rejissor, ssenarist Racu Şıxlı ad günüdür.




  AİM-nin pedaqoq-rejissoru, yazıçı, ssenarist, prezident mükafatçısı Racu Şıxlının Mayın 30-u doğum günüdür. 
Racu Şıxlı ADMİU-nin Teatr Sənəti fakültəsi, Dram rejissoru və Səhnə plastikası kafedrasında Azərbaycan və Kalmıkya Respublikalarının Əməkdar İncəsənət Xadimi, Prezident təqaüdçüsü  Bəhram Osmanovun kursunu əlaçı olaraq bitirmişdir. Hazırda həmin universitetin diplomantı olaraq Ağdam Dövlət Dram teatrında buraxılış tamaşasını qurur. 
2000-ci ildən ədəbi-bədii yaradıcılığa başlayan Şıxlı dövrü mətbuatda bir çox hekayə, povest, esse və pyesləri çap olunmuşdur. Eyni zamanda bir neçə elmi və bədii məqalələrin müəllifidir.  Bir kitabı çapdan çıxmış, ikinci kitabı isə çapa hazırlanır. YAP-nın üzvüdür. 
2003-cü ildə K.Ağayevanın rəhbərliyi altında “Azərbaycan Uşaqlar Birliyinin” mətbuat xidmətinin katibi olmuşdur. Həmin ildə yaradılan “Fərdi Uşaq Kinostudiyasının” rejissoru vəzifəsinə təyin olunmuş və AzTv2 kanalında qısa müddətli yayımlanmış uşaq və yeniyetmələr üçün psixoloji “Piqmalion effekti” televiziya verilişinin müəllifi olmuşdur. Racu Şıxlının teatr fəaliyyəti (ssenarist və rejissor kimi) 2007-ci ildən başlamışdır. İ.M.Əbilov adına Mədəniyyət mərkəzində göstərdiyi fəaliyyət illərində Milli teatrımızda ilk dəfə olaraq “Mədəniyyət İnciləri” uşaq teatr məktəbini təsis etmişdir. Həmin məktəbin yetirmələri hazırda teatr və televiziya sahəsində gərəkli kadrlar olaraq fəaliyyətdədirlər. Azərbaycan radiosunda-Uşaq verilişləri redaksiyasında bir neçə uşaq verilişləri üçün ssenarilər yazmış, dubliyajda fəaliyyət göstərmişdir. Racu Şıxlı rejissorluq fəaliyyəti ilə yanaşı aktyorluq fəaliyyətində də özünəməxsus ifaları ilə yaddaqalan obrazlar yaratmışdır. Beləki; M.F.Axundzadənin “Hekayəti Mərdi-xəsis” komediyasında Hacı Qara, “Hekayəti xırs quldurbasan” komediyasında Divanbəyi, Ü.Hacıbəylinin “O olmasın, bu olsun” musiqili komediyasında Məşədi İbad, S.Vurğunun “Vaqif” dramında Qacar, Ə.Haqverdiyevin “Yeyərsən qaz ətini, görərsən ləzzətini” pyesində Hacı Mehdi, S.Sədaqətoğlunun “Azadlıq həzzi” mono pyesində Məhbus obrazlarını məharətlə yaradaraq tamaşaçı sevgisi qazanmışdır.
Racu Şıxlı 2009-cu ilin “Uşaq ili” elan olunmasında sənət fəaliyyətinin ən parlaq ilini yaşamışdır. Beləki; quruluş verdiyi bir neçə uşaq tamaşalarında maariflənmə, elmə məhəbbət və Vətənə sədaqət motivlərini qabartmış, məktəblilərin asudə vaxtlarının səmərəli təşkili üçün estetik zövqün formalaşmasında xüsusi xidmətlərinə görə Mədəniyyət və Turizm Nazirliyi tərəfindən Fəxri Fərmanla təltif olunmuşdur. 2010-cu ildə M.K.Atatürk adına Anadolu Türk liseyində “Çanakkale basılmaz” adlı tamaşanın müəllifi və quruluşçu rejissoru olmuş R.Şıxlı lisey rəhbərliyi tərəfindən diplom və Türk səfirliyinin bir neçə təşəkkürnamələri ilə təltif olunmuşdur. Həmin ildə Messanat A.M.Nağıyevin nəvəsi Dilarə Nağıyevanın 70 illik yubileyi münasibəti ilə Gənc Tamaşaçılar teatrında təşkil olunmuş tədbir-konsertin ssenari müəllifi və quruluşçu rejissoru olduğu üçün Milli Dəyərlərin qorunması İctimai birliyin prezidenti tərəfindən diplomla təltif olunmuşdur. 2022-ci ildə Kənd Təsərrüfatı Nazirliyinin sifarişi ilə, “Aqrar İnkişaf Könüllüləri” təşkilatının dəstəyi ilə Milli Teatr Gününə həsr olunmuş M.F.Axundzadənin “Hekayəti Müsyö Jordan və Dərviş Məstəli Şah” komdeiyasının quruluşçu rejissoru olmuş və Diplomla təltif olunmuşdur.
Quruluş verdiyi tamaşalar:
Aristofan “Atlılar”
V.Şekspir “Otello”
O.Balzak “Qorio Ata”
J.B.Molyer “Xəsis”
E.Zolya “Dəyirmanın mühasirəsi”
O.Henri “Son yarpaq”
A.Volkov “Zümrüd şəhərinin sehirbazı”
H.Andersen “Düyməcik”
E.Köseoğlu “Qəzəbli padişah”
T.Cücənoğlu “Dalan”
M.F.Axundzadə “H.Xırs quldurbasan” “Hacı Qara” “H.Müsyö Jordan və Dərviş Məstəli Şah”
Ü.Hacıbəyli “Ər və arvad” “Müsəlmanların halı” “O olmasın, bu olsun”
S.Vurğun “Vaqif”
A.Şaiq “Çoban” “Tülkü həccə gedir” “Danışan gəlincik”
C.Məmmədquluzadə “Lal” “Molla Nəsrəddin” “Anamın kitabı”
R.Əlizadə “Laləli düzən”
Z.Yaqub “Göyçə dərdi”
S.Sədaqətoğlu “Azadlıq həzzi”
P.Nurəliyeva “Dəcəl keçi”
A.Babayev “Yeni il möcüzəsi”
A.Çexov “Qu quşunun nəğməsi”
E.Nuri “Göyqurşağında Novruz macərası”
Film üçün yazdığı ssenari:
A.Ziyad “Ata qarğışı”

Hiç yorum yok:

Yorum Gönder

Pages