1176-cı il 29 mayda Milanın yaxınlığındakı Lenyano şəhəri ətrafında gedən döyüşdə italiyalılar Roma imperatoru I Fridrix Barbarossanın qoşunlarını darmadağın etdilər.
İtaliya tarixinin bu əlamətdar hadisəsi şərəfinə bəstəkar Cüzeppe Verdi “Lenyano ətrafında döyüş” operasını yazıb.
**
1453-cü il mayın 29-da Osmanlı Sultanı Mehmet Şərqi Roma, o cümlədən Bizans imperiyalarının min illik tarixi paytaxtı olmuş Konstantinopolu fəth etdi. Bu zəfərdən sonra o, Fateh Sultan Mehmet adını qazandı, Konstantinopol isə İstanbul adlandırıldı.
İstanbulun fəthi ilə Orta əsrlər sona çatdı.
*
1948-ci il mayın 29-da BMT Təhlükəsizlik Şurasının qərarı ilə ilk sülhməramlı xidmət təşkil olundu.
2002-ci ildən başlayaraq 29 may Beynəlxalq Sülhməramlılar Günü kimi qeyd edilir.
***
29 may 1953-cü ildə Yeni Zelandiya alpinisti Edmund Hillari və Nepaldan olan Tenzinq Norqay Everest zirvəsinə (8850) qalxan ilk insanlar oldular.
***
1985-ci ilin 29 mayında Avropa Çempion Klublar Kuboku uğrunda “Liverpool” ilə “Juventus” arasında Belçikanın Heysel stadionunda oynanılan final matçında ingilis xuliqanları italıyalı azarkeşlərə hücum etdilər. Tribunanın çökməsi nəticəsində çoxu İtaliyadan olmaqla 41 nəfər həyatını itirdi. Buna baxmayaraq, matç axıradək oynanıldı və kuboku “Juventus” qazandı.
İngiltərənin o zamankı baş naziri Marqaret Tetçerin (Margaret Thatcher) tələbi ilə UEFA “Liverpool”u 5 il müddətinə Avropa kuboklarından uzaqlaşdırdı.
***
29 may 1993-cü ildə neonasistlər Almaniyanın Solingen şəhərində yaşayan bir Türkiyə ailəsinin evini yandırdı. "Solingen faciəsi” olaraq xatırlanan bu yanğında beş türk həyatını itirdi.
***
29 mayda həm də bu tarixi şəxsiyyətlər xatırlanır.
Bu gün Azərbaycanın tanınmış incəsənət xadimi, böyük teatr rəssamı Nüsrət Fətullayevin anadan olmasının ildönümüdür. O, uzun illər Azərbaycan Dövlət Dram Teatrında baş rəssam olaraq çalışıb, onlarla tamaşaya tərtibat verib. (1913-1988)
***
Azərbaycanın igid oğlu İsrafil Məmmədov 1919-cu il 29 mayda Gəncədə dünyaya gəlib.
İkinci Dünya Müharibəsi zamanı faşist işğalçılarına qarşı döyüşlərdə dəfələrlə mərdlik və qəhrəmanlıq göstərən İ.Məmmədov 1941-ci il dekabrın 3-də Novqorod yaxınlığındakı Pustınka kəndində baş vermiş amansız savaşda şəxsən özü 70 faşist əsgəri və 3 zabitini məhv edib. Bu hünərə görə İsrafil Məmmədova Sovet İttifaqı Qəhrəmanı adı verilib. (1919-1946)
***
Azərbaycan neft yataqlarının ilk kəşfiyyatçılarından olan tanınmış neft ustası Yusif Kərimov 1925-ci ilin bu günü anadan olub. 1963-cü ildə onun başçılığı ilə Səngəçal-Duvannı dəniz neft yataqları, 1970-ci ildə isə Muradxanlı yatağı kəşf edilib. (1925-1995)
***
29 may Azərbaycanın tanınmış rəssam və aktyoru Elçin Məmmədovun doğum günüdür.
E.Məmmədov Bakı, Naxçıvan, Gəncə, Lənkəran, Sumqayıt, Mingəçevir teatrlarında bir çox tamaşanın rəssamı olub.
Bakı və Moskva dövlət muzeylərində dəfələrlə sərgiləri keçirilən rəssam 100-dən çox əsərə, o cümlədən, “Dədə Qorqud”, “Koroğlu”, “Azərbaycan nağılları”, “Xəyyam” kitablarına tərtibat verib.
Həm də istedadlı aktyor olan Elçin Məmmədov “Yeddi oğul istərəm”, “Dədə Qorqud”, “Dantenin yubileyi”, “Çətirimiz buludlardır” filmlərində yaddaqalan obrazlar yaradıb. (1946-2001)
Hiç yorum yok:
Yorum Gönder