Musayev Calal Əlləz oğlunun əziz xatirəsini ehtiramla yad edirik.




Musayev Calal  Əlləz oğlunun   iyun ayının  1-də  doğum günüdür. Əgər  yaşasaydı  bu gün  92 -  yaşı  olardı.


Calal  Əlləz oğlu  Musayev 1 iyun 1932-ci il tarixində Qədim Borcalı mahalının    indiki Gürcüstan Respublikasının Bolnisi rayonunun Seneb (Sənəf ) kəndində bir  zəhmətkeş ailədə anadan olub. 5 noyabr 2012-ci il tarixində  qəflətən vəfat edib. Məzarı Bolnisi rayonunun Seneb  (Sənəf ) kəndindədir.
“Ata evdə ALLAH-ın kölgəsidir” - deyib müdrik Peyğəmbərimiz Hz.Məhəmməd (s.a.v.). Ata haqqında bundan böyük dəyər, qiymət ola bilməz. Atanın, ananın borcunu qaytarmaq isə övlad üçün müqəddəs öhtəlikdir. Kimsə, heç də deməsin ki, bu mumkünsuzdür.... Hər bir insan boya-başa catdıqdan sonra özü ata və ya ana olarkən,  valideynlərinin vaxtilə ona olan hədsiz diqqət və qayğısını övladlarına ləyaqətlə, qədərincə qaytararsa, ata-ana borcunu qaytarmış olurlar. Gəlin etiraf edək ki, bu ilahi qərarı heç də hamı tam sanballı yerinə yetirə bilmir. 
Dəyərli  dostum Salman müəllimin atası Calal kişi,  həm övladlıq, həm də atalıq borclarının öhdəsindən ləyaqətlə gələn, elin kədərinə və şəninə ürəkdən yanan əsl Ata, əsl el Ağsaqqalı olubdur. Onun   Salman müəllimlə bahəm bütün övladlarının sağlam ruhda böyüyüb boya-başa çatmalarında, ali təhsilə, müvafiq peşəyə yiyələnib cəmiyyətimizə yararlı vətəndaş kimi yetişmələrində danılmaz haqqı vardır. Bu haqqı öz şərəfi, vicdanı və halal zəhmətlərilə qoruyub saxlayan Azərbaycan   Respubilkasının Silahlı  Qüvvələr və  Müharibə    Veteranı, peşəkar  hərbici və hüquqşünas  polkovnik   Musayev  Salman Calal oğluna  və  doğmalarına, əziz ataları Calal kişinin vəfatının 12 -ci ildönümü münasibətilə iş yoldaşları   və Azərbaycan Vətən Müharibəsi Veteranları  İctimai Birliyin   Xankəndi şəhər və Xocalı   rayon şöbəsinin idarə heyəti adından dərin ehtiramla başsağlıgı verir, doğma  əziz ruhunun Uca ALLAH məqamında daim şad, Cənnəti-məkan olmasını diləyirik.
Allah bütün  dünyasını  dəyişənlərə rəhmət eləsin, məkanları  cənnət, ruhuları isə  şad olsun! Amin!

Musayev Calal  Əlləz oğlunun parlaq xatirəsi onu tanyanların  qəlbində həmişə  yaşayacaqdır.

Dərin sayğı və ehtiramla, Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyin  Xankəndi şəhər və Xocalı rayon şöbəsinin sədri-  Azərbaycan Respubilkası  Bakı Milli Televiziyası (Bakmilt.info)  sayitinin  direktor müavini  Ramiz Ağayev 

Hiç yorum yok:

Yorum Gönder

Pages