ŞƏHİD QANI AXMAYAN TORPAQDAN VƏTƏN OLMAZ




10.05.2024 çü il  
Bu gün   Azərbaycan Vətən övladının Lerik şəhərinin  İgidi ŞƏHİD Azərbaycanın Milli Qəhrəmanı Amid Rəbbil oğlu Heydərovun  Doğum Günüdür,
19.05.2024 çü il  

“CƏNNƏT MÖVLUDLARI MÜBARƏK ”

Amid Rəbbil oğlu Heydərov  20 may 1988, Lerik – 3 oktyabr 2020, Cəbrayıl rayonu 
 Azərbaycan Silahlı Qüvvələrinin mayoru, İkinci Qarabağ müharibəsi şəhidi, Vətən Müharibəsi Qəhrəmanı.
Amid Heydərov 1988-ci il mayın 20-də Lerik şəhərində anadan olub.
-  Ailəli idi.  övladı yadigar qaldı.
- Hərbi xidməti - Azərbaycan Ordusunun mayoru olan Amid Heydərov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Cəbrayılın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Amid Heydərov oktyabrın 3-də Cəbrayılın azad edilməsi zamanı şəhid olub. Lerik şəhərində dəfn olunub.
Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və işğal olunmuş ərazilərin azad olunması zamanı düşmənin məhv edilməsi üzrə qarşıya qoyulmuş döyüş tapşırığını yerinə yetirən zaman göstərdiyi qəhrəmanlıq nümunəsinə görə, həmçinin hərbi qulluq vəzifəsini yerinə yetirən zamanı igidliyin və mərdliyin nümayiş etdirilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 09.12.2020-ci il tarixli Sərəncamına əsasən Amid Heydərova "Vətən Müharibəsi Qəhrəmanı" adı verildi.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Amid Heydərov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
Azərbaycanın Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.12.2020-ci il tarixli Sərəncamına əsasən Amid Heydərov ölümündən sonra "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edildi.
Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 05.11.2021-ci il tarixli Sərəncamına əsasən Amid Heydərov ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.
İrsi və xatirəsi - 2021-ci ildə Lerik şəhərində Vətən Müharibəsi Qəhrəmanı mayor Amid Heydərovun xatirəsinə yaradılmış parkın, şərəfinə ucaldılmış büstün və bulaq kompleksinin açılış mərasimi keçirilib.
2021-ci ildə Lerik şəhəri 2 saylı Körpələr Evi-uşaq bağçasına Vətən Müharibəsi Qəhrəmanı Amid Heydərovun adı verilmişdir.
Təltifləri
 (26 iyun 2008) — "Azərbaycan Silahlı Qüvvələrinin 90 illiyi" yubiley medalı
 (26 iyun 2013) — "Azərbaycan Silahlı Qüvvələrinin 95 illiyi" yubiley medalı
 (26 iyun 2018) — "Qüsursuz xidmətə görə" 3-cü dərəcəli medalı
 (26 iyun 2018) — "Azərbaycan Ordusunun 100 illiyi" yubiley medalı
 (9 dekabr 2020) — "Vətən Müharibəsi Qəhrəmanı" medalı (ölümündən sonra)
 (15 dekabr 2020) — "Vətən uğrunda" medalı (ölümündən sonra
 (24 dekabr 2020) — "Cəbrayılın azad olunmasına görə" medalı (ölümündən sonra
 (5 noyabr 2021) — "Füzulinin azad olunmasına görə" medalı (ölümündən sonra)

Allah bütün Şəhidlərin Ruhunu Şad eləsin Amin !!!
Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) sədri Füzuli Rzaquliyev 90 min müharibə veteranı və  “Qocalar Döyüşə Gedir” qrupu adından şəhid ailələri «Başın sağolsun, Vətən» deyib Şəhid ailələrinə səbr diləyirik.
Hörmətlə: Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Neftçala rayon şöbə sədri Mübariz Hüseynov

Hiç yorum yok:

Yorum Gönder

Pages