Məktəb müəllimi güllələnərək öldürüldü



Zaqatalada qardaşı tərəfindən öldürülən qadın müəllim imiş.

Lent.az-ın əldə etdiyi məlumata görə, qətlə yetirilən Natavan Əhmədova Yuxarı Tala kənd 2 saylı orta məktəbdə müəllim işləyib.

23:50

Mayın 27-də saat 22 radələrində Zaqatala rayonunda 1980-ci il təvəllüdlü Natavan Mövləddin qızı Əhmədovanın odlu silahdan açılan atəşdən qətlə yetirilməsi barədə polisə məlumat daxil olub.

Bakmiltv.info xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə cinayət əməlini törətməkdə şübhəli bilinən N.Əhmədovanın qardaşı, 1989-cu il təvəllüdlü Nurlan Əsgərov saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

Hiç yorum yok:

Yorum Gönder

Pages