ŞƏHİD QANI AXMAYAN TORPAQDAN VƏTƏN OLMAZ



Bu gün   Azərbaycan Vətən övladının Neftçala rayonu Bankə qəsəbəsinin Qəhramanı ŞƏHİD Abdullayev Elvin Elçin oğlunun Doğum Günüdür,

“CƏNNƏT MÖVLUDLARI MÜBARƏK ”

ŞƏHİD Abdullayev Elvin Elçin oğlu 23 may 2003- cü il tarixində Neftçala rayonu, Bankə qəsəbəsində anadan olmuşdur. 2009-2018-ci illərdə Neftçala rayon Səməd Vurğun adına Bankə qəsəbə 2 saylı tam orta məktəbdə 9 illik ümumi orta təhsilini başa vurmuşdur. 2018-2021-ci illərdə Azərbaycan Dövlət Dəmir Yolu Liseyində “kontakt şəbəkəsinin elektrik montyoru” texniki peşə ixtisasına yiyələnmişdir. 2021-ci ilin iyul ayında həqiqi hərbi xidmətə yollanmışdır.
2022-ci il sentyabr ayının 12-si gecə və 13-ü səhər saatlarında Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər, Laçın və Zəngilan istiqamətlərində genişmiqyaslı təxribat törədilmişdir. Törədilən təxribat zamanı Azərbaycan Ordusunun hərbi qulluqçusu Abdullayev Elvin Elçin oğlu Kəlbəcər rayonu ərazisində qəhrəmancasına şəhidlik zirvəsinə ucalmışdır. Şəhid Abdullayev Elvin Elçin oğlu 27 sentyabr 2022-ci il tarixində Neftçala şəhər Şəhidlər Xiyabanında dəfn olunmuşdur.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 05.11.2022-ci il tarixli Sərəncamına əsasən Şəhid Abdullayev Elvin Elçin oğlu ölümündən sonra "Azərbaycan bayrağı" ordeni və “Vətən uğrunda” medalı ilə təltif edilib.
Allah bütün Şəhidlərin Ruhunu Şad eləsin Amin !!!
Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) sədri Füzuli Rzaquliyev 90 min müharibə veteranı və  “Qocalar Döyüşə Gedir” qrupu adından şəhid ailələri «Başın sağolsun, Vətən» deyib Şəhid ailələrinə səbr diləyirik.
Hörmətlə: Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Neftçala rayon şöbə sədri Mübariz Hüseynov

Hiç yorum yok:

Yorum Gönder

Pages