Təbrik: Hərbi jurnalist baş leytenat Roza Əliqızı



 
 Tarixin müxtəlif dönəmində, eləcədə 20-ci əsrin sonunda Müstəqil dövlətmizi qurub yaratmaq, əsasən vətənpərvər  ziyalılarmızın ən böyük arzusu istəyi olmuşdur. Bütün bunlarla yanaşı,  bu zaman  kəsimində sosial həyatında baş verən ictimai-siyasi dəyişiklər fonunda  cəmiyyətətmizin bəzi üzvlərinin mənəviyyatında gedən deformasiyalar özünü açıq bürüzə vermişdir. Ömürün qızıl kimi anlarını çayxana və ya küçələrdə boş-boşuna, səmərəsiz keçirmək mənəvi təzahürlərə alüdəçilik  kimi çatışmazlıqlar dediklərmizə əyani su sübutdur: Lakin bütun bunlardan fəriqli olaraq,
əsil vətənpərvərliyi  və faydalı  əməlləri ilə öz insanlıq  və dövlətdə tutduğu vəzifə borclarının   öhtəsindən vicdanla gələn  vətəndaşlarımız  çoxluq təşkil  etmiş və bu gunun özündə də mövcuddur . Onlar xalqımızın və millətimizin  hər işinə yarayaraq kecid dövrünün bütün çətinliklərinə, mərdliklə, fədakarlıqla sinə gəlib öz məhsuldar  bilik və baçarığnı  dövlətmizin  və cəmiyyətimizin xeyirinə  əsirgəməyiblər.
  
Bu cür ictimai fəal,vəzifə sahiblərindən  biridə  1 -ci və 2-ci   müharibə iştirakcısı 
Azərbaycan vətən müharibə iştirakcısı, Aztv-də ,Ordu qazetində  müxbür, Daxili işlər nazirliyi  (Din-in) Daxili Qoşunların Baş İdarəsinin Ictimaiyyətimlə ələqədar şöbəsində şöbə rəisinin köməkcisi,daha sonra isə əsgər qəzetinin redaktor müavini, Hünər qəzetində baş redaktor vəzifələrində  Millətə, Dövlətə Vətənə və  Xalqa sədaqətlə  xidmət etmiş,”Əsgər Ailəsi Cəmiyyəti”Vətənpərvərliyi Təbliği İctimai Birliyin sədri- istefada olan baş leytenat Roza Əliqızıdır. May ayının 19 da    Roza xanımın 61 yaşı tamam olur. 

Roza Əliqızı  1963- cü  ilin may ayının 19-da Qubatlı   rayonunun Xanlıq kəndində zəhmətkeş ailədə dünyaya göz açıb. 1980 -ci ildə burda tam orta məktəbi, 1986-cı  ildə  isə Bakı Dövlət Ünverstetinin  jurnalistika fakültəsini bitirib.

Ürəyi daimi  Vətən eşqi ilə döyünən bu fədakar xanım, ictimai fəal kimi   "Əsgər" qəzetinin” Əsgər Ailəsi Cəmiyyəti Vətənpərvərliyin Təbliği İctimai Birliyin ilk  yaradıclarından biridir. O,Qarabağ gercəklikləri və döyüşlərdən ibarət 9 dan cox kitabın bir cox şerlərin, publisistik  məqalələrin müəllifidir.
      Həyatda insan taleyi ilə bağlı olan bütün işlərin məsuliyyətini dərindən dərk edən Roza xanım harada  hansı vəzifədə calışmasından asılı  olmayaraq milli dəyərlərmizin  və mədəni irsimizin qorunub saxlanılmasını eyni zamanda  bu kimi keyfiyyətlərin gənc nəsilə aşılamasını özünə Vətən öhdəliyi hesab edir.      Dölətciliymizin möhkəmləndirilməsi naminə var qüvvəsi ilə usanmadan calışır. 

Roza Əliqızı 44 günlük Vətən Müharibəsi günlərində,  ondan əvvəlki və sonrakı günlərdə də daimi ordumuzun, qəhrəman müharibə iştirakçılarımızın döyüş bölgələrində hərbiçilərmizin yanında olmuşdur.Qələmi ilə, öz mənəvi dünyası ilə onların cəmiyyətdə adaptasiya olunmasına çalışmaqdadır, şəhidlərimiz və qazilrimizlə bağlı bir çox məqalələri bır çox mətbu orqanlarda işıqlandır.

