“İsraillə aramızda olan 9,5 milyard dollarlıq ticarət həcminə baxmayaraq, hazırda bu əlaqələri kəsmişik”.
Bu sözləri cümə namazından sonra ənənəvi olaraq Türkiyə mətbuatının suallarını cavablandıran Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
Türkiyə lideri bildirib ki, heç bir bəhanə Fələstin-İsrail münaqişəsinin davam etməsinə səbəb ola bilməz.
“Biz bir müsəlman olaraq baş verənlərə seyrçi qala bilməzdik. Hansı addımları ata biləriksə, onları həyata keçirmişik. Təəssüflər olsun ki, ölkəmizdə olan bir sıra siyasi partiyalar, xüsusən seçki vaxtı ikitərəfli münasibətlərimizi bizə qarşı istifadə etdilər”, - deyə Türkiyə prezidenti söyləyib.
R.T.Ərdoğan qeyd edib ki, Türkiyənin İsraillə münasibətlərində heç bir gizli məqamlar yoxdur.
Mənbə: Anadolu
Hiç yorum yok:
Yorum Gönder