Təbrik: Mayor Elçin Əliyev




Yüksək hərbi peşəkarlığı, humanistliyi, dəqiqliyi, təmkinliyi, işgüzarlığı, təşkilatçılıq bacarığı, sadəliyi, vətənpərvərliyi, xeyirxahlığı, səmimiyyəti, iradi və mənəvi keyfiyyətləri  ilə seçilən, ömrünün ən məhsuldar dövrünü  Daxili İşlər Nazirliyinin Daxili Qoşunların hərbi hisələrində  keçirmiş, hörmətli veteranmız -  ehtiyatda olan mayor   Elcin Əliyevin  may ayının 14 - də  onun 54 yaşı tamam olub.
      
   Belə bir əlamətdar gün münasibətilə daimi həyatın bütün imtahanlarından alnıaçıq və üzüağ çıxan - ehtiyatda olan  mayor Elçin Əliyevi Daxili işlər nazirliyi  (Din-in) Daxili Qoşunların ehtiyatda və istefada olan zabitləri , doğmaları, iş və doyüşcü yoldaşları   səmimi qəlbdən  təbrik edir,səbəbkara həyatda insan üçün ən şirin nemət olan  möhkəm cansağlığı və həyat yollarında bitib- tükənməyən naliyyətlər arzu edib deyirlər,Elçin   müəllim qoy hər yeni yaşınız sizə sevincdolu günlər, hər yeni iliniz isə istəklərinizə qovuşduraraq  daha da xoşbəxt etsin.
    
 Mayor Əliyev Elçin Bədrədsin oğlu  1974 - cı ilin  may ayının  14- də zəhmətkeş ailədə anadan olub.1987 - ci ildə  Əlibayramlı  (indiki Şirvan) şəhər   2 nömrəli  tam orta məktəbi, 1991- ci ildə  isə   Paltava  Ali  Hərbi Rabitə Komandir  Mühəndislər məktəbi bitrib.
     
1991-1992-ci illərdə SSRİ Hərbi Havadan Müdafiə   Qüvvələrinin  Kazaxstan Respublikasında yerləşən hərbi hissələrinin birində  teleqraf  rabitə taqım komandiri - müəllim vəzifəsində  işləyib.   1992 - 2009 – cu illərdə  Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi  Daxili Qoşunların Baş İdarəsinin  Hacıqabul və Xətai rayonlarında yerləşən hərbi hissələrdə Rabitə və AİS xidməti vəzifəsində Millətə, Vətənə Dövlətə və Xallqa  sədaqətlə xidmət edib.Hal-hazırda  Paşa  Haldinq  Təhlükəsizlik xidmətində calışır. 
     
Elçin müəllim Azərbaycan Respubilkasının ərazi bütövlüyü uğrunda ( Ağdam, Ağdərə və Füzuli rayonları istiqamətində gedən  döyüşlərdə iştirak edərək, ona həvalə edilmiş vəzifə və tapşırıqların öhtəsindən layiqincə gəlmişdir. Müharibə veteranıdır.
 
 Elçin Əliyev Daxili Qoşunlarda xidmət etdiyi illər ərzində  Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına əməl edilməsi,  Hərbi Andın,hərbi və daxili qoşunların döyüş xidməti  nizamnamələrinin və  hərbi qulluqçuların  etik davranış  kodeksinin tələblərinin,  əmr və sərəncamların  dəqiq və sözsüz yerinə yetirilməsi işində bur çox hərbi quluqcullara   daimə  şəxsi nümunə göstərib.

O,Daxili Qoşunlarda xidmət etdiyi illər ərzində Daxili Qoşunların Baş İdarəsində, təlim- tədris mərkəzində   və hərbi hissələrdə keçirlən  bir çox təlim- metodiki  toplanışlarda, müvafiq ixtisas artırma  kurslarda, hərbi və xüsusi - taktiki təlimlərdə, seminar və konfranslarda fəal iştirak etməsi sayəsində,  bu sahədə bilik və baçarıqlarını  maksimal təhkimləşdirib  və beləcə  Daxili Qoşunlarda özünü son dərəcə faydalı kadr olaraq təsdiq etmişdir.
  
