Təbrik: Kapitan Sadiq Nəbiyev



 Peşəkarlığı, işgüzarlığı, iradı,mənəvi keyfiyyəti, vətənpərvərliyi, dəqiliyi, təmkinliyi və səmimiyyəti ilə seçilən, ömrünün ən məhsuldar dövrünün 22 ildən çoxunu  Daxili Qoşunların hərbi hissələrində   müxtəlif vəzifələrdə keçirmiş -ehtiyada olan  kapitan  Nəbiyev Sadiq  Nizami oğlunun iyun ayının  1- də  dünyaya göz acdığı  gündür.
 Daimi həyatın bütün imtahanlarından alnıaçıq və üzüağ çıxan  ehtiyatda  olan kapitan Nəbiyev Sadiq Nizami  oğlunu doğum günü münasibətilə Daxili Qoşunların  ehtiyatda və istefada olan zabitləri, əzizləri, doğmaları, yaxınları və iş  yoldaşları  səmimi qəlbdən təbrik edir, səbəbkara həyatda insan üçün ən şirin nemət olan möhkəm cansağlığı və həyat yollarında bitib- tükənməyən naliyyətlər arzu edib deyirlər, Sadiq  qoy yaşınızın üstə gələn bu yaş da  sizə  sevincdolu illər bəxş etsin, hər yeni günün isə sizi istəklərniznə qovuşduraraq daha da xoşbəxt etsin.
 Sadiq Nizami   oğlu  Nəbiyev 1983-cü ilin iyun ayının 1 -də  Qəbələ  rayonun Kötüklü  kəndində  zəhmətkeş bir ailədə anadan olub.
Sadiq Nəbiyev   Qəblə rayonun Kötüklü kənd  orta məktəbi, Azərbaycan  Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasını.və Din-in  Daxili Qoşunların orta ixtisas  məktəbini bitrib. Sadiq Nəbiyev Din-in   Daxili Qoşunlarda  xidmət etdiyi illər ərzində Daxili Qoşunların hərbi hissələrində  və Baş İdarəsində keçirilən təlim -metodiki toplanışlarda,  taktiki-xüsusi təlimlərdə, müvafiq   ixtisas artırma kurslarda, seminar və konfranslarda fəal iştirak edib.
2000-2002 -cı illərdə Din-in  Daxili Qoşunların Binəqədi rayonunda yerləşən hərbi hissədə  müddətli həqiqi hərbi xidmətdə olub.
2002-2023-cü illərdə Daxili Qoşunların  Şümqayıt və Şirvan şəhərlərində, Sabunçu  Quba,  Nərmanov və  Hacıqabul    rayonlarında  yeləşən hərbi hissələrdə  müxtəlif  vəzifələrdə  Millətə, Dövlətə, Vətənə və Xalqa  sədaqətlə xidmət edib. Daxili Qoşunların  Haclqabul rayonunda yerləşən  hərbi hissədən Kimya Xidməti rəisi vəzifəsindən ehtiyata buraxlıb.

