Saleh Sadıqov aktyor anım günüdür.




Saleh Sadıqov 6 may 1958-ci ildə Bakı şəhərində anadan olmuşdur. 1979-cu ildə M.A.Əliyev adına Azərbaycan Mədəniyyət və İncəsənət İnstitutunun Dram və kino aktyoru fakültəsini bitirmişdir. 1995-ci ildə Azərbaycan Dövlət Musiqili Komediya Teatrına solist-vokalist vəzifəsinə qəbul olunmuşdur.
Teatrda işlədiyi müddətdə bir neçə rol ifa etmişdir. S.Ələsgərov "Subaylarınızdan görəsiniz"də Əlipaşa, S.Ələsgərov "Özümüz bilərik"də İbişov, S.Rüstəmov "Beş manatlıq gəlin"də Kar Möhsüm, "50 yaşında cavan"da Funu, "Adamın adamı"nda ofisiant Soltan, "Eşitmədik bilmədik"də Saleh, "Qısqanc ürəklər"də barmen, "Bir saat xəlifəlik"də Tacir oğlu, C.Quliyev "Məhəbbət oyunu"nda Xəstə, S.Fərəcov "Səhnədə məhəbbət"də Cangüdən, R.Hacıyev "Talelər qovuşanda"da hakim, O.Kazımov "Qızıl toy"da Fransız turisti, O.Rəcəbov "Əlin cibində olsun"da 3-cü adam, R.Əkbər "Bəydullanın möhtəşəm toyu"nda Sərxoş, R.Mustafayev "Məsmə xala dayımdır"da Alim, O.Rəcəbov "Şeytanın yubileyi"ndə Əhmədiyyə kimi obrazları özünəməxsuz ustalıqla oynamışdır.
24 may 2010-cu ildə ürəktutmasından vəfat etmişdir.
Filmoqrafiya
Girişmə, öldürər! (film, 1990)
Hacı Qara (film, 2002)

Hiç yorum yok:

Yorum Gönder

Pages