Su kanalında batan Azərbaycan hərbçisinin nəşi təhvil verilib



Samur-Dəvəçi-Abşeron su kanalında boğulan hərbçimizin nəşi təhvil verilib.

"Report"un məlumatına görə, Xaçmaz rayonu, Köhnə Xudat kənd sakini, Azərbaycan Ordusunun müddətdən artıq həqiqi hərbi xidmət keçmiş hərbi qulluqçusu Elvin Daşdəmir oğlu Eyvazovun nəşi sudan çıxarılaraq müayinə olunması üçün Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Xaçmaz rayon şöbəsinə təhvil verilib.

Qeyd edək ki, hadisə ilə bağlı araşdırma aparılır.

22:36

Bu gün faciəli şəkildə həlak olan hərbçi Elvin Daşdəmir oğlu Eyvazov Xaçmaz rayonunun, Köhnə Xudat kəndinin sakinidir.

Modern.az xəbər verir ki, o, 2002-ci ildə sözügedən kənddə anadan olub.

İkinci Qarabağ müharibəsində də iştirak edib.

O, Suqovuşan istiqamətində döyüşlərə qoşulub.

Hadisə ilə bağlı araşdırma aparılır.

Hiç yorum yok:

Yorum Gönder

Pages