görə. 

Hərbi yoldaşları Elşən Ələsgərovu   vətənpərvər, qorxmaz, səxavətli,  insanpərvər, əliacıq və zəhmətkeş zabit kimi  dəyərləndirirlər. O, istər təhsil aldıgı orta və ali təhsil müəssisələrində, istər xidmət etdiyi və çalışdığı mühitdə,    istərsədə  dost - tanış , qohum - əqraba  arasında özünə böyük hörmət qazanıb.
 
DOĞUM GÜNÜN MÜBARƏK OLSUN   ELŞƏN!

ALLAH HƏR ZAMAN QƏLBİNİ SIXINTIDAN, BƏDBİNLİKDƏN QORUSUN!

HƏMİŞƏ ÜZÜN GÜLSÜN, ÜRƏYİN SEVİNSİN!
BÜTÜN ARZULARIN ÇİN OLSUN!

Azərbaycan Respubilkasının  Silahlı Qüvvələr və Müharibə Veteranı  polkovnik  Salman  Musayev

Hiç yorum yok:

Yorum Gönder

Pages