ŞƏHİD QANI AXMAYAN TORPAQDAN VƏTƏN OLMAZ




01.06.2024 çü il
 Azərbaycan Vətən evladının   Xocalı şəhərinin  Qəhraman Evladı Azərbaycanın Milli Qəhrəmanı. Şəhid Araz Bahadır oğlu Səlimovun  Doğum Günüdür,
“CƏNNƏT MÖVLUDLARI MÜBARƏK ”

Araz Bahadır oğlu Səlimov  (1 iyun 1960, Xocalı, DQMV – 26 fevral 1992, Əsgəran, Xocalı rayonu) — Azərbaycanın Milli Qəhrəmanı, Xocalı soyqırımı şəhidi.
1 iyun 1960-cı ildə Xocalı şəhərində doğulmuşdur. 1975-ci ildə burada orta məktəbin səkkizinci sinfini bitirmişdir. 1978-ci ildə hərbi xidmətə çağırılmışdır. 1980-ci ildə ordudan tərxis edilir və doğma yurdu Xocalıya qayıdır. Burada tərəvəzçilik sovxozunda işləməyə başlayır.
Döyüşlərdə iştirakı - 1988-ci illərdən başlayaraq ermənilərin millətçilik və işğalçılıq siyasəti geniş vüsət almağa başlayanda Araz könüllü olaraq Xocalı özünümüdafiə batalyonlarından birinə yazıldı. Cəsur döyüşçü dəfələrlə qaynar döyüşlərə girmişdi. Araz 1992-ci il 26 fevral Xocalı faciəsi zamanı son gülləsi qalana qədər vuruşdu. Vətənin cəsur oğlu onlarla dinc sakini xilas etdi. Erməni vəhşiləri onun izinə düşdülər Əsgəran rayonunda qardaşı Fəxrəddinlə Arazı vəhşicəsinə min bir əzabla qətlə yetirdilər. Xocalı faciəsi zamanı Araz Səlimovun ailəsindən üç nəfər həlak oldu: Özü, qardaşı və atası.

Ailəsi - Ailəli idi, üç övladı qalıb.

Milli Qəhrəman
Azərbaycan Respublikası Prezidentinin 25 fevral 1997-ci il tarixli 533 saylı fərmanı ilə Səlimov Araz Bahadır oğluna ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adı verilmişdir.

Ağdam rayonunun Şəhidlər xiyabanında dəfn edilib.

Allah bütün Şəhidlərin Ruhunu Şad eləsin Amin !!!
Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) sədri Füzuli Rzaquliyev 90 min müharibə veteranı və  “Qocalar Döyüşə Gedir” qrupu adından şəhid ailələri «Başın sağolsun, Vətən» deyib Şəhid ailəsinə və yaxınlarına səbr diləyirik.
Hörmətlə: Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Neftçala rayon şöbə sədri Mübariz Eldar oğlu Hüseynov

Hiç yorum yok:

Yorum Gönder

Pages