Çalışdığı bütün vəzifərdə özünü bacarıqlı  hərbi qulluqcu kimi göstərən- ehtiyatda olan  kapitan Nəbiyev Sadiq Nazimi oğlu DİN-in Daxil Qoşunlarda xidmət etdiyi illər ərzində öz tabeliyində olanlara və bir çox hərbi qulluqçulara  Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl edilməsi, Hərbi Andın, hərbi və daxili qoşunların döyüş xidməti nizamnamələrinin tələblərinin , əmr və sərancamların dəqiq və sözsüz yerinə yetirilməsi işində daimi nümunə olmuşdur.
  Qanunvericiliklə müəyyən olunmuş qaydada  Daxil işlər Nazirliyi Daxili Qoşunlarına  həvalə edilmiş vəzifələrin yerinə yetirilməsində, dövlət həmiyyətli obyektlərin, inzibati binaların, hərbi təchizat anbarların mühafizə olunmasında, yaşayış məntəqələrində kütləvi  iğtişaşların qarşlsının alınmasında, şəhərdə, yaşayış məntəqələrində və kütləvi tədbirlərin kecirilmə yerlərində ictmai asayişin qorunmasında və ictimai  asayişin təmin olunmasında, cinayətkarlığa qarşı mübarizədə, silahlı birləşmiş dəstələrin axtarışında və  zərərsizləşdirilməsində,qəzalar, bədbəxt hadisələr,yanğınlar, təbii fəlakətlər  və başqa  fövqalədə hallar  (hərbi vəziyyət və komendat saatı) zamanı hüquqi rejimin təmin edilməsində, Qarabağda  Anti terror xarakterli   əməliyyatların kecirilməsində, eləcə də   dövlətətin ərazi bütövlüyünün təmin edilməsində üzərinə düşən vəzifə və tapşırıqların öhtəsindən layiqincə gəlmişdir.
  Hərbi yoldaşları Sadiq Nəbiyevi  vətənpərvər, qorxmaz, səxavətli, insanpərvər, əliaçıq və zəhmətkeş  hərbi qulluqçu kimi dəyərləndirirlər.O,istər təhsil aldıgı,orta və təhsil mərkəzlərində, istərsə də  xidmət etdiyi və işlədiyi müddətdə, istərsə də dost- tanış, qohum -əqrəba  arasında   özünə layiq hörmət  qazanıb.
Xidməti vəzifələrin icrası zamanı yüksək mənəvi - döyüş keyfiyyətləri,  döyüş və ictimai - siyasi hazırlığında, hərbi intizamın möhkəmləndirilməsində yüksək göstəricilərə nail olduğuna və nümunəvi xidmətinə görə Daxili İşlər Nazirinin, Daxili Qoşunlar Komandanın və onun müavinlərinin müvafiq əmrləri ilə  xidmətdə fəriqləndiyinə görə əlacı və  yubiley  döş  nişanları ilə təltif olnub, bir çox diplomlarla, fərmanlarla və qiymətli hədiyyələrlə mükafatlandırlıb və ona təşəkkür elan edilib.
  Öz xidməti vəzifələrini və hərbi hissə qarşısında qoyulmuş tapşırıqları  yerinə yetirərkən fəqiqləndiyinə və digər xidmətlərinə  görə Azərbaycan Respublikasının Daxili İşlər Nazirinin müvafiq əmirlərinə əsasən aşağıdakı medallarla təltif olunub:

1.”Azərbaycan Respubilkasının Sillahlı Qüvvələrinin 10 illiyi (1992-2001)”  yubiley medalı ilə,
2. "Azərbaycan Respublikasının  Silahlı Qüvvələrinin   90 illiyi ( 1991 - 2008)” yubiley  medalı ilə;

3."Azərbaycan Respubilkasının Silahlı Qüvvələrinin 95 illiyi  ( 1918 - 2015 )”  yubiley   medalı ilə;

4."Qüsursuz xidmətə görə" 3-cü dərəcəli medal  - Silahlı Qüvvələrdə  10 təqvim ili xidmətə görə;
5."Qüsursuz xidmətə görə 2 -ci  dərəcəli medal - Silahlı Qüvvələrdə 15 təqvim ili xidmətə görə;
 6."Qüsursuz  xidmətə görə" 1-ci dərəcəli medal  - Silahlı Qüvvələrdə 20 təqvim ili  xidmətə görə.

      ALLAH HƏR ZAMAN QƏLBİNİ SIXINTIDAN, BƏDBİNLİKDƏN QORUSUN!
     DOĞUM GÜNÜN MÜBARƏK OLSUN  SADİQ !
     
BÜTÜN ARZULARIN ÇİN OLSUN!
     
HƏMIŞƏ ÜZÜN GÜLSÜN, ÜRƏYIN SEVINSIN!
Azərbaycan Respubilkasının  Silahlı Qüvvələr və Müharibə Veteranı polkovnik Salman Musayev



Hiç yorum yok:

Yorum Gönder

Pages