Mingəçevir Dövlət Universitetinin (MDU) nümayəndə heyəti Ankara Hacı Bayram Veli Üniversitesinin (AHBVÜ) Turizm fakültəsini ziyarət edib. Heyət üzvləri Ankara Hacı Bayram Veli Universitetinin (AHBVÜ) Turizm fakültəsinin dekanı Prof. Dr. İrfan Yazıcıoğlu ilə görüşüb.
Görüşdə ikitərəfli əməkdaşlığın mövcud vəziyyətindən razılıq ifadə olunub, MDU-da Turizm fakültəsinin qurulmasının başa çatdırılması istiqamətində növbəti mərhələdə həyata keçiriləcək birgə fəaliyyətlər müzakirə olunub.
Ankara Hacı Bayram Veli Universitetinin (AHBVÜ) ilə qarşılıqlı faydalı əməkdaşlığın davamlı gücləndirilməsi Universitetin prioritetləri sırasındadır.
Hiç yorum yok:
Yorum Gönder