Mirzəyev Azər Əlibala oğlu teatr və kino aktyoru, Azərbaycanın əməkdar artisti ad günüdür.




Azər Mirzəyev 1952-ci il may ayının 12-də Zərdab rayonu Əlvan kəndində müəllim ailəsində anadan olub. Atasının işi ilə əlaqədar olaraq sonradan ailəsilə Sabirabad rayonuna köçüb, orta məktəbi burda başa vurub və 1968-ci ildə SSRİ xalq artisti Ədil İsgəndərovun rəhbərliyi altında "Azərbaycanfilm"in nəzdində fəaliyyət göstərən kino aktyorluğu studiyasına qəbul olunub.

1970-ci ildə buranı bitirəndən sonra sənədlərini İncəsənət İnstitutunun dram və kino aktyorluğu fakültəsinə verib və qəbul olunub. İncəsənət İnstitutunda respublikanın xalq artisti, professor Rza Təhmasib və Fikrət Sultanov kimi sənətkarlardan akytorluq sənətinin sirlərini öyrənib.

1974-cü ildə bu ali məktəbi bitirəndən sonra təyinatla Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrına göndərilib. 

19 iyul 2014-cü ildə Bakı şəhərində vəfat etmişdir. Sabirabad rayonunda dəfn edilmişdir

Hiç yorum yok:

Yorum Gönder

Pages