Müstəqil Həmkarlar Birliyi 1 Maynan bağlı baş nazirə müraciət qəbul etdi



Müstəqil Həmkarlar Birliyin İdarə Heyəti və Bakının bəzi rayon təşkilatlarının nümayəndələrilə birgə 1 May Beynəlxalq Zəhmətkeşlərin Həmrəyliyi gününü “Sülh”, “Əmək”, "Rifah", “Sosial hüquqlarımızı tanıyaq” şuarları altında qeyd edib.

Tədbirdə Azərbaycanda 1 May Beynəlxalq Zəhmətkeşlər Bayramın, dövlət bayramı kimi keçirilməsini Azərbaycan Respublikasının Baş naziri Əli Əsədova müraciət qəbul olundu.

Müraciətdə deyilir:

 

Azərbaycan Respublikasının

Baş naziri cənab Əli Əsədova

Hörmətli Əli müəllim!

1 May tarixinin Beynəlxalq Zəhmətkeşlər Bayramı kimi anılması qərarı ilk dəfə II İnternasionalın 1889-cu ilin iyulunda keçirilən Paris Konqresində verilib. 1920-ci ildən başlayaraq, 1 may Azərbaycanda da rəsmi bayram günü kimi qeyd olunub. Lakin hələ 1919-cu ildə əməkçilər 1 May bayramı qeyd ediləndə Rəsulzadənin rəhbərliyi ilə ADR hökuməti bu bayramda fəal iştirak edib.

Hörmətli Əli müəllim!

1 May 120 ildir ki, dünyanın əksər ölkələrində zəhmətkeşlərin beynəlxalq həmrəylik günü kimi qeyd edilir. Dünyanın 100-dən artıq ölkəsində ictimai bayram kimi, 70-ə yaxın ölkəsində isə dövlət səviyyəsində rəsmi bayram günü olaraq qeyd edilir. Qardaş Türkiyədə də Beynəlxalq Əmək Günü Taksim meydanında böyük coşqu ilə qeyd olunur.

Hörmətli Əli müəllim!

Azərbaycanda 1 May Beynəlxalq Zəhmətkeşlər Bayramı kimi qeyd edilməsilə, Azərbaycan zəhmətkeşləri dövlət tərəfindən qayğı, onların əməyinə qiymət verilməsi kimi hesab oluna bilər.

 

Müstəqil Həmkarlar Birliyinin Şamaxı, Kürdəmir, Ağsu və digər rayon təşkilatları da 1 May Beynəlxalq Zəhmətkeşlərin Həmrəyliyi gününü qeyd ediblər.

Müstəqil Həmkarlar Birliyinin

Mətbuat Xidməti

Hiç yorum yok:

Yorum Gönder

Pages