Ölkə ərazisində küləyin sürəti ilə bağlı “sarı” və “narıncı” xəbərdarlıq edilib



Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidməti iyunun 1-də ölkə ərazisində gözlənilən küləyin sürəti ilə bağlı “sarı” və “narıncı” xəbərdarlıq edib.

AZƏRTAC xidmətə istinadla xəbər verir ki, “sarı” xəbərdarlıq Ağstafa, Qazax, Tovuz, Şəmkir, Samux, Gəncə, Gədəbəy, Daşkəsən, Göygöl, Tərtər, Ağdərə, Ağdam, Xankəndi, Şuşa, Xocavənd, Cəbrayıl, Zəngilan, Naxçıvan Muxtar Respublikası, Şahbuz, Ordubad, Culfa, Şərur, Babək, Sədərək, Kəngərli, Xaçmaz, Şabran, Siyəzən, Şamaxı, Xızı, Qobustanı əhatə edib. Həmin ərazilərdə küləyin sürəti saniyədə 13,9-20,7 metr arasında dəyişəcək.

Mingəçevir, Yevlax, Bərdə, Bakı, Sumqayıt, Abşeron, Hacıqabul, Neftçala isə “narıncı” xəbərdarlıq zonasına daxil edilib. Burada küləyin sürəti saniyədə 20,8-28,4 metrə qədər güclənəcək.

Qeyd edək ki, “Rəng xəbərdarlıq sistemi”ndə “sarı” xəbərdarlıq 7-8 balla qiymətləndirilir. “Sarı” xəbərdarlıq ictimai təhlükəsizliyə, yaşayış sahələrinə və əmlaka orta risk deməkdir. 9-10 balla qiymətləndirilən “narıncı” xəbərdarlıq isə ictimai təhlükəsizliyə, yaşayış sahələrinə və əmlaka yüksək risk olduğunun göstəricisidir.

Hiç yorum yok:

Yorum Gönder

Pages