1703-cü ilin 27 mayında Çar I Pyotr tərəfindən Sankt-Peterburq şəhərinin əsası qoyulub. Sankt-Peterburq 1712-1918-ci illərdə Rusiya dövlətinin paytaxtı olub. Rusiya Federasiyasının federal əhəmiyyətli şəhəri, Rusiyanın Şimal-Qərb federal dairəsinin inzibati mərkəzidir. Əhalisi bir milyondan çox olan və şimalda yerləşən yeganə şəhərdir. Avropa şəhərləri arasında əhalisinə görə üçüncü yerdədir. 1990-cı ildə Sankt-Peterburq UNESCO-nun Mədəni İrs Siyahısına daxil edilib.
***
27 may 1905-ci il tarixində Tsuşima (Tsushima) müharibəsi başladı. Ertəsi gün Yapon donanmasının Rusiya donanmasını hardasa məhv etməsilə başa çatdı. Bu müharibə dünya tarixinin ilk müasir dəniz hərbi oldu.
***
27 may 1907-ci ildə San Fransisko, Kaliforniyada vəba epedemiyası yayıldı.
***
27 may 1953-cü ildə Parisdə Belçika, Fransa, İtaliya, Lüksemburq, Hollandiya və Qərbi Almaniya arasında Avropa Müdafiə Birliyi müqaviləsi imzalandı.
***
1956-cı ilin 27 mayında Azərbaycanın görkəmli şairi Səməd Vurğun vəfat edib (1906- 1956). S.Vurğun Azərbaycanın ilk Xalq Şairi, Azərbaycan SSR-in Əməkdar İncəsənət Xadimi fəxri adlarına layiq görülüb, iki dəfə Stalin mükafatı laureatı və iki dəfə “Lenin” ordeni kavaleri olub. Şair “Zəncinin arzuları”, “Aygün”, “Muğan”, “Zamanın bayraqdarı”, “Bakının dastanı” kimi poemaların, “Fərhad və Şirin” mənzum dramının, “Vaqif” dramının və digər məşhur əsərlərin müəllifidir. S.Vurğun Azərbaycan Yazıçılar İttifaqının sədri, Azərbaycan SSR Elmlər Akademiyasının həqiqi üzvü və vitse-prezidenti, Azərbaycanın Xarici Ölkələrlə Mədəni Əlaqə Cəmiyyətinin sədri olub.
***
27 may 1960-ci il tarixində 27 may çevrilişi həyata keçirildi.
***
1992-ci il mayın 27-də Azərbaycan parlamenti “Azərbaycan Respublikasının Dövlət himni haqqında” Qanun qəbul edib. Qanuna əsasən, 1919-cu ildə bəstəkar Üzeyir Hacıbəyli və şair Əhməd Cavad tərəfindən tərtib edilmiş “Azərbaycan marşı” Azərbaycanın Dövlət himni kimi təsdiqlənib.
***
27 may 1999-cü ildə BMT Müharibə Cinayətləri Məhkəməsi Yugoslaviya dövləti başçısı Slobodan Miloseviçi Kosovadakı vəhşətin məsulu olmaqda və etnik albanlara qarşı soyqırım həyata keçirməkdə ittiham etdi.
***
27 may 2001-ci ildə 53 ölkə Afrika Birliyini qurdu.
Hiç yorum yok:
Yorum Gönder