Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB) Hacqabul rayon şöbəsinin sədri istefada olan gizir İsmayılov İbrahim Əli oğlunun may ayının 6-da 58 yaşı tamam olub.
Belə bir əlamətdar gün münasibətilə daima həyatın bütün imtahanlarından alnıaçıq və üzüağ çıxan, İsmayılov İbrahim Əli oğlunu Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyin rəhbərliyi, Fədai.az kollektivi, doğmaları, əzizləri,yaxınları, iş və döyüşcü yoldaşları səmimi qəlbdən təbrik edir, səbəbkara həyatda insan üçün ən şirin nemət olan möhkəm cansağlığı, ailə səadəti və həyat yollarında bitib- tükənməyən nailiyyətlər arzu edib deyirlər, İbrahim qoy yaşınızın üstə gələn bu yaş da sizə sevinc dolu günlər bəxş etsin, hər yeni ilin isə ötən illərdən daha gözəl istəklərinə uyğun səni xoşbəxt edəcək şəkildə keçsin.
İsmayılov İbrahim Əli oğlu 1966 -cü ilin may ayının 6- da Hacqabul rayonunda zəhmətkeş ailədə anadan olub.1984- ci ildə Hacqabul şəhər 7 nömrəli orta məktəbi və Əlibayramlı (indiki Şirvan) sürücülər hazırlayan məktəbi bitirib.
1985- 1987-ci illərdə Sovet Ordusunun Almaniya Demokratik Respubilkasında yerləşən hərbi hissələrinin birində müddətli həqiqi hərbi xidmətdə olub.1991 ci ilin dekabr ayına kimi Hacqabul rayon və Əlibayramlı şəhər avtobazaların birində işləyib.
1992- 1995- ci illərdə Daxili işlər nazirliyi Daxili Qoşunların Hacıqabul rayonunda yerləşən hərbi hissədə (gizir vəzifəsində) müxtəlif vəzifələrdə Millətə, Vətənə, Dövlətə və Xalqa sədaqətlə xidmət edib.
1996-cı ildən “SOKAR-IN” Qarasu Əməliyyat Şirkətində calışır. 2004 - cü ilin yanvar ayından Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyin (AVMVİB-in) Hacıqabul rayon şöbəsinin sədridir.
Azərbaycan Respublikasının ərazi bütövlüyü (Ağdərə, Ağdam və Füzuli rayonları istiqamətində) gedən döyüşlərdə gizir İbrahim İlyasov fəal iştirak edib.Müharibə veteranıdır.
Hərbi və İctimai vəzifələrinin yerinə yetirilməsinə məsuliyyətlə yanaşdığına görə Daxili işlər nazirinin, Daxili Qoşunlar Komandanın və onun müavinlərinin, hərbi hissə komandirinin, Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyin sədrinin, bir sıra Respublika İctimai təşkilat sədirlərinin müvafiq əmrləri ilə xatirə medalları və döş nişanları ilə təltif edilib, bir cox fəxri fərmanlarla, qiymətli hədiyyələrlə mükafatlandırılıb və ona təşəkkür elan edilib.
DOĞUM GÜNÜZ MÜBARƏK OLSUN. İBRAHİM!
HƏMİŞƏ ÜZÜN GÜLSÜN, ÜRƏYİN SEVİNSİN!
ALLAH HƏR ZAMAN QƏLBİNİ SIXINTIDAN, BƏDBİNLİKDƏN QORUSUN!
BÜTÜN ARZULARIN ÇİN OLSUN!
YAŞA,YAXŞI YAŞA - 58 NƏDİR Kİ, HƏLƏ ÇOX YAŞA, 100 YAŞA.
Hiç yorum yok:
Yorum Gönder