Tarixdə ilk dəfə Türkiyə Superliqasına vəsiqə qazandılar



Yeni mövsümdə Türkiyə Superliqasında çıxış edəcək sonuncu klub müəyyənləşib. 

QOL.az xəbər verir ki, bu, “Bodrumspor”dur. Bodrum təmsilçisi Superliqaya vəsiqə uğrunda keçirilən pley-off mərhələsinin final matçında “Sakaryaspor”u üstələyib. 

“Sakaryaspor” - “Bodrumspor” - 1:3 (Əlavə vaxtda)
Qollar
: Gökdeniz Bayraktar, 19 (0:1), Zdravko Dimitrov, 72 (1:1), Ondrej Celustka, 94 (1:2), Tunahan Akpınar, 103 (1:3)
Qırmızı vərəqə: Rajko Rotman, 44 (“Sakaryaspor”)

Qeyd edək ki, “Bodrumspor” tarixində ilk dəfə Türkiyə Superliqasında mübarizə aparacaq. Komanda 1931-ci ildə yaradılmasına baxmayaraq, uzun müddət həvəskarlar arasında yarışıb. Yalnız 2015-ci ildən etibarən mütəmadi olaraq üçüncü liqada mübarizə aparmağa başlayıb. 2017-ci ildə ilk dəfə ikinci liqaya yüksələn “Bodrumspor” 2022-ci ildə birinci liqada debüt edib. Ötən il pley-offun finalında uduzan kollektiv nəhayət 2024-cü ildə tarixində ilk dəfə Superliqaya yüksəlməyi bacarıb. 

Hiç yorum yok:

Yorum Gönder

Pages