Təbrik: Kapitan Yafət Həsənov-54




İnsan üçün ən yaddaqalan günlərdən başlacası onun həyata gəldiyi gündür. Ömrə bəzək olan ad günü hər il xüsusi ilə qeyd olunur. Belə ınsanlardan biridə, Daxili Qoşunların həyatında öz dəst- xətti olan, peşəkarlığı,humanisyliyi,sadəliyi səmimiyyəti,iradi və mənəvi keyfiyyətləri ilə seçilən, ömrünün ən məhsuldar dövrünü Sovet Ordusunda və Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarında keçirmiş,
müharibə  veteranı  -ehtiyatda olan kapitan Yafət  Oktay oğlu Həsənovun may ayının 8 -də onun dünyaya göz acdığı gündür.

Daimi həyatın bütün imtahanlarından alnıaçıq və üzüağ çıxan- Müharibə Veteranı - ehtiyatda olan kapitan Həsənov Yafət Oktay  oğlunu doğum günü münasibətilə Daxili işlər nazirliyi (Din-in) Daxili Qoşunların ehtiyatda və istefada olan zabitləri, doğmaları,əzizləri, iş və döyüşcü yoldaşları  səmimi qəlbdən təbrik edir, səbəbkara həyatda insan ucun ən şirin nemət olan möhkəm can sağlığı və həyat yollarında bitib- tükənməyən nailiyyətlər arzulayır.

Kapitan Həsənov Yafət Oktay oğlu 1970- ci ilin may ayının 8- də Azərbaycan Respublikasının Quba rayonun Yerfi kəndində zəhmətkeş ailədə anadan olub.

1987 -cu ildə Quba rayonun Yerfi kənd orta məktəbi, 1993- cü ildə Quba  şəhər kənd təsərrüfatı texnikumu, 1999-cu ildə isə Daxili İşlər Nazirliyinin Daxili Qoşunların Baş İdarəsinin döyüş hazırlığı idarəsinin Xəzər rayonunda yerləşən təlim-tədris mərkəzində  zabitlərin ixtisas artırma kursunu bitrib. O, Daxili Qoşunlarda xidmət etdiyi illər ərzində Daxili Qoşunların Baş İdarəsində və hərbi hissələrində keçirilən bir çox təlim- metodiki  toplanışlarda , müvafiq kurslarda, hərbi və xüsusi - taktiki təlimlərdə, seminar və konfranslarda iştirak edib.
1988- 1991 -cü illərdə Sovet Ordusunun Sakit  okeanda yerləşən hərbi dəniz  qüvvələrində müddətli həqiqi hərbi xidmətə olub.1991-ci ildə Qusar və Quba könüllər taborun tərkibində Azərbaycanın ərazi   ütövlüyü uğrunda gedən döyüşlərdə  fəal iştirak edib.
1992- 2005- cü illərdə Azərbaycan Respublikası Daxili işlər Nazirliyi Daxili Qoşunların Baş İdarəsinin Nərmanov Ağdam, Füzuli və Xətai  rayonunlarda yerləşən hərbi hissələrində taqım  komandiri, böluk komandirinin müavini və bölük komandiri vəzifələrində Millətə, Vətənə Dövlətə və Xalqa şərəflə xidmət edib. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda ( Ağdam, Ağdərə, Füzuli rayonları istiqamətində) gedən döyüşlərdə üzərinə düşən vəzifə və tapşırıqların öhtəsindən layiqincə gəlmişdir.

O, Daxil Qoşunlarda xidmət etdiyi illər ərzində öz tabeliyində olanlara Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına əməl edilməsi, Hərbi Andın, hərbi və daxili qoşunların döyüş xidməti nizamnamələrin tələblərinin, əmr və sərancamların dəqiq və sözsüz yerinə yetirilməsi işində daimi nümunə olmuşdur.
Qanunvericiliklə müəyyən olunmuş qaydada Daxili Qoşunlara  həvalə olunmuş  vəzifə və tapşırıqların  yerinə yetirilməsində, mühüm dövlət obyektlərin və hərbi təchizat anbarların mühafizə olunmasında ictimai qaydanın  və ictimai təhlükəsizliyin qorunmasnda və təmin edilməsində,  yaşayış məntəqələrində  kütləvo iğtişaşların qarşısının alınmasında, mütəşəkkil cinayətkarlığa qarşı mübarizədə, qanunsuz silahlı birləşmiş dəstələrin axtarışındga və zərərsizləşdirilməsində ,qəzalar, bədbəxt hadisələr,yanğınlar,təbii fəlakətlər və başqa  fövqalədə  vəziyyət (komendat saatı) zamanı hüquqi rejimin təmin edilməsində, dövlətin ərazi bütövlüyünün təmin olunmasında üzərinə düsən vəzifə və tapşırıqları məsuliyyət və şərəf hissi ilə yerinə yetirmişdir.
Hərbi xidməti vəzifələrinin icrası zamanı yüksək mənəvi- döyüş keyfiyyətləri göstərdiyinə, döyüş və ictimai sıyası hazırlığında, hərbi ıntizamın möhkəmləndirilməsində yüksək göstəricilərə nail olduğuna və nümunəvi xidmətinə görə Daxili İşlər Nazirinin, Daxili Qoşunlar Komandanın və onun müavinlərinin, hərbi hissə komandirinin müvafiq əmrləri ilə fəxri fərmanla,diplomlarla, qiymətli hədiyyələrlə, əlacı  və yubiley döş  nişanları ilə mükafatlandırlıb və ona təşəkkür elan edilib.

Öz xidmət vəzifələrini və hərbi hissə qarşısında qoyulmuş tapşırıqları yerinə yeitrərkən fəriqləndiyinə görə SSRI Ali Soveti və Azərbaycan Respublikasının Prezıdentı adından aşağıdakı  medallarla təltif edilib:
1.”Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 10 illiyi (1991-2001)” yubiley medalə ilə;
3.”Qusursuz xidmətə görə” 2-ci dərəcəli medal -Silahlı Qüvvələrdə 15 təqvim ili xidmətə görə;
4.”Qusursuz xidmətə görə” 3-cü dərəcəli medal-Silahlı Qüvvələrdə 10 təqvim ili xidmətə görə. 
  DOĞUM GÜNÜN MÜBARƏK OLSUN, YAFƏT!

HƏMİŞƏ ÜZÜN GÜLSÜN, ÜRƏYİN SEVİNSİN!
ALLAH HƏR ZAMAN QƏLBİNİ SIXINTIDAN, BƏDBİNLİKDƏN QORUSUN!

BÜTÜN ARZULARIN CİN OLSUN!

Azərbaycan Respubilkasının Silahlı Qüvvələr  və Müharibə Veteranı polkovnik Salman Musayev



Hiç yorum yok:

Yorum Gönder

Pages