1992-ci ildə  ilk yaradılan   “Əsgər  Ailəsi  Cəmiyyətinin” sədri, peşəkar hərbi jurnalist Roza Əliqızı  Azərbaycan  Respubilkası Prezdenti  yanında Qeyri  hökmət  təşkilatlarına (QHT) dəstəyi şurasının xətti ilə Türkiyədə  əsir, itgin girov düşmüş soydaşlarmızın acınacaqlı taleyləri ilə, eləcə də Qarabağ,  Xocalı və 31 mart   soyqrum həqiqətləri bağlı   Türkiyənin bir sıra   Nazirliklərində Təhsil Müəssisələrində, Mətbuat orqanlarında  tədbirlərin, görüşlərin  keçirilməsi, mətbuat orqanlarında işıqlandırılması   ücün yazlı müraciətinə razlıq aldıqdan sonra, Türkiyənin bir sıra şəhərlərində  yüksək səviyyədə tədbirlərin, görüşlərin və konfransların   keçirilməsində Roza xanımın böyük  əməyi olmişdur.

İstefada olan baş leytenat Roza Əli qızı öz xidməti və ictimai vəzifə borcunu ləyaqətlə və vicdanla yerinə yetirərkən fərqləndiyinə, Azərbaycan  Respubilkasının ərazi bütövlüyünün təmin edilməsində xüsusi  digər sahələrdə isə görkəmli xidmətlərinə görə bir sıra medallarla, əlacı və yubiley döş  nişanları ilə təltif edilib, bir cox  fərmanlarla, qiymətli hədiyyələrlə mükafatlandırlıb və ona təşəkkur elan edilib.
    
Roza xanım çalışdığı jurnalistika sahədə,  ictimai fəaliyyətində, yaradıcılığında, dövlətclik, vətənpərvərlik  ideyalarının təbliğinə həmişə  xüsusi diqqət yeitrib, gənc nəslin mənəvi dəyərlərimizə  hörmət ruhunda tərbiyə  olunması yolunda öz əməyini əsirgəmir. Azəbaycançılıq  məfkurəsinə sadiq olan vətəndaş kimi  milli birliymizin  möhkəmlənmə sinə   öz töhfəsini verməyə daimi səy  göstərir. Beləcə, uzun illərin yorğunluğu Roza Əliqızı saçını, təmiz, pak əməlləri  isə üzünü ağ edibdir.
 
Dəyərli  həmkarmızı (peşəkar  hərbi  jurnalist Roza xanımı) doğum günü münasibətilə Daxili işlər nazirliyi Daxili Qoşunların ehtiyatda və istefada olan zabitləri, doğmaları,  iş və döyüşcü  yoldaşları səmimi qəlbdən təbrik edir,Vətənə şərəfli xidmət   və ömür yollarında  yenilməzlik,  həyatda insan üçün ən şirin nemət olan möhkəm cansağlığı və yeni yaradıcılıq naliyyətləri arzu edib deyirlər, Roza xanım qoy yaşınızın üstə gələn bu yaş da  sizə sevincdolu günlər bəxş etsin, hər yeni iliniz isə ötən illərdən daha gözəl istəklərinizə  uyğun sizi xoşbəxt edəcək şəkildə keçsin. 

DOĞUM GÜNÜN MÜBARƏK OLSUN ROZA XANIM!

BİR İL DAHA BİTDİ, AMMA HEÇ VAXT KƏDƏRLƏNMƏ  ZAMAN TEZ KEÇİR DEYƏ. UNUTMA Kİ HƏR  KƏS EYNİ ŞEYİ YAŞAYIR. BU İLİN SONUNDA GERİYƏ BAXDIĞINDA ÜMÜD EDİRƏM BİR "MÖCÜZƏ  İLDİ " DEYƏRSƏN.

BÜTÜN ARZULARLNIN REALLAŞMASI DİLƏYİMLƏ. XOŞBƏXT İLLƏRƏ.

Azərbaycan Respubilkasının Silahlı Qüvvələr və Müharibə Veteranı polkovnik  Salman  Musayev

Hiç yorum yok:

Yorum Gönder

Pages