Polkovnik Zakir Suleymanov əgər yaşasaydı 75 yaşı olacaqdı...




Ömrünü gününü Vətənin bütövlüyünə,xalqımızın xoş gələcəyinə həsr edən hər kəs Vətənin xoşbəxt vətəndaşıdır. Belə vətən təəssübü çəkən oğlanlardan biri də Daxili İşlər Nazirliyinin Daxili Qoşunların Baş İdarəsinin maddi- texniki təminat idarəsinin  Baytar xidmətində  şərəfli xidmət yolu keçmiş,işgüzarlığı,yüksək intellektual səviyyəsi,vətənpərvərliyi, idarəçlik qabiliyyəti,xeyirxahlığı, səmərəli fəaliyyəti,iradi və mənəvi keyfiyyətləri ilə həmişə seçilən, ziyalı inşan, çox yaxşı ailə başçısı olmuş, polkovnik
Suleymanov Zakir Nadir oğlu əgər yaşasaydı  may ayının 12-də 75 yaşı tam olurdu.Amma ömür imkan vermədi 2020 -ci ilin noyabr ayının 14-də Bakı şəhərində qəflətən vəfat etdi.
 
polkovnik Süleymanov Zakir Nadir oğlu 12 may 1949-cu ildə Gürcüstan Respublikasının Dimanis rayonunun Qızıl-Kilsə kəndində zəhmətkeş ailədə  anadan olmuşdur.
    
Zakir Suleymanov Dumanis rayonunun Qızıl- Kilsə  kənd orta məktəbini bitirdikdən sonra 1967-ci ildə Gəncə şəhərində Azərbaycan Kənd təsərrüfatı İnstituna daxil olmuş 1972 -ci ildə həmin institutu bitirmişdir.
     
Zakir Süleymanov 1972-1974-cü illərdə Sovet ordusunda müddətli həqqi hərbi xidmətdə olmuşdur. O,hərbi xidmətdə olduğu zaman Murmansk şəhərində hərbi məktəbi bitirdikdən sonra ona  ilkin "leytenant" hərbi rütbəsi verilmişdir.
    
Zakir Nadir oğlu Suleymanov 1974-1991- ci ilə kimi Gürcüstan Respublikasının Dumanis rayonunda,1992-1993-cu illərdə isə Azərbaycan Respubilkasının  Abşeron rayonunda müxtəlif rəhbər vəzifələrdə işləmişdir.

1993-2009 - cü ilərdə Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarında Baş İdarəsinin maddi texniki təminat idarəsində Baytar xidmət rəisi vəzifələrində  Millətə, Vətənə, Dövlətə və Xalqa sədaqətlə xidmət etmişdir.
    Polkovnik Zakir Süleymanov Daxili Qoşunların Baş İdarəsinin maddi texniki təminat idarəsindən yaşa görə Silahlı Qüvvələrdən ehtiyata buraxldıqdan sonra 2009-2015 -ci  illərdə həmin idarədə   müqavilə əsasında mülkü işçi kimi   işləmişdir.
    Polkovnik Zakir Nadir oğlu Süleymanov peşəkarlığı və humanistliyi, nəzəri və praktiki biliyi, sadəliyi və səmimiyyət ilə, dəqiqliyi və təmkinliyi ilə, təşkilatçılıq bacarığı ilə seçilən ömürünün ən məhsuldar dövrünün 17-ildən cox şərəfli xidməti yolunu hərbi xidmətdə keçirmişdir.
 
Azərbayc an Respublikası Konstitusiyasına və qanunlarına  əməl edilməsində, Hərbi Andın, hərbi və daxili qoşunların döyüş xix xidməti nizamnamələrin tələblərinin,əmr və sərancamların dəqiq və sözsüz  yerinə yetirilməsi işində öz tabeliyində olanlara,və bir cox hərbi qulluqçulara şəxsi nümünə olmuşdur.   
 
 Xidməti vəzifələrinin öhdəsindən layiqincə gəldiyinə görə polkovnik Süleymanov  Zakir  Nadir oğluna  Daxili İşlər Nazirinin müvaiq əmrləri (mükafat qaydasında)   vaxtından əvvəl “kapitan”, “mayor”, “polkovnik leytenant”  və bir pillə tutduğu vəzifədən yuxarı “polkovnik” hərbi rütbəsi verilmişdir.

 Hərbi xidməti vəzifələrinin icrası zamanı yüksək mənəvi- döyüş keyfiyyətləri göstərdiyinə, döyüş  və ictimai sıyasi hazırlığında, hərbi intizamın möhkəmləndirilməsində yüksək göstəricilərə nail olduğuna, nümunəvi  xidmətinə  və hərbi vəzifələrinin yerinə yetirilməsinə məsuliyyətlə yanaşdığına görə , Daxili İşlər Nazirinin, Daxili Qoşunlar Komandanın və onun müavinlərinin müvafiq əmrləri ilə əla xidmətlərə görə  əlacı  və yubiley döş nişanları ilə, bir cox fəxri fərmanlarla, qiymətli hədiyyələrlə mükafatlandırılıb və ona təşəkkür elan edilmişdir.
   
Polkovnik Zakir Nadir oğlu Süleymanov xidmədə fəriqləndiyinə görə Azərbaycan Respublikasının Prezidenti adından Daxili İşlər Nazirnin müvafiq əmrləri ilə aşağıdakı medallarla təltif edilib: 

1."Qüsursuz xidmətə görə”  2-ci  dərəcəli medal-Silahlı Qüvvələrdə 15 təqvim ili xidmətə görə;

2.”Qusursuz xidmətə görə” 3-cü dərəcəli medal- Silahlı Qüvvələrdə 10 təqvim ili xidmətə görə;

3."Azərbaycan Respubilkası Silahlı Qüvvələrinin    10-iliyi (1991-2001)” yubiley medalı ilə; 

4.”Azərbaycan Respubilkası Silahlı Qüvvələrinin  90-illiyi (1918-2008)” yubiley medalı ilə.
 
Hal-hazırda haqq dünyasında olan polkovnik Süleymanov Zakir Nadir oğlunun  əziz ruhu onu tanıyanlar tərəfdən daimi  hörmətlə xatırlanır və yad edilir.Belə  vicdanlı  oğulları ilə tanınır Vətən.

ALLAH RƏHMƏT ELƏSİN.

RUHU ŞAD, MƏKANI CƏNNƏT OLSUN!
 Azərbaycan Respubilkasının Silahlı Qüvvələr və  Müharibə Veteranı  polkovnik Salman Musayev


Hiç yorum yok:

Yorum Gönder

Pages