Sabah Əfv Məsələləri Komissiyasının yekun iclası keçiriləcək, sənədlər təqdim olunacaq



Sabah Azərbaycan Prezidenti yanında Əfv Məsələləri Komissiyasının yekun iclası keçiriləcək.

"Report"un əldə etdiyi məlumata görə, iclasda bir sıra müraciətlərə və təşkilati məsələlərə baxılacaq.

Toplantının sonunda baxılan müraciətlər ümumiləşdirilərək müvafiq qaydada təqdim olunacaq.

Qeyd edək ki, bu il indiyədək komissiyanın beş iclası keçirilib və ümumilikdə 500-dən çox müraciətə baxılıb.

Hiç yorum yok:

Yorum Gönder

Pages