Mayor Elçin Əliyev Qanunvericiliklə müəyyən olunmuş qaydada, Daxil işlər Nazirliyi Daxili Qoşunlarına  həvalə edilmiş vəzifə və tapşrıqların yerinə yetirilməsində, yaşayış məntəqələrində  və cəzaçəkmə müəssisələrində   kütləvi
  iğtişaşların qarşısının alınmasında, cinayətkarlığa qarşı mübarizədə, silahlı birləşmiş dəstələrin axtarışında və  zərərsizləşdirilməsində, şəhərdə, yaşayış  məntəqələrində və kütləvi tədbirlərin keçirilmə  yerlərində  ictimai asayişin qorunmasında və ictimai təhlükəsizliyin təmin edilməsində,qəzalar,yanğınlar, bədbəxt hadisələr, təbii fəlakətlər və başqa fövqalədə hallar (fövqaladə vəziyyət və komendat saatı)  zamanı hüquqi rejimin təmin edilməsində, dövlətətin ərazi bütövlüyünün təmin olunmasında üzərinə düşən vəzifə və tapşırıqların öhtəsindən layiqincə gəlmişdir.
    
 Hərbi xidməti vəzifələrinin icrası zamanı yüksək mənəvi -  döyüş keyfiyyətləri göstərdiyinə, döyüş və ictimai sıyası hazırlığında, hərbi ıntizamın möhkəmləndirilməsində yüksək göstəricilərə nail olduğuna və nümunəvi xidmətinə görə Daxili İşlər Nazirinin, Daxili Qoşunların Komandanın, onun müavinlərinin, Ali hərbi məktəb rəisinin və hərbi  hissə komandirinin müvafiq əmrləri ilə  əla xidmətlərə görə əlacı   və yubiley döş nişanları ilə təltif edilib, bur cox fərmanlarla,  qiymətli hədiyyələrlə mükafatlandırlıb və  təşəkkür elan edilib.
    
 Hərbi yoldaşları Elçin Əliyev vətənpərvər, qorxmaz,  insanpərvər, səxavətli, əliaçıq  və zəhmətkeş zabit kimi dəyərləndirirlər. O,istər təhsil aldıgı illərdə,  istər  xidmət  etdiyi və çalışdığı  mühitdə,  isərsə də  dost-tanış, qohum -əqraba  tanış  arasında özünə böyük  hörmət qazanıb

Öz xidmət vəzifələrini və hərbi hissə qarşısında  qoyulmuş tapşırıqları yerinə yetirərkən fəriqləndiyinə eləcə də  səmərəli fəaliyyətinə görə  mayor Elçin Əliyev aşağıdakı medallarla  ilə  təltif olunub:
 
1.”Qusursuz xidmətə görə” 1-ci dərəcəli  medal -Silahlı Qüvvələrdə 20  təqvim ili xifmətə görə ;

2.”Qusursuz xidmətə görə” 2 -ci dərəcəli medal -Silahlı Qüvvələrdə  15 təqvim ili xidmətə görə;

3.”Qusursuz xudmətə görə”  3 -cü dərəcəli medal- Silahlı Qüvvələrdə 10 təqvim ili xudmətə görə;

4.”Azərbaycan Respubilkası Silahlı Qüvvələrinin 10 illiyi ( 1991-2001)” yubiley medalı ilə;

5.” Azərbaycan Respubilkası  Silahlı Qüvvələrinin  90 illiyi (1918-2008)”  yubiley medalı ilə;

6.”SSRİ Silahlı Qüvvələrinin 70 illiyi (1918-1988)” yubiley medalı ilə.

DOĞUM GÜNÜN MÜBARƏK OLSUN ELCİN MÜƏLLİM!

ALLAH HƏR ZAMAN QƏLBİNİ SIXINTIDAN, BƏDBİNLİKDƏN QORUSUN!

BÜTÜN ARZULARIN ÇİN OLSUN!.

HƏMİŞƏ ÜZÜN GÜLSÜN, ÜRƏYİN SEVİNSİN!

Azərbaycan Respubilkasının   Silahlı Qüvvələr  və Müharibə Veteranı polkovnik  Salman Musayev

Hiç yorum yok:

Yorum Gönder

Pages