Azərbaycan Respubilkası Daxili İşlər Nazirliyinin Daxili Qoşunların Naxçvan və Gəncə şəhərində yerləşən hərbi hissələrin həyatında öz dəst - xətti olan, peşəkarlığı, işgüzarlığı,iradı,mənəvi keyfiyyəti, vətənpərvərliyi, dəqiliyi, təmkinliyi və səmimiyyəti ilə seçilən, ehtiyada olan kapitan Zeynalov Mikayıl Məmməd oğlunun may ayının 20- də dünyaya göz acdığı gündür.
Daimi həyatın bütün imtahanlarından alnıaçıq və üzüağ çıxan ehtiyatda olan kapitan Zeynalov Mikayıl Məmməd oğlunu doğum günü münasibətilə Daxili Qoşunların ehtiyatda və istefada olan zabitləri,əzizləri, doğmaları, yaxınları və iş yoldaşları səmimi qəlbdən təbrik edir, səbəbkara həyatda insan üçün ən şirin nemət olan möhkəm cansağlığı və həyat yollarında bitib- tükənməyən naliyyətlər arzu edib deyirlər, Mikayıl qoy yaşınızın üstə gələn bu yaş da sizə sevincdolu illər bəxş etsin, hər yeni günün isə sizi istəklərniznə qovuşduraraq daha da xoşbəxt etsin.
Mikayıl Məmməd oğlu Zeynalov 1975 -ci ilin may ayının 20 -də Şahbuz rayonun Keçili kəndində zəhmətkeş ailədə anadan olub .
Mikayıl 1992-ci ildə Şahbuz rayonun Keçili kənd orta məktəbi, 1994 -cü ildə Naxcıvan şəhər Tibb məktəbini, 1999 -cu ildə Daxili Qoşunların zabit heyəti hazırlayan hərbi məktəbi, 2004 -cü ildə Naxcıvan Dövlət Universtetini bitrib. Mikayıl Zeynalov Daxili Qoşunlarda xidmət etdiyi illər ərzində Daxili Qoşunların hərbi hissələrində və Baş İdarəsində keçirilən təlim -metodiki toplanışlarda, taktiki-xüsusi təlimlərdə, müvafiq ixtisas artırma kurslarda, seminar və konfranslarda fəal iştirak edib.
1994 -1995 -cı illərdə Azərbaycan Ordusunun Naxcıvan Muxtar Respubilkasında yerləşən hərbi hissələrin birində müddətli həqiqi hərbi xidmətdə olub.
1996 -2014 -cü illərdə Daxili Qoşunların Naxcvan və Gəncə şəhərində yeləşən hərbi hissələrdə müxtəlif vəzifələrdə Millətə, Dövlətə, Vətənə və Xalqa sədaqətlə xidmət edib. Daxili Qoşunlarıdan Xüsusi vastələrin tətbiqi bölük komandiri vəzifəsindən ehtiyata buraxlıb.
Çalışdığı bütün vəzifərdə özünü bacarıqlı hərbi qulluqcu kimi göstərən- ehtiyatda olan kapitan Zeynalov Mikayıl Məmməd oğlu DİN-in Daxil Qoşunlarda xidmət etdiyi illər ərzində öz tabeliyində olanlara və bir çox hərbi qulluqçulara Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl edilməsi, Hərbi Andın, hərbi və daxili qoşunların döyüş xidməti nizamnamələrinin tələblərinin , əmr və sərancamların dəqiq və sözsüz yerinə yetirilməsi işində daimi nümunə olmuşdur.
Qanunvericiliklə müəyyən olunmuş qaydada Daxil işlər Nazirliyinin Daxili Qoşunlarına həvalə edilmiş vəzifələrin yerinə yetirilməsində,yaşayış məntəqələrində kütləvi iğtişaşların qarşlsının alınmasında, şəhərdə, yaşayış məntəqələrində və kütləvi tədbirlərin kecirilmə yerlərində ictmai asayişin qorunmasında və ictimai asayişin təmin olunmasında, cinayətkarlığa qarşı mübarizədə, silahlı birləşmiş dəstələrin axtarışında və zərərsizləşdirilməsində,qəzalar, bədbəxt hadisələr,yanğınlar, təbii fəlakətlər və başqa fövqalədə hallar eləcə də hərbi vəziyyət (komendat saatı) zamanı hüquqi rejimin təmin edilməsində, dövlətətin ərazi bütövlüyünün təmin edilməsində üzərinə düşən vəzifə və tapşırıqların öhtəsindən layiqincə gəlmişdir.
Hərbi yoldaşları Mikayıl Zeynalovu vətənpərvər, qorxmaz, səxavətli, insanpərvər, əliaçıq və zəhmətkeş hərbi qulluqçu kimi dəyərləndirirlər.O,istər təhsil aldıgı,orta və təhsil mərkəzlərində, istərsə də xidmət etdiyi və işlədiyi müddətdə, istərsə də dost- tanış, qohum -əqrəba arasında özünə layiq hörmət qazanıb.
Xidməti vəzifələrin icrası zamanı yüksək mənəvi - döyüş keyfiyyətləri, döyüş və ictimai - siyasi hazırlığında, hərbi intizamın möhkəmləndirilməsində yüksək göstəricilərə nail olduğuna və nümunəvi xidmətinə görə Daxili İşlər Nazirinin, Daxili Qoşunlar Komandanın və onun müavinlərinin, hərbi hissə komandirinin müvafiq əmrləri ilə xidmətdə fəriqləndiyinə görə bir sıra medallarla, əlacı və yubiley döş nişanları ilə təltif olnub, bir çox diplomlarla, fərmanlarla və qiymətli hədiyyələrlə mükafatlandırlıb və ona təşəkkür elan edilib.
ALLAH HƏR ZAMAN QƏLBİNİ SIXINTIDAN, BƏDBİNLİKDƏN QORUSUN!
DOĞUM GÜNÜN MÜBARƏK OLSUN MİKAYIL!
BÜTÜN ARZULARIN ÇİN OLSUN!
HƏMIŞƏ ÜZÜN GÜLSÜN, ÜRƏYIN SEVINSIN!
Azərbaycan Respubilkasının Silahlı Qüvvələr və Müharibə Veteranı polkovnik Salman Musayev
Hiç yorum yok:
Yorum Gönder