Bir gün Sara xanım Azərbaycan Tarix Muzeyinə gəlir. Onu muzeyə buraxmırlar. Çox təkid etsə də rəhbərlik onun muzeyə girməsinə mane olur.
Səbəb isə Sara xanımın “ruhi xəstə” olduğu bildirilir.
Sara xanımın dediklərindən:
“Azərbaycan Tarix Muzeyi mənim atamın mülkü idi.
Mən 1899-cu ildə o əzəmətli evdə doğulmuşam.
Uşaqlığım, gəncliyim, ömrümün ən xoş anları, günləri orada keçib. Getmişdim ki, bir necə dəqiqə sadəcə o binanın daş pillələrində oturum, xəyalən də olsa o xoş günlərimi, ata-analı anlarımı “yaşayım”.
Buna da Püstə xanım icazə vermədi. (Akademik Püstə xanım Əzizbəyova qatı bolşevik Məşədi Əzizbəyovun nəvəsi idi və uzun illər həmin muzeyin direktoru olub).
Onun babası Məşədini mənim atam xaricdə oxudub sonra da Bakıda işlə təmin edib.
Nə deyim?
Çox fani dünyadır...!
Hiç yorum yok:
Yorum Gönder